Aİ də büdcə böhranı: Sammitin davamı ləğv edildi
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avropa İttifaqı (Aİ) liderləri 2028–2034-cü illər üçün büdcənin parametrləri ilə bağlı razılığa gələ bilməyiblər. Buna səbəb üzv ölkələr arasında ciddi fikir ayrılıqları olub.
Bizim.Media xəbər verir ki, Almaniya, Niderland və Avstriya da daxil olmaqla, 7 ölkə xərclərin azaldılmasını tələb edərək müzakirələrin davam etdirilməsinə qarşı çıxıb.
Bununla yanaşı, İtaliya və Rumıniyanın rəhbərlik etdiyi 17 ölkədən ibarət qrup kənd təsərrüfatı və regional inkişaf üçün ayrılan maliyyənin əhəmiyyətli dərəcədə azaldılmasına etiraz edib.
Almaniya kansleri Fridrix Merz büdcənin bir neçə yüz milyard avro azaldılmasının zəruriliyini bildirib. O, eyni zamanda, təhlükəsizlik və Ukraynaya dəstək də daxil olmaqla, əsas prioritetlər üzrə maliyyələşmənin qorunmalı olduğunu vurğulayıb.
Kompromis əldə olunmadığı üçün noyabrın 27-də keçirilməsi planlaşdırılan sammitin davamı ləğv edilib. Növbəti müzakirələr dekabrın 17-də keçiriləcək.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 27 Noyabr 2026 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















