Icma.az
close
up
RU
Xəyanətin səssizliyi və yaxud çərxi fələyin TƏZƏ OYUNU Rəfi Müslümov yazır

Xəyanətin səssizliyi və yaxud çərxi fələyin TƏZƏ OYUNU Rəfi Müslümov yazır

Icma.az, Yenicag portalına istinadən məlumat verir.

Tarix bəzən dönüş nöqtələrini səssiz, bəzən isə çılğın xaosla yazır. Ukrayna üçün isə bu dönüş nöqtəsi indi yaşanır. Qərbin ən güclü dayağı hesab edilən ABŞ açıq-aşkar şəkildə Kiyevə dəstəyini kəsir, onu müdafiəsiz buraxır. Artıq bu, təkcə bir xarici siyasət qərarı deyil, qlobal güc balansının dəyişməsinə işarə edən strateji bir xəyanətdir.

Ukraynanın döyüş meydanında əsas üstünlüklərindən biri olan HIMARS sistemləri indi kəşfiyyatsız, kor bir silaha çevrilib. ABŞ-nin kəşfiyyat məlumatlarını nəinki Ukraynaya, hətta Böyük Britaniyaya belə ötürməməsi Qərbin Kiyevdən arxasını çevirdiyinin açıq göstəricisidir. Doğrudur, daha sonra Tramp bunun qismən bərpa edildiyini desə də, hazırkı situasiyada Ukrayna günü-gündən geriləyir. İlon Maskın “Starlink” peyklərinin fəaliyyətini məhdudlaşdırması isə Ukraynanın texnoloji üstünlüyünü daha da zəiflədir. Müasir döyüşlərdə peyk rabitəsi və dəqiq koordinatlar olmadan müharibə aparmaq isə şimşəksiz bir tufana bənzəyir və gözlənilən fırtına baş vermir.

Bu gün cəbhə xəttində 10 min Ukrayna əsgəri tam mühasirəyə düşmək təhlükəsi ilə üz-üzədir. Geri çəkilmək mümkün deyil, döyüşmək isə getdikcə daha çətinləşir. Çünki artıq onlar tək olduqlarını bilirlər. Dünənə qədər etibar etdikləri tərəfdaşlar da bir-bir Ukraynanı siyasi səhnədən silir. Bununla yanaşı, psixoloji faktor da unudulmamalıdır. Müharibədə təkcə silahlar deyil, həm də döyüşçülərin ruh yüksəkliyi həlledici rol oynayır. Son həftələrdə Ukrayna ordusunda və cəmiyyətində hiss edilən ümidsizlik ABŞ-nin bu xəyanətinin təkcə hərbi deyil, həm də mənəvi təsirlərini üzə çıxarır.

Moskva isə əvvəldən tək bir hədəfi güdürdü: Ukraynanı tək qoymaq, Qərbi bu müharibədən uzaqlaşdırmaq və ən sonda Kiyevə qədər irəliləmək. İndi bu planın son mərhələsi başlamaq üzrədir. Əgər Ukrayna son müqavimət nöqtələrini də itirərsə, artıq Rusiya ordusunun paytaxta doğru yürüşünün qarşısını heç kim almayacaq. Bu gün verilən qərarlar da təkcə cəbhə xəttində deyil, beynəlxalq arenada da böyük dalğalar yaradacaq.

Bu gün hələ də istər Azərbaycanda, istərsə də dünyanın başqa yerlərində Qərbin siyasətini müdafiə edənlər, hələ də ABŞ-nin bu hərəkətini dövlətin içindəki kiçik bir qrupun əməli kimi izah etməyə çalışanlar var. Amma reallıq ortadadır – bu, artıq sistemli bir dönüşdür. Görünən odur ki, Ukrayna üçün təhlükə təkcə Rusiya ordusundan gəlmir, həm də arxasını çevirmiş müttəfiqlərdən gəlir. ABŞ və Qərbin bu addımı isə tarixdə “qara səhifə” kimi qalacaq. Hətta gələcək nəsillər də bu gün verilən qərarları xəyanət kimi xatırlayacaq.

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 10 Mart 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see387

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see296

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see243

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see199

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see198

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see182

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see182

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see177

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see163

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see163

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see159

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see158

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see155

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see146

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see145

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri