Icma.az
close
up
RU
Ağ evdə Birgə Bəyannamənin imzalanması Rusiya mediasının diqqət mərkəzindədir

Ağ evdə Birgə Bəyannamənin imzalanması Rusiya mediasının diqqət mərkəzindədir

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Moskva, 9 avqust, AZƏRTAC

Rusiya mətbuatı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ-a səfərini, onların Prezident Donald Trampla görüşünü və Ağ evdə sülhə dair Birgə Bəyannamənin imzalamasını geniş işıqlandırır.

AZƏRTAC xəbər verir ki, TASS agentliyinin materialına görə, tərəflər hərbi əməliyyatları həmişəlik dayandırmağa, ticarət, səyahət və diplomatik əlaqələr qurmağa, bir-birinin suverenliyinə hörmət etməyə söz verib. Görüşdə sülh sazişinin mətni paraflanıb və Ermənistan ərazisindən Azərbaycan və Naxçıvan arasında nəqliyyat dəhlizinin yaradılması, o cümlədən Minsk qrupunun ləğvi təklifi ilə ATƏT-ə müraciət daxil olmaqla yol xəritəsi təsdiq edilib. Donald Tramp Azərbaycanla hərbi əməkdaşlığa qoyulan məhdudiyyətlərin götürüldüyünü və hər iki ölkə ilə ikitərəfli iqtisadi sazişlərin imzalandığını açıqlayıb. Əliyev və Paşinyan Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürməyə hazır olduqlarını bildiriblər.

“İnterfaks” Azərbaycan Prezidentinin fikirlərinə istinadla bildirir ki, sülh müqaviləsinin rəsmi imzalanması gecikdirilməməlidir, O, avqustun 8-ni Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərdə tarixi gün adlandırır. Prezident İlham Əliyev ABŞ ilə strateji tərəfdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb və əməkdaşlıq xartiyasının müzakirəsi üçün Azərbaycan nümayəndə heyətinin formalaşdığını bildirib.

“Kommersant” yazır ki, Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizi 99 il müddətinə ABŞ-a verilib və “Beynəlxalq sülh və rifah üçün Tramp Marşrutu” (TRIPP) adlandırılıb. Donald Trampın sözlərinə görə, bu, Ermənistanın suverenliyini qorumaqla Azərbaycanın Naxçıvana çıxışını təmin edəcək tranzit zonasıdır.

“Lenta.ru” ABŞ Prezidentinə istinadla xəbər verir ki, Ermənistan bu dəhlizin inkişafı üçün Vaşinqton ilə 99 il müddətinə və uzadılma imkanı ilə eksklüziv tərəfdaşlıq yaradır.

“Vestnik Kavkaza” yazır ki, Azərbaycan və Ermənistan liderləri münasibətləri sülh yolu ilə nizamlamaq niyyətlərini sənədləşdiriblər. Birgə Bəyannamədə hərbi toqquşmalardan imtina, nəqliyyat kommunikasiyalarının açılması, diplomatik münasibətlərin qurulması və ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsipləri yer alıb.

“Veçernyaya Moskva” imzalanan sənədlərin sülhün əldə olunması üzrə mühüm olduğunu qeyd edib və diqqətə çatdırıb ki, Tramp bu hadisəni “tarixi” adlandırıb.

“Vesti.ru” xəbər verir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Minsk qrupunun buraxılması tələbi ilə ATƏT-ə müraciət ediblər. Birgə Bəyannamədə Minsk prosesinin və əlaqədar strukturların fəaliyyətinə son qoyulmasının vacibliyi vurğulanıb və təşkilata üzv dövlətlər bu qərarı dəstəkləməyə çağırılıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Avqust 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see163

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri