Ağa Dadaşzadə: Bu tək “Turan Tovuz”luq məsələ deyil, “Traktor”da qəti addım atmayıb
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyə təlim-məşq toplanışında "Turan Tovuz"un Cənubi Azərbaycan komandası “Traktor”la nəzərdə tutulan yoxlama oyunu ləğv olunub.
Tovuz klubu səbəb kimi komandaların hazırlıq planındakı dəyişiklik və özündən asılı olmayan səbəbləri göstərib.
Qarşılaşma iyulun 29-da nəzərdə tutulmuşdu.
"Turan Tovuz" futbol ictimaiyyəti və azarkeşlərindən mövcud vəziyyəti anlayışla qarşılamalarını xahiş edir.
Qeyd edək ki, "Traktor" ötən mövsüm tarixində ilk dəfə İran çempionu olub.
İdman jurnalisti Ağa Dadaşzadə “Sherg.az”a deyib ki, bu, tarixi bir oyun olacaqdı:

“Bu tək “Turan Tovuz”luq məsələ deyil, “Traktor”da qəti addım atmayıb. “Turan Tovuz” - “Traktor” oyunu gələcəkdə baş tuta bilər. Çünki “Traktor” klubu bu oyunu çox aruzlayırdı. “Turan Tovuz” da görüşə hazır idi. Bu qardaş komandaların tarixi görüşü ola bilərdi. Azərbaycan futbol sevərləri oyunu böyük maraqla gözləyirdilər. Lakin baş tutmadı. Buradakı bəzi incə detallar isə zamanla mətbuata və ictimaiyyətə açıqlanacaq”.
Kəmalə Vəliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 25 İyul 2025 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















