Icma.az
close
up
RU
Epşteynin çirkli şəbəkəsində model agentlikləri də var imiş ŞOK DETALLAR

Epşteynin çirkli şəbəkəsində model agentlikləri də var imiş ŞOK DETALLAR

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Cinsi istismar cinayətlərinə görə adı hallanan və 2019-cu ildə həbsxanada ölü tapılan amerikalı maliyyəçi Cefri Epşteynin gənc qadınlara model agentlikləri vasitəsilə əldə etdiyi üzə çıxıb.

“Yeni Sabah” BBC-nin araşdırmasına istinadən xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin açıqladığı sənədlərdə Epşteynin 2005-ci ildə “MC2 Model Management” Agentliyinə 1 milyon dollar ödədiyi göstərilir. Sənədlərə əsasən, həmin agentliyin 10 modeli Epşteyn 2008-ci ildə cinsi cinayətlərə görə məhkum edildikdən sonra da onunla görüşüb və ya əlaqə saxlayıb.

Araşdırmada adı çəkilən Roza adlı qadın 2009-cu ildə, 18 yaşında olarkən agentlik tərəfindən Epşteynin Floridadakı evinə fotosessiyaya göndərildiyini bildirib. Özbəkistandan ABŞ-yə köçən gənc qadının sözlərinə görə, o, həmin vaxt MC2 agentliyinin model siyahısında olub. Roza iki fotosessiyadan sonra Epşteynin köməkçisi kimi işləməyə başladığını və onun tərəfindən sistematik cinsi zorakılığa məruz qaldığını deyib. O, agentliyin rəhbərliyinin hara göndərildiyini bildiyini iddia edərək məsul şəxslərin cavab verməli olduğunu vurğulayıb. Qadının BBC-yə təqdim etdiyi sənəd isə ikinci fotosessiyadan sonra onun “Palm-Beach”a qayıdış biletinin həmin dövrdə agentliyin ABŞ bölməsinə rəhbərlik edən Ceff Fuller tərəfindən alındığını göstərir. Fuller daha əvvəl Rozanın Epşteynin evinə getməsindən xəbərsiz olduğunu bildirsə də, BBC-nin son suallarını cavablandırmayıb. Onlayn mağaza

Araşdırmada keçmiş model meneceri Remsi Elkholinin də adı çəkilir. BBC-nin əldə etdiyi məlumatlara görə, o, aralarında 18 yaşlı bir qadının da olduğu 34 nəfəri Epşteynlə tanış etməyə çalışıb. Həmin qadınlardan biri 19 yaşında olarkən Epşteynin Nyu-Yorkdakı evində onun cinsi təcavüzünə məruz qaldığını bildirib. Elkholi isə bu cinayətlərdən xəbərdar olduğu və ya onlara vasitəçilik etdiyi barədə iddiaları rədd edib.

BBC-yə danışan Şərqi Avropalı Simona adlı başqa bir qadın isə Epşteynin ona 200 dəfədən çox təcavüz etdiyini iddia edib. O bildirib ki, Epşteynlə tanış olanda 20 yaşı olub və Nyu-Yorkda model agentliklərindən biri ilə müqaviləsi olub. Simonanın sözlərinə görə, həmin vaxt dünyanın tanınmış model agentliklərindən olan “Next Management”in rəhbəri Feyt Keyts onu Epşteynlə tanış etməyi təklif edib. Qadın Keytsin ona estetik əməliyyat keçirməyi məsləhət gördüyünü, daha sonra isə cərrahın əlaqə məlumatlarını Epşteynə göndərdiyini iddia edib. Bundan sonra Epşteyn onu modellikdən uzaqlaşmağa razı salıb və özünə köməkçi kimi işləməyə başlayıb. Simona təxminən iki il ərzində cinsi zorakılığa məruz qaldığını və həyatının bütün sahələrinin Epşteyn tərəfindən idarə edildiyini söyləyib. Epşteynin 100-dən çox qurbanını təmsil edən vəkil Sigrid MakKouli isə model agentliklərinin gənc qadınların ona çatdırılmasında mühüm rol oynadığını bildirib.

Araşdırmadan sonra Nyu-York ştatının senatoru Zellnor Mayri Epşteynin cinayətlərinə vasitəçilik etdiyi iddia olunan şəxslərin araşdırılmasına imkan verəcək yeni qanun layihəsi hazırlayıb. Senatorun sözlərinə görə, Epşteynə model göndərən və onun fəaliyyətindən xəbərdar olan şəxslər də məsuliyyətə cəlb edilməlidir.

Aydan Hacı 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 11 Noyabr 2026 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see324

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see321

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see320

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see314

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see301

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see296

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see294

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see290

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see274

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see266

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see249

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see247

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see244

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see233

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see225

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see225

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see221

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see215

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri