Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Serialdakı Arda illər sonra (Foto)

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

Ağa Salamov dabaq xəstəliyi barədə gerçəkləri DANIŞDI

Ağa Salamov dabaq xəstəliyi barədə gerçəkləri DANIŞDI

Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər Azərbaycanda dabaq xəstəliyi və ətin təhlükəsizliyi ilə bağlı yayılan məlumatlar cəmiyyətdə narahatlıq yaradıb.

Mövzu ilə əlaqədar Tribunainfo.az-a açıqlama verən qida mütəxəssisi Ağa Salamov bildirib ki, gəlin, bu məsələlərə nöqtəni biz qoyaq.

Dabaq xəstəliyinə toxunan mütəxəssis deyib:

“Bu o demək deyil ki, bütün Azərbaycanda olan iri və xırdabuynuzlu heyvanların hamısı dabaq xəstəsidir. Amma, hazırda dabaq xəstəliyi var. Elə bir ferma var ki, orada dabaq xəstəliyi yoxdur, baytar nəzarəti daha güclüdür, vaksinasiya gedir və s. var. Məsələ burasındadır ki, baytarın nəzarəti, rəyi, mənşəyi məlum olan bir ət məhsulunu bazardan almaq olar. Yaxud, hər hansı bir fermerdən də almaq olar. İctimai-iaşə müəssisələrinə çatdırıla bilər. Yəni, burada müəssisələrin bağlanması o demək deyil ki, quzu, iribuynuzlu və xırdabuynuzlu heyvanların satışı dayanacaq. Burada, xəstə olmayan heyvanlar da var və onların satışı davam edir. Təbii ki, baytar rəyi və nəzarəti altında olan bir şeydir. Satışa çıxarılan heyvanların da dabaq xəstəliyini daşıma ehtimalı sıfırdır. Çünki burada baytarların nəzarətindən keçən məhsullardır.

İsti emal prosesindən danışan mütəxəssis danışıb:

“Gəlirik qida zəncirinin ortasına. İsti emal prosesində; dönər, kabab, sobada-tavada, suda bişən ət məhsullarının istiliyi 75 dərəcəyə çatana qədər bişirmək lazımdır. Zatən, qida təhlükəsizliyi qaydalarına uyğun olaraq dabaq xəstəliyi oldu-olmadı belə bir qayda var ki, iç istiliyi yuxarıda qeyd etdiyim temperaturda olmalıdır. Çünki bu dərəcədə artıq bakteriyalar, dabaq virusu da məhv olur. Ona görə bu gün hər yerdə kabablar da, dönərlər də rahat satılır. Əgər düzgün şərtlər altında bişirilirsə, burada dabaq xəstəliyindən söhbət belə gedə bilməz. Əgər baytar nəzarətindən keçməyibsə, səhlənkarlıqla gətirib satırlarsa, o ətin heç mənşəyi məlum deyil. Burada artıq başqa tədbirlər görülməlidir. Qeyd edim ki, çiy halda yeyilən, yaxud tam bişməmiş ətdən dabaq xəstəliyinin insana yoluxması yüksəkdir”.

Müğənni Brilliant Dadaşovanın ət haqqında çıxışına münasibət bildirən Ağa Salamov deyib:

“Biz görürük ki, ətin morfoloji xüsusiyyətlərini, qida təhlükəsizliyi qanunlarını bilməyən insanlar efirlərə çıxıb insanları qorxudur. Hətta müğənnimiz, Allah can sağlığı versin, xalq artisti Brilliant Dadaşova da çıxıb səsləndirir ki,”vicdanınız olsun, uşaqlara satmayın”. Siz müğənni kimi çox gözəl ifaçısınız, gözəl mahnılar oxuyursunuz, biz də dinləyirik. Amma bu məsələ sizin işiniz deyil axı. Siz gördüyünüz kimi deyil, pərdənin arxa tərəfi də var. Bu camaatın haqqına girməkdir və media da sizin statusunuzu dərc edir. Hamı Qida Təhlükəsizliyi Agentliyinin bir şöbəsi olub qərarlar verir. Amma baxırsan ki, gülünc qərarlardır”.

“Ümumiyyətlə ətin bişirilməsindən, xüsusiyyətlərindən, soyudulması və isidilməsindən, təqdimatından, buzunun açılmasından, daşınmasından, saxlanılmasından, emalından anlayışları olmayan adamlar, bu standartları bilməyən adamlar çıxıb lütfən, ət haqqında heç bir şey danışmasınlar. İnsanlar gedib öz işləri ilə məşğul olsunlar. AQTA var, onlar bir tədbir görəcəklər. Bu agentlik boşuna yaradılmayıb. Onlar az iş görmür, hər şey göz qabağındadır. Hamı bir dənə AQTA-nı tapıb onu tənqid edir”.

Qida mövzusunda hər kəsin fikir bildirməsini haqlı olaraq tənqid edən mütəxəssis vurğulayıb:

“Özüm 3-cü level qida mütəxəssisi olaraq, London diplomunu almışam. Mən menecmentlik səviyyəsini bildiyim halda və imza atdığım ictimai-iaşə müəssisələrində tətbiq etdiyim halda çıxıb bir kəlmə danışmıram. Jurnalist sual verər, bəli deyərəm. Çıxıb boş-boş danışmaqla deyil. Hamı danışır. Amma ələkdən keçirsən bir-iki mütəxəssis çıxar içlərindən”.

Süni ət məsələsinə də toxunan Ağa Salamov bildirib ki, bu konspirasiya nəzəriyyəsidir.

“Süni ətin hazırlanması bəzi ölkələrdə var. Hansı ki, soyadan, B12 vitamini əlavə olunmaqla yaradılır. Mən də demişəm ki, iri və xırdabuynuzlu heyvanlara dövlətlərdən asılı olmayaraq gizli güclər tərəfindən, hava damcısı ilə viruslar göndəriləcək və bu da o heyvanların məhvinə gətirib çıxaracaq ki, süni əti bazara çıxara bilsinlər deyə. Bu bir nəzəriyyədir və özünü doğruldub-doğrultmayacağı barədə efirlərdə də danışmışam. Sübut olaraq da, şahid də var. Mən bu fikirləri neçə illər bundan öncə demişəm. Amma bu o demək deyil ki, biz haqlıyıq, yanıldığımız tərəflər də ola bilər. Burada karbon emissiyasının azalması məsələsi də var. Ekologiyaya guya zərərlidir. Ondansa avtomobilləri azaltsalar, ekologiyaya bəs edir”.

Dəniz Pənahova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:416
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 22 Oktyabr 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see351

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see347

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see335

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see294

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see263

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see229

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see209

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see197

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see191

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see188

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see187

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see185

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see176

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see173

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see173

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see173

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see162

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see161

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see161

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri