Icma.az
close
up
RU
Ağ evdə G7 ni əvəzləyəcək C5 xəritəsi cızıldı: ABŞ ın yeni strateji mesajı nədir?

Ağ evdə G7 ni əvəzləyəcək C5 xəritəsi cızıldı: ABŞ ın yeni strateji mesajı nədir?

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ G7-yə alternativ yaratmaq ideyasını müzakirə edir. Bu barədə  “Politiko” nəşri məlumat yayıb.

Məlumata görə, təklif olunan ittifaq “Core 5” (C5) adlanacaq və   Rusiya, ABŞ, Çin, Hindistan və Yaponiyadan ibarət olacaq.

Nə üçün heç bir Avropa ölkəsi bu beşlikdə yoxdur? ABŞ Qoca qitədən öz diplomatik gücünü haraya daşıyır? ABŞ  ilə Çin, həmçinin ABŞ ilə Rusiya arasında gərgin münasibətlər fonunda belə bir formatın real mümkünlüyü nə qədərdir?

Moderator.az-a danışan politoloq Taleh Əliyev bildirib ki, ABŞ-ın G7-nin alternativi kimi C5 formatını irəli sürməsi real olaraq G7-ni əvəz edə biləcək bir layihəyə çevrilməyəcək. Onun sözlərinə görə, bunun əsas səbəbi ABŞ-ın formalaşdırmaq istədiyi yeni dünya düzəninin qarşısında məhz həmin formatda yer alması nəzərdə tutulan Çin Xalq Respublikası və Rusiya Federasiyasının dayanmasıdır:

“Hindistan həm Rusiya ilə ən yaxın münasibətləri olan ölkələrdən biridir, həm də ABŞ və müəyyən məsələlərdə Çinlə rahat şəkildə anlaşa bilən bir dövlətdir. Bu beşlik daxilində ABŞ-ın ən çox güvənə biləcəyi ölkə isə Yaponiyadır. Beləliklə, beş dövlətin ikisinin ABŞ-a yaxın olması, üçünün isə tam əks mövqedə dayanması, bu formatda Vaşinqtonun üstünlük qazana bilməyəcəyini göstərir. Yəni strateji məsələlərdə ciddi fikir ayrılıqları qaçılmaz olacaq. Bəs bu halda, ABŞ niyə reallaşması çətin görünən belə bir ideyanı gündəmə gətirir? Bunun səbəbi son dövrlərdə G7-yə və ümumilikdə Qərb blokuna qarşı yeni güc mərkəzinin – BRİKS-in sürətlə genişlənməsidir. BRİKS-in əsas aparıcı ölkələri də məhz adı çəkilən bu üç dövlətdir: Rusiya, Çin və Hindistan. Onlarla yanaşı Braziliya, Cənubi Afrika Respublikası və sonradan bloka qoşulan, ABŞ-dan və onun müttəfiqlərindən narazı olan, həm də yüksək inkişaf potensialına malik digər ölkələr də bu strukturun gücünü artırır”.

Politoloq əlavə edib:

“Əslində bu ideya Qərb blokunu deyil, yeni formalaşmaqda olan BRİKS-i parçalamaq məqsədi daşıyır. ABŞ bu yanaşma ilə həm Braziliyaya, həm Cənubi Afrika Respublikasına, həm də BRİKS-ə sonradan qoşulan digər ölkələrə göstərmək istəyir ki, onların tərəfdaşları – yəni Çin və Rusiya – davamlı və etibarlı siyasi xəttə malik deyillər. Mən bunu daha çox strateji mesaj xarakteri daşıyan, lakin real tətbiq imkanı olmayan bir layihə kimi qiymətləndirirəm.

Çünki bu beşlikdə adı çəkilən ölkələrdən üçü – ABŞ, Çin və Rusiya – BMT Təhlükəsizlik Şurasının veto hüquqlu daimi üzvləridir. Əgər mövcud dünya düzəni bu ölkələri qane edirsə, o zaman bu qədər geopolitik gərginlik, qarşıdurma və qlobal risklər niyə yaranır? Bu problemlərin səbəbkarı nə Böyük Britaniyadır, nə də Fransadır.  Hər iki ölkə İkinci Dünya Müharibəsindən bu yana ABŞ-ın birmənalı şəkildə müttəfiqi və onun qlobal siyasətdə ən yaxın tərəfdaşıdır. Bu baxımdan, ABŞ-ın C5 ideyasının hədəfi Qərb blokunu deyil, BRİKS daxilində parçalanma yaratmaq, xüsusən də Çin-Rusiya-Hindistan xəttində uyğunsuzluqları qabartmaqdır”.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Dekabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri