Şabranda geniş tərkibli müşavirə keçirildi Fotolar
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Prezident Administrasiyasının sektor müdiri Habil Əzəmmədov və Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovun iştirakı ilə yerli fermer və sahibkarların, eləcə də aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə geniş tərkibli müşavirə keçirilib.
“Qafqazinfo” xəbər verir ki, müşavirənin əsas mövzusu Prezidentin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası və bu istiqamətdə Şabran rayonu üzrə hazırlanmış Tədbirlər Planı olub.
Tədbiri giriş sözü ilə açan Asif Hüseynov Dövlət Proqramının aqrar sektorun inkişafı baxımından əhəmiyyətini vurğulayıb, Şabran rayonunun kənd təsərrüfatı potensialı və bu sahədə görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, rayonda intensiv meyvəçilik, tərəvəzçilik, heyvandarlıq, istixana təsərrüfatları, balıqçılıq və akvakulturanın inkişafı üçün geniş imkanlar mövcuddur. İcra başçısı torpaq və su ehtiyatlarından səmərəli istifadə, müasir suvarma texnologiyalarının tətbiqi, istehsal və emal imkanlarının genişləndirilməsi, eləcə də özəl investisiyaların təşviqinin əsas prioritetlərdən olduğunu bildirib.
Daha sonra Habil Əzəmmədov çıxış edərək Dövlət Proqramının əsas hədəfləri, aqrar sahədə müasir texnologiyaların tətbiqi, istehsal və emal imkanlarının genişləndirilməsi barədə danışıb. O, Proqramda nəzərdə tutulan tədbirlərin yerlərdə sistemli və vaxtında icrasının, dövlət qurumları ilə özəl sektor arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.
Prezident Administrasiyasının məsul əməkdaşı Sarvan Cəfərov isə çıxışında Şabran rayonu üzrə Tədbirlər Planında nəzərdə tutulan vəzifələrin ardıcıl həyata keçirilməsi, investisiya layihələrinin təşviqi, fermer və sahibkarların təkliflərinin nəzərə alınması, eləcə də görülən işlərin mütəmadi monitorinqinin əhəmiyyətini diqqətə çatdırıb.
Müşavirə zamanı fermer və sahibkarların fikirləri dinlənilib, mövcud problemlər, ehtiyaclar və gələcək inkişaf planları ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin davamında nümayəndə heyəti rayonda fəaliyyətini investisiya qoyuluşu hesabına genişləndirən kənd təsərrüfatı subyektlərinə baş çəkib. Müasir damla suvarma sistemləri ilə təchiz olunmuş intensiv meyvə bağları, istixanalar, heyvandarlıq və bitkiçilik kompleksləri ilə tanışlıq olub, həmçinin balıqçılıq və akvakultura təsərrüfatlarının yaradılması, kənd təsərrüfatı məhsullarının emalı istiqamətində həyata keçirilən layihələrə baxış keçirilib.
Fermer və sahibkarlarla keçirilən görüşlərdə onların təklifləri dinlənilib, mövcud ehtiyaclar və gələcək layihələr müzakirə olunub, təsərrüfatların fəaliyyətinin Dövlət Proqramının hədəflərinə uyğun genişləndirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.
Səfərin əsas məqsədi Dövlət Proqramının icrası vəziyyətini yerində öyrənmək, Şabran rayonunun aqrar potensialından səmərəli istifadə imkanlarını qiymətləndirmək və kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə inkişaf perspektivlərini müəyyənləşdirmək olub.










Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 27 Noyabr 2026 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















