Icma.az
close
up
RU
​İŞ YERİNDƏ ÖLÜM VƏ XƏSARƏT HADİSƏLƏRİ OLARSA... Kim cavab verməlidir?

​İŞ YERİNDƏ ÖLÜM VƏ XƏSARƏT HADİSƏLƏRİ OLARSA... Kim cavab verməlidir?

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İş prosesində elektrik cərəyanı vurması nəticəsində baş verən ölüm və xəsarət hadisələri əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunması məsələsini yenidən gündəmə gətirir. Xüsusilə elektrik avadanlıqlarının quraşdırılması, təmiri və texniki işlərin görülməsi zamanı təhlükəsizlik tələblərinin pozulması ağır nəticələrə səbəb ola bilər. Belə hadisələrin qarşısının alınmasında işəgötürənlərin, texniki təhlükəsizliyə cavabdeh şəxslərin və işçilərin üzərinə müəyyən öhdəliklər düşür. İstehsalat və iş qəzaları zamanı məsuliyyətin müəyyənləşdirilməsi, eləcə də zərərçəkənlərin və ya onların ailələrinin hüquqlarının qorunması xüsusi əhəmiyyət daşıyır. 

İş zamanı elektrik cərəyanı vurması nəticəsində ölüm və ya xəsarət hadisəsi baş verdikdə hansı şəxslər və qurumlar hüquqi məsuliyyət daşıya bilər?İşəgötürənlərin əməyin mühafizəsi və elektrik təhlükəsizliyi ilə bağlı əsas öhdəlikləri hansılardır və bu tələblərin pozulmasına görə hansı cəzalar nəzərdə tutulur?

Məsələ ilə bağlı “AzPolitika”ya açıqlamasında hüquqşünas Elşad İsayev bildirib ki, iş yerində elektrik cərəyanı vurması nəticəsində insanın xəsarət alması və ya həyatını itirməsi sadəcə bədbəxt hadisə kimi qiymətləndirilməməlidir. Hər bir belə hadisənin arxasında əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl olunub-olunmaması ciddi şəkildə araşdırılmalıdır.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının əmək qanunvericiliyinə əsasən, işəgötürən işçilər üçün təhlükəsiz əmək şəraiti yaratmağa, elektrik avadanlıqlarının texniki sazlığını təmin etməyə, işçiləri müvafiq təlimatlandırmağa və zəruri fərdi mühafizə vasitələri ilə təmin etməyə borcludur: “Əgər elektrik cərəyanı vurması nəticəsində ölüm və ya xəsarət hadisəsi baş veribsə, ilk növbədə hadisənin səbəbləri, təhlükəsizlik qaydalarının hansı formada pozulması və həmin pozuntulara görə məsul şəxslər müəyyən edilməlidir. Burada müəssisə rəhbərinin, elektrik təsərrüfatına cavabdeh şəxsin, əməyin mühafizəsi üzrə məsul şəxsin və işə bilavasitə rəhbərlik edən şəxslərin hərəkətləri ayrıca qiymətləndirilməlidir.

Belə hallarda təqsirin xarakterindən və nəticənin ağırlığından asılı olaraq cinayət, inzibati, mülki və intizam məsuliyyəti yarana bilər. İnsan ölümü ilə nəticələnən hadisələrdə cinayət-hüquqi qiymətləndirmə, xüsusilə əməyin mühafizəsi qaydalarının pozulmasına görə məsuliyyət məsələsi gündəmə gəlir”.

Hüquqşünas vurğulayıb ki, işçinin təhlükəsizliyini təmin etmək işəgötürənin seçim hüququ deyil, qanunla müəyyən edilmiş vəzifəsidir. İşçinin təhlükəsizlik qaydalarına əməl etməməsi də araşdırıla bilər, lakin bu, işəgötürənin qanuni öhdəliklərini aradan qaldırmır: “Hadisə nəticəsində işçi həyatını itirdikdə onun ailə üzvlərinin qanunvericiliklə nəzərdə tutulmuş kompensasiya və digər hüquqlarının təmin edilməsi də vacibdir. Xəsarət alan işçilərin isə sağlamlıqlarına dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqları vardır.

Hesab edirəm ki, istehsalat qəzalarının qarşısının alınmasının ən effektiv yolu hadisədən sonra məsul şəxsləri axtarmaq deyil, hadisə baş verməmişdən əvvəl təhlükəsizlik sisteminin düzgün qurulmasıdır. Çünki əməyin mühafizəsi formal sənədləşmə deyil, insan həyatının qorunmasına xidmət edən hüquqi və sosial məsuliyyətdir”.

Oğuz Ayvaz 

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 Noyabr 2026 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri