Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

Röya bu gün açıq havada konsert verəcək Foto

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

Ağa Salamov: “Panika salanlar insanların immunitetini riskə atır”

Ağa Salamov: “Panika salanlar insanların immunitetini riskə atır”

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının müvafiq qərarlarına əsasən, dünyada və regionda müşahidə olunan heyvan xəstəlikləri ilə bağlı dövri qiymətləndirmələr aparılır. Son dövrlərdə əldə edilən məlumatlar göstərir ki, Cənubi Qafqaz regionuna daxil olan bir sıra ölkələrdə xüsusi təhlükəli heyvan xəstəliklərinin yayılma riski mövcuddur. 

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib. Onun sözlərinə görə, ölkəmizdə də endemik xarakter daşıyan xüsusi təhlükəli heyvan xəstəlikləri mövcuddur. Buna görə həm ölkəmizi xaricdən keçə biləcək xəstəliklərdən qorumaq, həm də ölkə daxilində mövcud xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə müvafiq məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb. Qalib Əbdüləliyev qeyd edib ki, xüsusi təhlükəli xəstəliklər, əsasən, bir heyvandan digərinə birbaşa təmas (kontakt) yolu ilə keçdiyindən, bu baxımdan ən riskli məkanlardan biri heyvan bazarları hesab olunur. Bu səbəbdən qərara alınıb ki, 25 oktyabr tarixindən etibarən respublika ərazisində bütün heyvan bazarlarının fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılsın. “Məhdudiyyət tədbirləri mərhələli şəkildə tətbiq olunur. Son bir həftə ərzində əhali arasında məlumatlandırma və maarifləndirmə işləri aparılıb, bazarlarda baytarlıq-sanitariya vəziyyəti qiymətləndirilib. Bu addımın əsas məqsədi heyvanlar arasında təmasın qarşısını almaq və xəstəliklərin yayılma riskini minimuma endirməkdir”. 

Qalib Əbdüləliyev vurğulayıb ki, heyvanların satışı birbaşa heyvandarlıq təsərrüfatlarında həyata keçiriləcək və buna hər hansı məhdudiyyət qoyulmur.

Həmçinin, Qida Təhlükəsizliyi Agentliyi baytarlıq-sanitariya və gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında qanunsuz heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan şəxslərə xəbərdarlıq edib. AQTA-nın məlumatında qeyd olunur ki, ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət tədbirləri görülür. "Mütəmadi olaraq Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birgə heyvan kəsimi və ət satışı məntəqələrində reydlər keçirilir. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür, kəsimlə məşğul olan şəxslərə qanunvericiliyin tələbləri izah olunur, heyvan kəsimini mərkəzləşdirilmiş və müasir kəsim məntəqələrində həyata keçirmələri ilə bağlı icrası məcburi göstərişlər verilir. Qeyd edək ki, ət məhsullarının qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq ekspertizası aparılmadan satışa çıxarılması qadağandır. Ölkədə ət və ət məhsullarının satışı yalnız baytarlıq arayışı və baytarlıq şəhadətnaməsi kimi müşayiətedici sənədlər əsasında həyata keçirilə bilər. Zoonoz xəstəliklərə yoluxma və digər neqativ halların yaranmaması üçün müvafiq sənədləri olmayan ət və ət məhsullarının alınması və istehlakı yolverilməzdir. Belə ki, qida mənşəli zoonoz xəstəliklər, adətən, mikroorqanizmlərlə çirklənmiş heyvan mənşəli qida məhsullarının istehlakı zamanı baş verir. Hazırda bütün dünyada insanlar arasında rast gəlinən yoluxucu xəstəliklərin 60 faizdən çoxu məhz zoonoz infeksiyaların payına düşür. Agentlik əhalinin sağlam ət və ət məhsulları ilə təmin olunması üçün bir daha qanunsuz heyvan kəsimi və baytarlıq nəzarətindən keçməyən ətin satışı ilə məşğul olan şəxsləri bu sahədə qanunazidd fəaliyyətdən yayınmağa və müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etməyə çağırır. Sosial şəbəkədə insanlar arasında narahatlıq yaradan məlumatlara aydınlıq gətirərək Agentlik bəyan edir ki, vətəndaşlar müşayiətedici sənədləri və möhürü olmayan ətləri almasınlar".

Öz növbəsində heyvan sağlamlığının qorunması və xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə bölgələrdə fəaliyyət göstərən Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələri diri heyvanların satıldığı bazarlarda mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirir. Bu barədə Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəis müavini Yusif İbrahimov açıqlamasında deyib. O bildirib ki, görülən tədbirlər çərçivəsində bazarların giriş-çıxış yerlərində dezinfeksiya baryerləri quraşdırılıb: “Baryerlər vasitəsilə heyvan və insanların hərəkəti nəzarətdə saxlanılır, bu isə xəstəliklərin yayılma riskini minimuma endirir. Dezinfeksiya üçün “Acidex” və “Formalin” məhlulundan istifadə olunur ki, bu da virusların, o cümlədən digər xəstəlik törədicilərinin effektiv məhv edilməsini təmin edir”. Yusif İbrahimov bildirib ki, bazarlarda satılan hər bir diri heyvana baytar həkimlər tərəfindən təftiş və sağlamlıq baxışı keçirilir: “Heyvanlarda xəstəlik əlamətləri aşkar edildiyi halda, onlar satışa çıxarılmır və müvafiq tədbirlər görülür. Bu tədbirlər sayəsində bazarlarda sağlam və təhlükəsiz heyvanların satışı təmin edilir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə birgə həyata keçirdiyimiz bu tədbirlər sayəsində xüsusi təhlükəli xəstəliklərin bazarlarda yayılmasının qarşısı alınır, heyvan sağlamlığı qorunur, təsərrüfat sahibləri və alıcılar üçün təhlükəsiz şərait yaradılır. Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi olaraq, biz heyvan sağlamlığının müdafiəsi və xəstəliklərin qarşısının alınması istiqamətində işimizi davam etdiririk və əhalini məsuliyyətli olmağa, heyvanlarda hər hansı xəstəlik əlaməti müşahidə edilərsə, dərhal baytar mütəxəssislərə müraciət etməyə çağırırıq”.


Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov Sherg.az-a  açıqlamasında diletantların bir neçə gündür əhali arasında əsassız yerə panika yaydığını bildirdi: 

- Hər yerindən duran – müğənnidən tutmuş, hamı - qidaya əli toxunmamış, laboratoriya, mətbəx görməyən, müştəri ilə işləməyən, ictimai iaşədən xəbərsiz olan, qida zənciri nədir bilməyənlər danışır. İnsanları panikaya salırlar. Brilyant Dadaşova çıxıb deyir, “insafınız olsun, uşaqları uzaq tutun... “ Ay Brilyant xanım, xalq artistisən, get, mahnılarını oxu. Gəlib sənin mikrofonunu əlindən alırıq?! Nə reklam edirsiniz özünüzü? Dabaq xəstəliyi barədə məlumat verən AQTA və 2-3 mütəxəssisdən savayı hamı reklama iləyir. Soruşursunuz, dabaq xəstəliyi tutmuş heyvanın əti təhlükəlidirmi? Baytar nəzarəti olmayan, mənşəyi naməlum ət məhsullarını alıb istehlak edəriksə, tutalım bu, xəstə heyvan ətidir, əgər biz düzgün bişirmə qaydalarına əməl etməyəcəyiksə, bütün hallarda təhlükə olacaq. Ümumiyyətlə, ət məhsulları düzgün qaydada bişirilməlidir. Bişirmə zamanı iç temperatur 75 dərəcəyə çatmalıdır. İç temperatur 75 dərəcəyə çatırsa, heç bir təhlükə yoxdur. İnsanlar, zəhmət çəkib termometr alsınlar, temperaturu ölçsünlər. O zaman təhlükə olar, əgər ət yaxşı bişirilməsə. Ət məhsulları o zaman təhlükə daşıyır, nə vaxt ki, düzgün şərtlər altında saxlanmır, müxtəlif növ çirklənmələrə məruz qalır. Amma biz nə deyirik, ət yaxşı bişirilməlidir. Zatən, həmişə ət yaxşı bişməlidir. Ət çiy qalarsa, təhlükəli olar. 


A.Salamov qeyd etdi ki, ət məhsullarına, heyvan kəsiminə baytar nəzarəti olmalı, ətin mənşəyi məlum olmalıdır: 

- AQTA xəstə heyvan satışına qadağa qoyub. Xəstə heyvanları olan təsərrüfatlar karantinə alınır, bir müddət onlarla təmas dayandırılır. Heyvanlardan sağalanı da ola bilər,  sağalmayanı da olacaq. Vaksinasiya vacibdir. Təsərrüfat sahibləri heyvanlarına vaksin vurdurmalıdır. Vətəndaş ət alarkən baytar nəzarətindən keçirilmə sənədini, uyğunluq sertifikatını tələb etməlidir. Əgər bu sənədlər varsa, alıb istehlak etsinlər. İşin mahiyyətini bilməyənlər elə bir vəziyyət yaradıblar ki, insanlar ətdən iyrənir artıq. Bəs sabah-birisigün bu insanların immuniteti aşağı düşəcəksə, B12 vitamini çatışmazlığı yaranacaqsa, əzələsi zəif adamlarda məhz qırmızı ətin tərkibində olan mioqlobin zülalı orqanizmdə çatışmayacaqsa, (mioqlobin bu əzələ toxumasında - ürək və sümük əzələlərində oksigeni saxlayan və daşıyan bir zülaldır) kim məsuliyyət daşıyacaq? Buna görə cinayət məsuliyyəti yoxdur ki, cəlb olunsunlar. Amma əsassız panika salanların vicdanları buna necə imkan verir? Ət məhsulu alan baytar sertifikatını tələb etsin, təqdim etməsələr, həmin əti almasınlar. Bu qədər sadə. Yoxsa ki, düşüblər ortalığa, ət yeməyin, təhlükəlidir, deyə bilmədiklərini danışırlar. Nə xəbərdi? Nə olub? Ətlə məşğul olanlar, bu məsələləri bilənlər danışsın qoy. Sizə nə olub düşmüsüz ortaya?!. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:361
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Oktyabr 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see792

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see320

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see284

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see276

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see272

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see261

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see259

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see255

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see237

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see232

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see227

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see214

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see214

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see209

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see196

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see187

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see186

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see185

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see180

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri