Icma.az
close
up
RU
Ağ Evin erməni planı: Səbəb Azərbaycan deyil

Ağ Evin erməni planı: Səbəb Azərbaycan deyil

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistanın müdafiə naziri Suren Papikyanın ABŞ müdafiə naziri Lloyd Ostinlə görüşüb və bu görüşün detalları yerli mediasında geniş yer alıb.

Görüş zamanı Papikyan Ermənistan Silahlı Qüvvələrində həyata keçirilən islahatlar barədə məlumat verib, ABŞ ilə hərbi təhsil, döyüş hazırlığı və sülhməramlı missiyalarda iştirak kimi sahələrdə əməkdaşlıq perspektivlərini vurğulayıb.

Lakin ABŞ-nin Qafqaza marağı azalıb. Co Bayden administrasiyası hazırda Ukrayna-Rusiya müharibəsinə və Yaxın Şərqdəki problemlərə fokuslanıb. Cənubi Qafqaz və Ermənistan kimi məsələlər Vaşinqton üçün prioritet təşkil etmir. Gələcəkdə Donald Trampın hakimiyyəti dövründə Ermənistanın ABŞ-nin xarici siyasət gündəmində daha da aşağı mövqe tutacağı gözlənilir.

Donald Trampın siyasət kursunda isə  ABŞ-nin xarici siyasətində “Biirinci Amerika” (America First) yanaşmasının yenidən güclənəcəyi gözlənilir. Bu yanaşma minimal xarici müdaxilələri və ABŞ-nin daxili problemlərinə fokuslanmağı nəzərdə tutur. Trampın İrana qarşı sərt mövqeyi və Ermənistanın İranla yaxın münasibətləri Vaşinqtonun İrəvana olan münasibətini daha da çətinləşdirə bilər.

Bayden administrasiyası dövründə ABŞ Ermənistana müəyyən dərəcədə hərbi yardımlar göstərmişdi. Bunun bariz nümunəsi olaraq, ABŞ-nin Ermənistana müasir silah-sursat və hərbi texnologiyalar göndərməsini göstərmək olar. Lakin Tramp dövründə belə yardımların dayandırılması ehtimalı yüksəkdir. Trampın Ukraynaya hərbi yardımın azaldılmasını dəstəklədiyini nəzərə alsaq, Ermənistan kimi ölkələr üçün hər hansı hərbi dəstək daha da uzaq perspektivə çevrilir.
Papikyanın səfəri daha çox Ermənistan ictimaiyyətinə ünvanlanmış populist addım təsiri bağışlayır. Hərbi-siyasi baxımdan bu səfərin əhəmiyyəti olduqca azdır. Görüşdə səsləndirilən ümumi vədlər və müzakirələr konkret nəticələrə çevrilmədən yalnız siyasi nümayiş xarakteri daşıyır.

Ermənistanın regiondakı geosiyasi mövqeyi və resurslarının məhdudluğu Vaşinqton üçün onu daha da əhəmiyyətsiz tərəfdaşa çevirir. ABŞ-nin Cənubi Qafqazda daha çox enerji və nəqliyyat marşrutlarına maraq göstərməsi, Ermənistanın isə bu sahədə zəif mövqedə olması onun strateji əhəmiyyətini azaldır.
Suren Papikyanın ABŞ-yə səfəri və Lloyd Ostinlə görüşü ilk baxışdan tarixi və əhəmiyyətli hadisə kimi təqdim edilsə də, əslində populist xarakter daşıyır. Ermənistanın ABŞ ilə hərbi-siyasi əməkdaşlığının uzunmüddətli perspektivləri qeyri-müəyyən olaraq qalır. ABŞ-nin xarici siyasətində Cənubi Qafqazın prioritet olmaması, Ermənistanın məhdud potensialı və İranla yaxın əlaqələri, eyni zamanda Donald Trampın hakimiyyətə gəlməsi ilə gözlənilən dəyişikliklər bu əməkdaşlığı daha da zəiflədə bilər.

Tramp İranın və oradakı rejimin rəqibidir. Ermənistanın hakim dairələri ilə İran rejimi arasında həddindən artıq sıx münasibətləri nəzərə alsaq, İrəvan Vaşinqtonun ciddi təzyiqi ilə üzləşə bilər.

Türkiyəli hərbi ekspert Yücel Karauz “Cebheinfo.az”-a mövzu ilə bağlı açıqlamasında bildirib ki, Ermənistan özünə yeni istiqamətlər və tərəfdaşlar axtarışındadır. Bu çərçivədə bəzən Amerika Birləşmiş Ştatları ilə, bəzən isə Avropa ilə əməkdaşlıq etməyə çalışır: 

"Ermənistanın müdafiə nazirinin ABŞ-yə səfərini də bu kontekstdə dəyərləndirmək lazımdır. Artıq ABŞ-Ermənistan münasibətlərində müəyyən irəliləyişlər var. Bu irəliləyiş bölgədə güc balansını dəyişəcək bir addım kimi görünsə də, ABŞ-nin xüsusən də 2020-ci ildə formalaşmış və Azərbaycanın ərazi bütövlüyünü əsas götürən bu balansı dəyişdirəcəyinə inanmıram. Çünki burada realist bir yanaşma və geosiyasi, geostrategik bir reallıq mövcuddur”.

Y.Karauz qeyd edib ki,bu geosiyasi və geostrateji fonda ABŞ Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasındakı tarazlığa diqqət yetirsə də, əsas məqsədi bölgədə Rusiyan və İranı  əhatə etməkdir:

“Bu kontekstdə ABŞ-nin Azərbaycan-Ermənistan arasındakı atəşkəs və barışıq prosesi çərçivəsində tərəflər arasındakı güc balansını dəyişdirmək niyyətində olmadığını düşünürəm.

Bayden administrasiyasının 2020-ci ildən bəri həyata keçirdiyi siyasət, 2024-cü il yanvarın 20-də vəzifəyə başlayacaq Donald Trampın mövqeyi, Ermənistan-Azərbaycan münasibətlərində mövcud balansın geosiyasi və geostrategik reallıqlar çərçivəsində qorunacağına işarə edir.

Bu baxımdan, indiki səylər 2020-ci ildən bəri davam edən prosesin tərkib hissəsidir. Lakin bu səylərin əsas hədəfi Azərbaycan deyil, daha çox Ermənistan-Amerika münasibətlərindən istifadə edərək Rusiyanı və İranı əhatə etməkdir”.

Səbinə Uğur
“Cebheinfo.az”

 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Dekabr 2024 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran İsrail gərginliyi artır: Birbaşa qarşıdurma riski nə qədər realdır? ŞƏRH

02 İyun 2026 20:42see322

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

04 İyun 2026 02:36see227

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see216

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see212

Zelenskinin məqsədi danışıqlar prosesinə ABŞ sız qatılmaqdır

04 İyun 2026 09:07see212

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see206

Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib

03 İyun 2026 17:53see189

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

03 İyun 2026 11:28see182

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see179

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

03 İyun 2026 02:25see179

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

03 İyun 2026 11:30see175

Onlardan söz qoparmaq qeyri mümkündür

02 İyun 2026 23:04see171

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

04 İyun 2026 04:02see171

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

03 İyun 2026 11:28see167

Makronun xanımının cinsiyyəti ilə bağlı yeni FAKTLAR üzə çıxdı!

03 İyun 2026 02:06see162

“Rheinmetall” silah şirkəti ilə Rumıniya arasında 5,7 milyard avroluq müqavilələr imzalanıb

02 İyun 2026 23:03see161

QMİ rəsmisi görmə qabiliyyətini itirdi Səhv əməliyyat olunub?

03 İyun 2026 00:13see159

Məhərrəm ayı bu tarixdə başlayacaq MƏLUMAT

03 İyun 2026 01:07see158

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

04 İyun 2026 02:39see158

Baş məşqçi millimizin finala yüksəlməsindən danışdı

04 İyun 2026 01:15see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri