Icma.az
close
up
RU
Ağac bəzəmək tamamilə türk adətidir və Avropaya qədim türklərdən keçib

Ağac bəzəmək tamamilə türk adətidir və Avropaya qədim türklərdən keçib

Icma.az, Oxumeni.az portalına istinadən məlumat yayır.

Ağac bəzəmək tamamilə türk adətidir və Avropaya qədim türklərdən keçib

“Ağac bəzəmək tamamilə türk adətidir və Avropaya qədim türklərdən keçib. Qədim türklərdə yerin göbəyindən göyə qədər bir ağac təsəvvürü var idi və buna Həyat Ağacı deyilirdi. Bu təsəvvür şumer türklərində də var idi. Araşdırsaq görərik ki, Türküstanda hələ də 22 dekabr qış gündönümündə evlərinə Akçam ağacı gətirib budaqlarına gələn il üçün Tanrıdan nəzir-niyaz elədikləri şeylər üçün şərit bağlayırlar. İslam və xristianlıq dini yaranmamışdan çox-çox əvvəl qədim türklərin məişətində mövcud olmuş bu ağac bəzəməyin, həmçinin soyuq havalarda ortaya çıxan və yoxsullara kömək edən Ayaz Ata adlanan indiki Şaxtababanın xristianlıqla heç bir əlaqəsi yoxdur, çünki o vaxt xristianlıq dini hələ yaranmamışdı və onun yarandığı Fələstin, Qüds ərazilərində bu ağacı heç tanıyan da yox idi. Bu adət yüzillər sonra türklər (hunlar) Avropaya axın etdikcə, xristianlıq dinini qəbul etdikdən sonra ora gedib çıxmış, XVI əsrdə Avropadan dünyaya yayılmış, Ayaz Atadan götürülmüş Şaxtababa başqa mədəniyyət kimi təzədən qarşımıza çıxmışdır.

Qədim türklərə görə 22 dekabrda Günəş qaranlığa qalib gəlir, yenidən doğulur, ona görə də həmin günə NARDUGAN deyilərdi. Nar – Günəş, Dugan-Doğan. Nardoğan, yəni doğulan günəş.Türklər Nardoğanda Həyat Ağacını təmsil edən bir Akçam ağacının altına dualar Tanrıya getsin deyə hədiyyələr qoyur, ağacın ətrafında mahnılar oxuyub–oynayardılar. Yaşlı insanları ziyarət edib bir yerdə yemək yeyərdilər. Bu adət hələ də, tatarlar, başqırdlar, çuvaşlar, qaraçay və malkarlarda qorunub saxlanılır. Tatarlar bu bayrama “Koyaş Tuğa”, yəni “Günəş Doğan” , başkortlar, udmurdlar “Narduqan” və ya “Marduqan”, mişar tatarları “Raştua”, çuvaşlar “Nartavan”, ya da “Nartuken”, zrizyalar “Nardava”, mokşalar “Nardvan” deyirlər.Həyat Ağacı motivi Hitit, Urartu, Səlcuqlu, Osmanlılarda da nəzərə çarpır. Həmin dövrlərə aid xalçalarda Həyat Ağacı motivləri aydın görünür. Nardoğanda ağac bəzəmək qədim türk xalçalarının əsas motivlərindəndir.”

Muazzəz İlmiyə Çığ, dünya şöhrətli alim, türkoloq, şumeroloq, arxeoloq

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 22 Dekabr 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see313

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see258

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see246

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see196

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see157

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see151

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see150

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see147

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see145

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see145

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see140

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see139

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see137

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: “Bizdə nə müalicə alıb, nə də ölüb“ Yenilənib FOTO

20 Dekabr 2025 18:21see132

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see132

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see131

Rusiya iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi

20 Dekabr 2025 19:01see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri