Icma.az
close
up
RU
Ağ Evdən qovuldu, dərhal yeni TRAMPlin yaratdı: ABŞ siyasi elitası parçalanıb, dövlət sistemi demontaj edilir

Ağ Evdən qovuldu, dərhal yeni TRAMPlin yaratdı: ABŞ siyasi elitası parçalanıb, dövlət sistemi demontaj edilir

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Bundan sonra keçiriləcək prezident seçkiləri yalnız Tramp-Mask qarşıdurması olmayıb, həm də ABŞ demokratiyasının gələcəyi üzərində yeni sınaq təcrübəsi anlamı daşıyacaq... "Amerika" Partiyasının elə indidən ictimai rəy sorğularında 40 faizin üzərində dəstək qazanması isə prezident Donald Trampa qarşı vaxtından əvvəl Ağ Evi tərk etmə təhlükəsi yaradır...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, ABŞ-da Tramp administrasiyasının hakimiyyətə gəlişindən sonra bu superdövlətdə daxili ziddiyyətlərin dərinləşməkdə olduğu müşahidə edilir. Üstəlik, bu ziddiyyətlər həm Tramp adminstrasiyası, həm də ABŞ cəmiyyətində paralellik təşkil edir. Ona görə də, prezident Donald Trampın ikinci hakimiyyət dönəmi ABŞ üçün təhlükəli proseslərin ön plana keçməsi ilə diqqəti çəkir. Və hazırda ABŞ cəmiyyətində Ağ Evin yeni daxili, eləcə də xarici siyasət kursundan ciddi narazılıq mövcuddur.

Onu da qeyd etmək lazımdır ki, prezident Donald Trampın siyasi komandasında yer alan milyarder İlon Maskın Ağ Ev sahibi ilə siyasi münaqişə zəminində müxalif düşərgəyə keçməsi ABŞ üçün yeni dövrün başlandığını göstərir. İlon Maskın artıq “Amerika” adlı yeni siyasi partiya yaratdığını elan etməsi, ABŞ siyasi səhnəsində illərlə mövcud olan ikiqütblü sistemə qarşı ciddi bir çağırışdır. Və bu addım ABŞ-da yalnız yeni siyasi oyunçunun meydana çıxması anlamı daşımır.

Məsələ ondadır ki, yeni "Amerika" Partiyası həm də ABŞ siyasi institutlarının sarsılması, elitanın parçalanması və cəmiyyətin dərin ideoloji qütbləşməsi fonunda baş verən daha geniş bir transformasiyanın göstəricisidir. Xüsusilə də, prezident Donald Trampın qlobal siyasi liderliyə yenidən iddialı olduğu bir dönəmdə İlon Maskın yeni partiya yaratması, bu iki qeyri-ənənəvi fiqur arasında rəqabətin və qarşıdurmanın intensivləşəcəyindən xəbər verir. Və bu, yaxın gələcəkdə ABŞ siyasi sistemində ciddi təlatümlər törədə bilər.

Maraqlıdır ki, İlon Mask və Donald Tramp müxtəlif sahələrdə vaxtaşırı yaxın ritorika sərgiləsələr də, onların siyasi baxışları və gələcəyə yanaşmaları köklü şəkildə fərqlidir. İlon Mask texnoloji inkişafa, fərdi azadlıqlara və gələcəyə yönəlmiş struktur islahatlara üstünlük verir,. Halbuki, Donald Tramp ənənəvi mühafizəkar dəyərlərə söykənən populist və proteksionist siyasət yürüdür.

Təbii ki, bu fərqli yanaşmalar, onların hələlik ortaq olan seçici bazasını da kəskin şəkildə parçalamaqla, qarşıdurma keyfiyyətli rəqabətə gətirib çıxara bilər. İlon Maskın yaratdığı yeni partiya, xüsusilə də “anti-establishment” ovqatlı, müstəqil və gənc seçicilər arasında rezonans doğura bilər ki, bu da Trampın əsas dəstək sütunlarından birini ciddi şəkildə sarsıda biləcək faktordur.

Digər tərəfdən, İlon Maskın yeni siyasi təşəbbüsü, ilk baxışda demokratların maraqlarına cavab verir. Çünki bu, prezident Donald Trampın sosial bazasını parçalaya və onun siyasi hakimiyyət dayaqlarını təhlükəli səviyyədə sarsıda bilər. Ancaq uzunmüddətli perspektivdə “Amerika” Partiyasının həm demokratlar, həm də respublikaçılar üçün ciddi alternativə çevrilə biləcəyi də qətiyyən istisna deyil. Və ABŞ siyasi sistemində onilliklərdir ki, mövcud olan iki partiyalı quruluş İlon Maskın bu müdaxiləsi ilə öz ənənəvi balansını itirə, gələcəkdə daha çox koalisiya əsaslı modelə doğru sürüklənə də bilər.

Əslində, İlon Maskın siyasətə birbaşa daxil olması elə indidən texnoloji və korporativ elitada ziddiyyətləri ortaya çıxartmağa başlayıb. Belə ki, bir tərəfdən, texnoloji innovasiya və dövlət müdaxiləsindən uzaq sərbəst bazar tərəfdarları onu dəstəkləyir. Digər tərəfdən isə dövlət tənzimləmələrini və mövcud siyasi status-kvonu qorumağa çalışan elita təbəqəsi bu təşəbbüsü qeyri-sabitlik riski kimi dəyərləndirir.

Üstəlik, ənənəvi media sisteminin də İlon Maskın siyasi təşəbbüsünü ciddi "tənqid atəşi"nə tutacağı ehtimal olunur,. Xüsusilə də, CNN, New York Times və s. kimi mərkəzçi və sol yönlü orqanları tərəddüdlü mövqedən çıxış edə bilər. Sağçı media isə prezident Donald Trampa daha loyal qaldığı üçün İlon Maska qarşı əks mövqeyə üstünlük verə bilər. Və bu da ABŞ-ın informasiya məkanında əlavə parçalanma meyllərinin olacağını vəd edir.

Onu da qeyd etmək lazımdır ki, İlon Maskın yeni partiyası yalnız ölkədaxili deyil, həm də beynəlxalq münasibətlərə ciddi şəkildə təsir edə bilər. Onun xarici siyasətdə izolyasionist meylləri, NATO və müttəfiqlərlə əməkdaşlığa skeptik yanaşması Transatlantik əlaqələrdə elə indidən müəyyən suallar doğurur. Və buna paralel olaraq, Rusiya və Çinin isə ABŞ-da yaranan siyasi parçalanmanı öz informasiya strategiyalarında istifadə edərək, qlobal demokratik sistemin sarılaraq, zəiflədiyini qabartmağa çalışacağı qətiyyən şübhə doğurmur.

Bütün bu proseslər, əslində, ABŞ-da artıq bir müddətdir ki, davam edən dərin struktur böhranının və post-institusional siyasətin təzahürüdür. ABŞ-ın dövlət və cəmiyyət sistemi tədricən ideologiya deyil, artıq şəxsiyyət mərkəzli siyasətə keçid edir. Belə ki, Donald Tramp və İlon Mask kimi fərqli, lakin güclü fərdi siyasi-ictimai brendlər, seçiciləri öz partiyalardan daha çox cəlb edirlər. Və bu, öz növbəsində ABŞ siyasi sisteminin proqnozlaşdırılmaz olmasına gətirib çıxarır.

ABŞ cəmiyyətindəki ideoloji uçurum da getdikcə genişlənir. Sol və sağ düşərgələr arasında olan mərkəzçi seçici bazası artıq əvvəlki qədər sabit deyil. Ona görə də, məhz İlon Mask kimi siyasi-ictimai figurlar da elə məhz bu boşluğa daxil olmağa çalışırlar. Və bu davamlı müdaxilələr isə öz növbəsində ABŞ cəmiyyətində sosial-siyasi radikallaşmanı gücləndirir, qarşıdurma içində olan qütblər arasında ümid bəslənən konsensus imkanlarını daha da zəiflədir.

Bütün bunlar onu göstərir ki, İlon Maskın “Amerika” Partiyasını yaratması, ABŞ siyasi tarixində yalnız yeni bir siyasi qurumun peyda olması kimi deyil, həm də bütövlükdə mövcud siyasi sistemin deqradasiyası və siyasi elitanın ciddi şəkildə parçalanması deməkdir. Bu prosesin nəticəsi kimi, ABŞ siyasi sisteminin daha da qütbləşəcəyini, radikallaşacağını və şəxsiyyət mərkəzli modelə keçəcəyini ehtimal etmək olar.

Belə anlaşılır ki, bundan sonra keçiriləcək prezident seçkiləri isə yalnız Tramp-Mask qarşıdurması olmayıb, həm də ABŞ demokratiyasının gələcəyi üzərində sınaq təcrübəsinin keçirilməsi anlamı daşıyacaq. "Amerika" Partiyasının elə indidən ictimai rəy sorğularında 40 faizin üzərində dəstək qazanması isə prezident Donald Trampın vaxtından əvvəl Ağ Evi tərk etmə təhlükəsi yaradır. Və bu baxımdan, amerikalı milyarderin Ağ Evə prezident kimi qayıtmaq üçün özünə yeni siyasi TRAMPilin yaratdığı artıq qətiyyən şübhə doğurmur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 İyul 2025 00:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see429

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see202

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see181

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see169

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see157

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see145

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see130

Biz bütün dövrlərdə dilimizi qorumuşuq Prezident

05 Yanvar 2026 23:40see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri