Ağ Şəhərdəki Neptun mağazasında satılan məhsulla bağlı narazılıq
Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakının Ağ Şəhər ərazisində yerləşən “Neptun” mağazasından alınan məhsulla bağlı vətəndaş narazılığını ifadə edib.
Gununsesi.info xəbər verir ki, vətəndaş Xədicə Kərimli mağazadan aldığı “Nescake” markalı toyuqlu ruletin görüntülərini yayıb.
O, məhsulun vəziyyətindən narazı olduğunu bildirərək məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edib-etməmək barədə sual ünvanlayıb.
“Neptun mağazasında yerləşən Nescake-dən belə bir biabırçılıq. Bu, Ağ Şəhərin mərkəzindəki Neptun mağazasından alınmış toyuqlu ruletdir.” – deyə vətəndaş yazıb.
Qeyd edək ki, qida məhsullarının təhlükəsizliyi və qida təhlükəsizliyi tələblərinə əməl olunmasına dövlət nəzarətini Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) həyata keçirir.
Agentliyin rəsmi əlaqə məlumatlarında 1003 “Qaynar xətt”, (012) 377-00-77 telefon nömrəsi və [email protected] elektron poçt ünvanı göstərilir. (Qida Təhlükəsizliyi Agentliyi)
Hazırda məhsulla bağlı AQTA tərəfindən hər hansı yoxlamanın aparılıb-aparılmadığı barədə məlumat yoxdur.
Elmar
Gununsesi.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 09 Sentyabr 2026 20:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















