Ağ Evdən sərt mesaj: Amerikalılar yalnız konkret məqsədlərlə döyüşə gedəcəklər
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"ABŞ Prezidenti Donald Trampın administrasiyası aydın olmayan məqsədlərlə xaricdə müddətsiz hərbi əməliyyatlara başlamaq niyyətində deyil".
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens TASS agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Trampın Yaxın Şərqə səfəri ABŞ-nin digər ölkələrin daxili işlərinə qarışmaq siyasətindən imtina etməsi ilə diqqət çəkib. Vens vurğulayıb ki, Vaşinqton realizmə və ABŞ-nin əsas milli maraqlarının qorunmasına əsaslanan strategiyaya geri dönür.
Vitse-prezident əlavə edib ki, bu, administrasiyanın təhdidlərə məhəl qoymayacağı anlamına gəlmir. Lakin Ağ Ev bu təhdidlərə sistemli şəkildə yanaşacaq və amerikalıları yalnız "çox konkret məqsədlərlə" müharibəyə göndərəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 24 May 2025 05:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















