Icma.az
close
up
RU
Havalar soyudu, təhlükəsi 3 dəfə artdı Məcbur olmadıqca evdən çıxmayın

Havalar soyudu, təhlükəsi 3 dəfə artdı Məcbur olmadıqca evdən çıxmayın

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qışın gəlişi ilə birlikdə ürək-damar xəstəliklərindən ölüm hallarının kəskin artması təkcə təsadüf deyil, bədənimizin soyuğa verdiyi bioloji reaksiyanın birbaşa nəticəsidir.
Demokrat.az saytı xəbər verir ki, kardiologiya sahəsi üzrə ekspert Əmrah Ərdoğan soyuq havaların ürək tutması riskini təxminən 3 dəfə artırdığını və bu təhlükədən qorunmaq üçün insanların gündəlik vərdişlərinə mütləq düzəliş etməli olduqlarını bildirib. O, qeyd edib ki, bədənimiz soyuqda öz temperaturunu sabit saxlamaq üçün qan damarlarını daraldır, bu büzülmə isə qan axınını çətinləşdirərək təzyiqin qəfil yüksəlməsinə səbəb olur və nəticədə ürək bədəndə qanı dövr etdirmək üçün normadan qat-qat artıq güclə işləməyə məcbur qalır. Bu əlavə yük xüsusilə təzyiq problemi olan şəxslərdə infarkta və beyin qansızmalarına yol açır.
Ekspert vurğulayır ki, ürəyi qorumağın ən vacib qaydası düzgün geyinməkdir, lakin burada çoxlarının bildiyi bir yanlış var; belə ki, tək bir qalın paltar geyinmək əvəzinə bir neçə qat nazik paltar geyinmək daha effektivdir, çünki qatlar arasında qalan hava təbəqəsi təbii izolyasiya yaradaraq bədən istiliyinin itməsini ləngidir. Xüsusilə istiliyi ən sürətlə itirən nahiyələr olan baş, əllər və ayaqlar papaq, əlcək və şərf vasitəsilə mütləq qorunmalı, soyuq və yağışlı havada bədənin islanmasına imkan verilməməlidir.
Xüsusilə havanın ən şaxtalı olduğu səhər və axşam saatlarında zərurət olmadıqca çölə çıxmamalı, çıxdıqda isə bədəni kəskin temperatur dəyişikliyinə məruz qoymamalıdır. Çünki isti otaqdan birbaşa soyuq havaya keçmək bədəni şoka salır, eyni şəkildə evə qayıdanda dərhal isti su ilə isinməyə çalışmaq yox, bədənin təbii şəkildə öz temperaturuna qayıtmasını gözləmək lazımdır.
Ürək sağlamlığını qorumaq üçün qışda açıq havada idman etməkdən çəkinmək, bunun əvəzinə qapalı məkanlarda yüngül hərəkətlərə üstünlük vermək, qan təzyiqini müntəzəm ölçmək və qan qatılaşmasının qarşısını almaq üçün susuzluq hiss edilməsə belə gündə 2 litrdən çox su içmək vacibdir. Həmçinin qış infeksiyaları olan qrip və sətəlcəm damar divarlarında iltihabı artıraraq damar tıxanıqlığını tətikləyə bildiyi üçün gigiyenaya diqqət etmək, meyvə-tərəvəz ağırlıqlı qidalanmaq və kofeinli içkiləri məhdudlaşdırmaq lazımdır. Heç bir şikayəti olmayan şəxslərin belə qış aylarında profilaktik kardioloq müayinəsindən keçməsi gizli təhlükələrin vaxtında aşkarlanması baxımından həyati əhəmiyyət daşıyır.
İsmayıl
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:300
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Yanvar 2026 00:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see322

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see313

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see285

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see282

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see280

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see266

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see256

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see248

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see237

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see236

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see235

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see232

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see232

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see230

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see214

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see214

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see213

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see211

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see205

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri