Icma.az
close
up
RU
Bakı Ağ Şəhərdəki bu obyektdə nə baş verir?

Bakı Ağ Şəhərdəki bu obyektdə nə baş verir?

Icma.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xətai rayonu, Bakı Ağ Şəhər, Mərkəzi Bulvar küç., 5 üvanında - “Park Həyat” yaşayış komplekinin 1-ci mərtəbəsində yerləşən obyektin pəncərəsində “Stop Gas Terror” yazılıb.

Obyektin girişində vurulmuş lövhədən məlum olur ki, iş yerində “Şimal Servis” adlı şirkət fəaliyyət göstərir. Nə üçün şirkətin ofisinin pəncərəsində “Stop Gas Terror” şüarı yerləşdirildiyi ilə maraqlandıq.

“Texniki otaqlar şantaj vasitəsinə çevirilib”

“Şimal Servis” QSC-nin rəhbəri Fuad Zülfüqarov Marja.az-a bildirdi ki, Ağ Şəhər layihəsində fəaliyyət göstərən bir sıra iş adamları açıq şəkildə “işgəncə” ilə rastlaşırlar. “Şimal Servis” QSC-nin rəhbəri iddia edir ki, satış məqsədli olmayan texniki otaqların (köməkçi otaqların - red) iş adamları, şirkətlər tərəfindən satın alması üçün süni problem yaradılır:

“Belə ki, bir sıra yaşayış komplekslərinin 1-ci mərtəbələrdə yerləşən qeyri-yaşayış obyektlərinin texniki otaqları şantaj vasitəsinə çevirilib. Birincisi odur ki, bu texniki otaqlar satış məqsədli olmamalarına baxmayaraq, binaları tikən bəzi MTK-lar həmin sahələrin istifadəsində sahibkarlara əngəllər yaradaraq, texniki otaqları alqı-satqı predmetinə çevirməyə çalışırlar”.

Fuad Zülfüqarov qeyd etdi ki, yaranmış ağır vəziyyət ilə əlaqədar olaraq Bakı Ağ Şəhər layihəsinin rəhbərliyinə, “Azəriqaz”a rəsmi müraciət edilib, lakin indiyədək problem həllini tapmayıb.

İş elanları AzVak.az-da

“FHN bildirir ki, havalandırma olan yerdə qaz avadanlıqlarının quraşdırılması qadağandır, lakin “Azəriqaz" avadanlıqların köçürülməsindən imtina edir”

Fuad Zülfüqarov “Şimal Servis” QSC-nin kollektivinin üzləşdiyi problem ilə haqqında ətraflı danışdı:

“Məlumat üçün bildirim ki, “ART LİNE” MTK tərəfindən inşa olunmuş “Park Həyat” yaşayış kompleksində yerləşən “Şimal Servis” QSC-nin ofisinin havalandırma sisteminin olduğu texniki otaqda qəsdən qaz avadanlıqları quraşdırılıb. Qaz qızdırıcılarından istifadəsi nəticəsində yaranan zərərli qazlar bizim ofisimizə dolur.

Müraciətlərimizdən sonra yaranmış vəziyyət Dövlət Yanğın Nəzarəti Xidmətində əməkdaşları tərəfindən də araşdırılmışdır. Araşdırma zamanı Xətai rayonu, Ağ şəhər, Mərkəzi Bulvar küçəsi ev 5 ünvanında yerləşən yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən uşaq bağçasına məxsus köməkçi otaqda kombi tipli isitmə cihazı və qonşu obyektin havalandırma borusunun yerləşdirildiyi və kombi tipli isitmə cihazınıdan istifadə zamanı ayrılan dəm qazının qeyri yaşayış obyektinin havalandırma borusu vasitəsilə qonşu obyektlərə dolduğu məlum olmuşdur.

Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi “Azəriqaz" İstehsalt Birliyinin rəhbərliyinə göndərdiyi məktubda qeyd olunanları nəzərə alaraq sözügedən ünvana baxış keçirilməsi və qanunamüvafiq tədbirlər görülməsi üçün aidiyyati üzrə göstəriş verməyini xahiş edib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) qaynar xəttinə zəng edən zaman operatorlar bildirir ki, havalandırma olan yerdə qaz avadanlıqlarının quraşdırılması qadağandır!

 “Azəriqaz”ın əməkdaşları isə bildirirlər ki, qaz avadanlıqları layihə sənədlərinə uyğun olaraq quraşdırılıb və avadanlıqların köçürülməsindən imtina ediblər. Nəticədə dəm qazı “Şimal Servis” QSC-nin ofisinə 2024-cü ilin oktyabr ayından dolur.

Qeyd etdiymi kimi, bu fakt FHN strukturları tərəfindən təsdiq olunub. Lakin avadanlıqların köçürülməsi təmin olunmur və hətta FHN əməkdaşları tərəfindən bu problemin MTK ilə həll olunması tövsiyyə olunur. MTK isə binanın tikintisi 10 il bundan öncə bitməsinə baxmayaraq fəaliyyətini hələ də həmin yaşayış kompleksində davam etdirir. İndi isə qazla şantaj edərək satış məqsədli olmayan texniki otaqları satın almağa məcbur edir. Bu hala müvafiq səlahiyyətli qurumlar göz yumurlar. Görəsən bu haqsızlıqlar və özbaşınalıqlara nə vaxta qədər göz yumulacaq?”

"Sağlamlığımız üçün zərərli şərait və fəaliyyətimiz üçün çətinlik yaranıb”

Fuad Zülfüqarov əlavə etdi ki, sözügedən texniki otaq məhz "Şimal Servis" QSC üçün nəzərdə tutulmasına, bağça üçün isə ayrılmış texniki otaq olmasına baxmayaraq, bağça "Şimal Servis"in ofisi üçün nəzərdə tutulmuş texniki otaqda qaz avadanlıqlarını quraşdırmışdır:

“Nəticədə bizim sağlamlığımız üçün zərərli şərait və fəaliyyətimizə çətinlik yaranmışdır. "Şimal Servis" bağçanın qaz avadanlıqlarının bizim üçün nəzərdə tutulmuş texniki otaqdan köçürülməsini və əməkdaşlarımız üçün təhlükəsiz şəraitin yaradılmasını istəyir”.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://marja.az
archiveBu xəbər 18 Sentyabr 2025 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see365

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see351

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see275

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see265

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see255

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see244

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see237

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see236

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see231

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see223

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see221

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see212

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see211

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see190

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see188

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see185

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see177

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see173

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri