Icma.az
close
up
RU
Döyüş yoldaşlarını xilas edir, özü isə qəhrəmancasına şəhid olur

Döyüş yoldaşlarını xilas edir, özü isə qəhrəmancasına şəhid olur

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycan xalqının şanlı qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsində hər bir bölgəmizdən olan mərd oğullar ön cəbhəyə atılaraq torpaqlarımızın azadlığı uğrunda fədakarlıq göstərdilər. Hərbi anda son nəfəsinədək sadiq qalan, döyüş meydanında göstərdiyi şücaətlə adını Zəfər salnaməmizə həkk edən igidlərimizdən biri də şəhid Oqtay Güləli oğlu Güləliyevdir.

Oqtay 1962-ci ilin noyabr ayının 10-da Laçın rayonunun Xaçımyalı kəndində doğulmuşdur. 1979-cu ildə orta məktəbi bitirmişdir.

1982-ci ildə O.Güləliyev hərbi xidmətə çağırılmışdır. O, 1984-cü ildə Poltava Kooperativ İnstitutu­nun Bakı filialına daxil olur.

1989-cu ildə O.Güləliyev institutun iqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirərək, Laçın rayon Daxili İşlər Şöbəsində pasport bölməsinə baş inspektor, sonra isə polis rotasının komandiri təyin olunur. Bu zaman erməni quldurlarının torpaqlarımıza silahlı basqınları intensiv xarakter almışdı. Əhalinin təhlükəsizliyinin təmin edilməsində Oqtay böyük fədakarlıq göstərirdi. Uğursuzluqla sona çatan "Daşaltı əməliyyatı" zamanı onun rotası mühasirəyə düşən 80 nəfər əsgərimizi təhlükəsiz zonaya çıxarmağa müvəffəq olmuşdu.

O.Güləliyev Pircahan kəndi yaxınlığında gedən ağır döyüşlərdən birində yaralanır bir müddət hərbi hospitalda müalicə olunur və yenidən cəbhəyə, öz rotasına qayıdır.

1992-ci ilin sentyabr ayının 19-da Oqtay Güləliyev Laçın dəhlizini tutmaq üçün əməliyyat planı hazırlayır. Onlar əvvəlcə Hocaz kəndini, sonra isə Nərgiz yüksəkliyini ələ keçirməli idilər. Düşmənin qüvvəsi çox üstün idi. Rota üzərinə düşən vəzifəni, çətinliklə də olsa, yerinə yetirdi. Düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edildi. Bu, Gorus-Şuşa yoluna açılmış dəhlizə tam nəzarət demək idi.

Oqtayın rotası düşməni çaşbaş salaraq Sus kəndinə enir, oradan isə Qızılca kəndinə qalxır. Bu zaman onlar arxadan atəşə tutulurlar. Oqtay gilə məlum olur ki, qanları bahasına aldıqları ərazini düşmən yenidən ələ keçirib. Rota çətin vəziyyətə düşür. O.Güləliyevin dəstəsi mühasirəni yararaq Avazdar yüksəkliyinə qalxıb, oradan da Hocaz kəndinə dönür. Elə bu vaxt Oqtaygil yenidən mühasirəyə düşürlər. Oqtay vəziyyətin ağır olduğunu görüb, yoldaşlarını təhlükəsiz yerə keçirmək üçün ermənilərin qarşısını kəsir və onlarla təkbaşına döyüşə girir. Oqtayın döyüş yoldaşları xilas olur, özü isə qəhrəmancasına şəhid olur.

Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-cü il tarixli Fərmanı ilə Güləliyev Oqtav Güləli oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Ailəli idi. İki övladı yadigar qalıb. O.Güləliyev Bakı şəhərində, Şəhidlər Xiyabanında dəfn edilmişdir. Laçın şəhərində və Piçənis kəndində Qəhrəmanın adına məktəb var.

Müşfiq MİRZƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Noyabr 2026 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri