Icma.az
close
up
RU
“Ağ Evdə İlham Əliyevə Azərbaycan ərazisində İrana nəzarət üçün xüsusi qurğular qurulması təklif ediləndə o demişdi ki...”

“Ağ Evdə İlham Əliyevə Azərbaycan ərazisində İrana nəzarət üçün xüsusi qurğular qurulması təklif ediləndə o demişdi ki...”

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Rəsmi görüşdən çıxan İlham Əliyev Ağ Ev qarşısında gözləyən dünyanın müxtəlif tanınmış media qurumlarını təmsil edən jurnalistlərin önündə də onlardan birinin verdiyi eyni sualını yenə də eyni cür cavablandırmışdı...”

“Təəssüf ki, həmişə İranda kimlərsə tapılıb və müxtəlif şayiələr yaymaqla, təxribatlar törətməklə ölkəmizə, dövlətimizə qarşı qərəzli münasibət formalaşdırmağa və iki ölkə arasındakı münasibətləri korlamağa cəhd edib”.

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı keçmiş səfiri Abbasəli Həsənov bu fikir Moderator.az-a açıqlamasında son  günlər İran dövlətindəki müəyyən dairələrin Azərbaycana qarşı qeyri-adekvat münasibət formalaşdırmağa çalışmasından danışarkən ifadə edib.

“Ötən söhbətimizdə 2001-ci ildə İran Təhlükəsizlik Şurasının katibi qismində Azərbaycana səfər edən mərhum Həsən Ruhaninin guya İsrailin ölkəmizin ərazisində İrana nəzarət etmək üçün hansısa xüsusi qurğular qurması barədəki böhtanına Bakıda necə cavab verilməsi haqda danışmışdıq. Bu dəfə Azərbaycan dövlətinin İran dövlətinə qarşı səmimi, əsil qonşu kimi münasibət bəsləməsini sübut edən digər bir epizodu xatırlatmaq istəyirəm... 

Yaxşı yadımdadır ki, 2006-cı ilin, səhv etmirəmsə, aprel ayında prezident İlham Əliyev ABŞ-də səfərdə olarkən Ağ Evdə ona təklif etmişdilər ki,  Azərbaycan ərazisində İrana nəzarət üçün xüsusi qurğular qurulması üçün icazə verilsin. Prezident rəsmi görüşdə buna mənfi cavab vermişdi. O demişdi ki, İran bizim qonşu ölkədir, orada bizim on milyonlarla qardaş-bacımız yaşayır, bu dövlətlə tarixi münasibətlərimiz var və bu gün də münasibətlərimiz yaxşı inkişaf edir. Həmin səbəblərdən də biz Azərbaycan ərazisindən İrana qarşı o dövlətin təhlükəsizliyini təhdid edə biləcək hansısa işlər görülməsinə qətiyyən icazə verə bilmərik”, - həmsöbhətimiz belə deyib. 

“Onu da vurğulamalıyam ki, o dövr üçün ABŞ kimi dövlətə belə bir cavab böyük cəsarət tələb edirdi... Məsələ bununla bitməyib. Rəsmi görüşdən çıxan İlham Əliyev Ağ Ev qarşısında gözləyən dünyanın müxtəlif tanınmış media qurumlarını təmsil edən jurnalistlərin önündə də onlardan birinin verdiyi eyni sualını yenə də eyni cür cavablandırmışdı”, -deyə davamında Abbasəli Həsənov diqqətə çatdırıb.

“Sözüm ondadır ki, Azərbaycan dövləti də, xalqı da daim İrana qarşı bu cür səmimi olub. Amma təəssüf ki, həmişə İranda kimlərsə tapılıb və müxtəlif şayiələr yaymaqla, təxribatlar törətməklə ölkəmizə, dövlətimizə qarşı qərəzli münasibət formalaşdırmağa və iki ölkə arasındakı münasibətləri korlamağa cəhd edib”, - deyə sabiq səfir  vurğulayıb.

Sultan Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Yanvar 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri