Icma.az
close
up
RU
Ağa Salamov: Tortdan zəhərlənmə tərkibində olan maddələrdən qaynaqlanır

Ağa Salamov: Tortdan zəhərlənmə tərkibində olan maddələrdən qaynaqlanır

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Bəzən üzərinə vurulan tarixlər saxta olur     

Şirniyyatları alarkən istehsal müddətinə, son istehlak tarixinə, saxlama şəraitinə fikir vermək lazımdır


Tovuzda tortdan zəhərlənən tələbələr xəstəxanadan evə buraxılıblar. Bu barədə "Report"un Qərb bürosunun məlumatında bildirilir. Qeyd edilir ki, Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin Kompüterlərin təmiri və xidməti üzrə texnik və Dərzi ixtisası qruplarının 8 tələbəsi zəhərlənmə diaqnozu ilə müalicə aldıqları xəstəxanadan evə buraxılıblar. Xatırladaq ki, bir qrup tələbə tənəffüs zamanı, təxminən saat 14:00 radələrində peşə mərkəzinin yaxınlığında yerləşən marketdən tort alaraq yeyiblər. Bir müddət sonra bir tələbə qızın halı pisləşib, liseyin işçiləri dərhal təcili yardım çağırıblar. Tələbə hospitalizasiya olunduqdan sonra digər 7 tələbə də özünü pis hiss edib. Onların səhhətində problem yaranıb. Gənclər zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıblar. Tovuz rayonu Peşə Təhsili Mərkəzində baş verən hadisənin təfərrüatlarını həmin tələbələr özləri danışıblar. Tovuz Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, onlara mədə-bağırsaq disfunksiyası diaqnozu qoyulub. Hər bir xəstəyə zəruri tibbi yardım göstərilib. Peşə Təhsili Dövlət Agentliyindən verilən məlumatda da sözügedən tələbələrin tənəffüs zamanı marketdən aldıqları tortdan zəhərləndikləri qeyd olunub. Hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

İstər toy məclisləri, istərsə də yas mərasimlərində, həmçinin məktəb bufetlərindən alınan qida məhsullarının qəbulu zamanı, hətta dönərlərdən də zəhərlənmə halları, təəssüf ki, son zamanlar tez-tez təkrarlanır. Qida mütəxəssisləri bu cür halları qidaların hazırlanması prosesində gigiyenik çirklənməyə məruz qalma ilə daha çox əlaqələndirir. Əhalimiz isti havalarda hədsiz yağlı, kimyəvi qatqılı qidalara üstünlük verir, mərasimlər zamanı qidalanma balansını pozur, yağlını yağsıza, şirini acıya qataraq müxtəlif mənşəli qidalar qəbul etməklə mədə-bağırsaq sisteminin fəaliyyətini pozurlar. Nəticədə mədə ağrıları, bağırsaqlarda problemlər yaranır, qusma, ishal halları baş verir.


Qida mütəxəsssisi Ağa Salamov “Sherg.az”a açıqlamasında bildirdi ki, zəhərlənmə şirniyyatların tərkibində olan maddələrdən qaynaqlanır: 


- Şirniyyatları alarkən istehsal müddətinə, son istehlak tarixinə, saxlama şəraitinə fikir vermək lazımdır. Bu da var ki, bəzən şirniyyatların üzərinə vurulan tarixlər saxta olur. Köhnə məhsulu yenidən satışa çıxarmaq üçün istehsal tarixini “dəyişirlər”. Alıcı aldanır, nəticədə zəhərlənmə baş verir. Şirniyyatların saxlama şəraiti çox əhəmiyyətlidir. Yağlı, tərkibində kimyəvi qatqı maddələri olan şirniyyatlar təhlükəlidir. Bu cür şirniyyatları soyuq şəraitdə, üzərində göstərilən tarixə qədər saxlamaq, istifadə müddəti bitibsə əgər istehlak etməmək, yeməmək lazımdır. Yəni şirniyyat və tort soyuducuda çox qaldıqda infeksiyalaşmış qida məhsulu kimi fəsad verə bilər. Şirniyyatlarda istifadə edilən maddələrə fikir vermək lazımdır ki, saxlama müddəti və saxlama qaydası pozulmasın. Pozulduğu halda xoşagəlməz vəziyyət yaranacaq. Hətta kütləvi şəkildə zəhərlənmə də baş verə bilər. Bunların hər birinə düzgün riayət edilsə, zəhərlənmənin qarşısını almaq olar. Ancaq zəhərlənmə olarsa, mədə-bağırsaq mütləq təmizlənməlidir. Zəhərlənmə zamanı ürək bulanması, baş ağrısı və baş gicəllənmə, qusma, ishal kimi hallar olur. Ancaq getdikcə vəziyyət dərinləşə və bədənin hərarəti qalxa bilər. Dərhal təcili yardım çağırılmalı və şəxs hospitalizasiya edilməlidir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Dekabr 2024 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see218

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see182

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see169

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see169

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see159

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see146

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see141

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see137

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see136

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see135

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri