Ağ evlə Avropa arasında çatları daha da artıracaq
Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Birləşmiş Ştatların İrana qarşı başlatdığı hərbi kompaniyanın Avropa qitəsindəki ənənəvi müttəfiqləri tərəfindən dəstək görməməsi ABŞ və qitə ölkələri arasında münasibətləri daha da gərginləşdirir. Proses əslində yeni deyil. Tramp administrasiyasının hakimiyyətə gəlişindən sonra Ağ evin Avropa dövlətləri ilə fikir ayrılıqları artmaqdadır. Xüsusilə, NATO çərçivəsində müdafiə və təhlükəsizlik sahəsində yanaşmalarda əsaslı fərqlər mövcuddur.
Donald Tramp və komandası sözügedən sahələrdə Avropa ölkələrini daha çox vəsait sərf etməyə məcbur edir. Ümumiyyətlə, Birləşmiş Ştatlar NATO - nun saxlanılmasına, eyni zamanda qitənin təhlükəsizliyinə sərf etdiyi maliyyəni azaltmağa çalışır ki, bu da öz növbəsində kollektiv qərb anlayışının artıq vahid platforma deyil, məhz parçalanmış şəkil almasının bariz nümunəsidir. İranla məsələsi isə mövcud dinamikanın sadəcə bir fraqmentidir. Aydındır ki, diqqətləri böyük ölçüdə Rusiya - Ukrayna müharibəsinə yönəlmiş Avropa dövlətləri növbəti bir böhrana sürklənmək istəmir. Lakin Hörmüz boğazında formalaşan hərbi-siyasi vəziyyət elə ən çox avropalılara mənfi təsir göstərir. Bu səbəbdən Avropa rəsmiləri hərbi əməliyyatlara qoşulmaq əvəzinə İranla dialoqun tərəfdarı kimi çıxış edirlər. Bu isə Donald Trampın İrana qarşı koalisiya formalaşdırmaq məqsədlərinə ziddir. Yəni, hesab edirəm ki, ABŞ - ın yenilənən doktrinası gərəyi proseslərlə yanaşma tərzi və paralel olaraq İranla əlaqədar dinamika Ağ evlə Avropa arasında çatları daha da artıracaq.
Bu mövzuda digər xəbərlər:Daban çatları
15 Noyabr 2024 16:43
Daban çatları. SƏBƏBLƏR və HƏLLİ
16 Noyabr 2024 04:25
“WhatsApp” qeydiyyatsız çatları test etməyə başlayıb
18 Mart 2026 07:11
Düz bağırsaq çatları. Səbəblər və müalicə üsulları
20 Noyabr 2024 20:06
Fermerlərin etirazları Polşa Ukrayna münasibətlərində çatları dərinləşdirir
17 Fevral 2025 13:56
Baxış sayı:80
Bu xəbər 15 Aprel 2026 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















