“Bitcoin”də həftəlik eniş 13% ə çatıb
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Kriptovalyuta bazarında son günlər qeydə alınan kəskin enişdən sonra zəif bərpa müşahidə olunur. Bununla belə, əsas kriptovalyutaların həftəlik qiymət itkisi yüksək olaraq qalır.
“APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin”in qiyməti son 24 saatda 0,50% artaraq 65 057,73 ABŞ dollarına yüksəlib. Bununla belə, kriptovalyutanın qiyməti son 7 gündə 13,01%, son 30 gündə isə 20,13% azalıb.
“Ethereum”un qiyməti 0,55% artaraq 1 826,51 dollara yüksəlib. BNB-nin qiyməti isə 0,08% azalaraq 593,23 dollara, “Zcash”ın qiyməti 1,14% geriləyərək 896,96 dollara düşüb.
Digər kriptovalyutalardan “Monero”nun qiyməti 0,73% artaraq 492,59 dollara, “Bitcoin Cash”in qiyməti 0,85% yüksələrək 208,59 dollara çatıb. “Bittensor”un qiyməti 1,37% artaraq 192,01 dollara, “Quant”ın qiyməti isə 5,74% yüksələrək 155,72 dollara çatıb.
Qızıl əsaslı kriptovalyutalarda da qiymət artımı qeydə alınıb. “PAX Gold”un (PAXG) qiyməti 0,95% artaraq 3 859,48 dollara, “Tether Gold”un (XAUT) qiyməti isə 0,92% yüksələrək 3 857,07 dollara çatıb.
“CoinMarketCap 20” indeksi son 24 saatda 0,10% artaraq 130,37 bənd təşkil edib. “Bitcoin”in bazar kapitallaşması isə təxminən 1,31 trln. dollar səviyyəsindədir.
Analitiklərə görə, son sutkada müşahidə olunan qiymət artımı əvvəlki günlərdə baş vermiş kəskin enişdən sonra bazarda qısamüddətli bərpa cəhdi ilə əlaqəli ola bilər. Bununla belə, əsas kriptovalyutaların həftəlik göstəricilərinin mənfi qalması satış təzyiqinin tam aradan qalxmadığını göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 16 Noyabr 2026 08:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















