Brunu Fernandeş Brentford matçı öncəsi məşqdə iştirak etməyib
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İngiltərə təmsilçisi "Mançester Yunayted"in kapitanı Brunu Fernandeş özünü yaxşı hiss etmədiyi üçün komandanın məşqində iştirak etməyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "qırmızı şeytanlar"ın mətbuat xidməti məlumat yayıb.
Məşqçilər korpusu portuqaliyalı yarımmüdafiəçiyə istirahət etmək üçün vaxt verib. O, Premyer Liqanın XII turunda "Brentford"la keçiriləcək qarşılaşma öncəsi səhhətində problem hiss edib.
Müdafiəçi Lenni Yoro isə qarşıdakı matça hazırdır. O, daha əvvəl "Liverpul"la görüşdə (0:4) qırmızı vərəqə alsa da, klubun apellyasiya şikayətindən sonra cəza ləğv edilib. Hücumçu Mateus Kunya və yarımmüdafiəçi Yuri Tilemansın da "Brentford"la oyunda iştirak etmək imkanları var.
Qeyd edək ki, "Mançester Yunayted" – "Brentford" qarşılaşması noyabrın 28-də Mançesterdəki "Old Trafford" stadionunda keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 27 Noyabr 2026 18:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















