Icma.az
close
up
RU
​Ağ Evdə qapalı görüş “Kartı olmayan” Zelenski Vaşinqtondan nə ilə qayıdır?

​Ağ Evdə qapalı görüş “Kartı olmayan” Zelenski Vaşinqtondan nə ilə qayıdır?

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

İyulun 28-də ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında Ağ Evdə görüş keçirilib.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, danışıqlar bağlı qapılar arxasında, jurnalistlərsiz keçirilib. Görüş bir saatdan bir qədər çox davam edib və nə əvvəl, nə də sonra mətbuat üçün brifinq təşkil olunmayıb.

ABŞ Prezidenti Donald Tramp sonradan Zelenski ilə görüşün çox yaxşı keçdiyini bildirib.

"Ukrayna prezidenti Zelenski ilə görüşmək böyük şərəfdir. Bir çox məsələlər müzakirə olundu. Görüş çox yaxşı keçdi", - Tramp "Truth Social" səhifəsində yazıb.

Zelenski isə bildirib ki, o, ABŞ Prezidenti ilə xüsusi olaraq “Patriot” sistemləri üçün raket istehsalı lisenziyalarını müzakirə edib.

Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov deyib ki, Ağ Evdə keçirilən görüşdə tərəflər danışıqlar prosesini bütün səviyyələrdə intensivləşdirmək barədə razılığa gəliblər. Onun sözlərinə görə, görüş zamanı ədalətli sülhə nail olmaq üçün zəruri olan diplomatik və müdafiə tədbirləri barədə əsaslı müzakirə aparılıb: "Amerikalı tərəfdaşlarımızla birlikdə müharibənin tez və ədalətli şəkildə sona çatmasına ehtiyac olduğunu aydın şəkildə başa düşürük. Danışıq prosesini bütün səviyyələrdə intensivləşdirmək barədə razılığa gəldik".

Bu arada, “Newsmax” jurnalisti Nana Sajaia bildirib ki, “olduqca detallı və məzmunlu” müzakirələr aparılan görüşdə Trampın xüsusi elçiləri Uitkoff və Kuşnerin diplomatik səyləri yenidən canlandırmaq üçün Kiyevə səfəri də müzakirə olunub.

Rusiya, Ukrayna və Amerika nümayəndə heyətlərinin iştirak etdiyi son üçtərəfli danışıqlar bu ilin əvvəlində baş tutub, lakin İranda müharibənin başlamasından sonra görüşlər dayandırılıb. Bu yaxınlarda ABŞ Dövlət katibi Marko Rubio Donald Tramp və Vladimir Putin arasında Ankoricdə keçirilən sammitin heç bir nəticə vermədiyini və Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün "yeni ideyalara" ehtiyac olduğunu etiraf edib.

Bir sözlə, ABŞ Administrasiyası Ukrayna ilə bağlı daha realist mövqe nümayiş etdirməyə başlayıb. 2025-ci ilin fevralında baş tutmuş məşhur qalmaqallı görüşdən fərqli olaraq, artıq Ağ Evdə kimsə Zelenskiyə “heç bir kartın yoxdur” demir, kimsə Ukrayna başçısına geyiminə görə irad tutmur və Kreml dura-dura müharibəyə görə məsuliyyəti onun üzərinə yıxmır. Əvəzində, Tramp "Ukrayna Prezidenti Zelenski ilə görüşmək böyük şərəfdir” deyir. Görünür, bu nöqtəyə gəlmək üçün zaman və şərtlərin dəyişməsi lazım imiş…

C.Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 İyul 2026 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see336

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see308

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see268

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see252

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see250

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see246

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see241

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see233

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see230

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see227

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see217

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see216

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see214

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see209

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see207

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see204

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see202

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see201

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see186

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri