Icma.az
close
up
RU
“Ağ şəhər”də tıxacı kim yaradır? Prospektə çıxan yol konteynerlərlə bağlanıb (FOTO)

“Ağ şəhər”də tıxacı kim yaradır? Prospektə çıxan yol konteynerlərlə bağlanıb (FOTO)

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Bakının tıxac problemində tez-tez sürücülər və YPX günahlandırılsa da, bir çox hallarda bunun əsl səbəbi harda və nə vaxt gəldi tikinti-təmir işləri aparan dövlət qurumlarının, hətta özəl şirkətlərin özbaşınalıqları, əhaliyə, hərəkət iştirakçalarına etinasız, hörmətsiz münasibətidir.

Artıq bir neçə gündür ki, “Ağ şəhər”dən Babək prospektinə çıxışda yerləşən dairə ətrafında böyük tıxac yaranır. Söhbət Xəqani Rüstəmov küçəsindən gedir. Həmin dairədən Babək prospektinə iki çıxış yolu vardı. Bu yollardan biri artıq bir neçə aydır ki, yolun yaxınlığında aparılan tikinti işləri səbəbindən bağlanıb. Aylardır ki, sürücülər o yola girə bilmir və bu, zatən həmin ərazidə xüsusilə də pik saatlarında hərəkəti iflic edirdi. Üstəlik, indi də bir neçə gündür sözügedən dairədən Babək prospektinə Xaqani Rüstəmov küçəsilə çıxan ikinci yol da bağlanıb.

Yola hər iki tərəfdən böyük konteynerlər qoyulub ki, bu da bir “gözəl mənzərə” yaradır. Yəqin, bunu görən xarici qonaqlar düşünəcək ki, həmin yolla tanklar hərəkət edəcəkdi və bunun qarşısını yalnız bu cür ağır və iri konteynerlərlə almaq mümkündür...

Nəticədə, dairədən çıxan yolların heç biri ilə Babək prospektinə çıxa bilməyən avtomobillər Xətai dairəsinə istiqamət almalı olurlar. Bu da həm sözügedən dairənin özü ətrafında, həm də Xətai istiqamətində böyük tıxaca səbəb olur. Ən maraqlısı isə odur ki, Xəqani Rüstəmov küçəsinə aid yol bir neçə gündür bağlansa da, ərazidə hər hansı iş aparıldığı nəzərə çarpmır. Sadəcə, yoldan kənarda hansısa obyekt, yaxud binanın bünövrəsinə aid işlər aparıldığı görünür. Bunun yola nə aidiyyatı olduğu bilinmir. Ərazidə heç bir məlumatlandırıcı lövhə filan da yoxdur. Bir sözlə, əsl dərəbəylikdir!

Bu mənzərədən sonra müvafiq qurumların və nəqliyyat ekspertlərinin çıxıb tıxaclarda yalnız sürücüləri günahlandırması gülünc görünür. Tıxaclar o zaman azalacaq ki, təkcə sürücülər deyil, dövlət qurumları və tikinti monopolistləri də öz məsuliyyətini dərk edəcək, əhaliyə yuxarıdan aşağı baxmayacaq, ətrafdakılara hörmətlə yanaşacaqlar. Bunun tezliklə baş verməyəcəyini nəzərə alsaq, tıxac probleminin də yaxın gələcəkdə həll olunmayacağına heç bir şübhə yoxdur!

C.Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 Noyabr 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri