Türkiyə Azərbaycanın bəzi universitetinin diplomunu niyə tanımır? Əli Əsədov iclasda Türkiyənin vitse prezidentinə səsləndi
Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Baş nazir Əli Əsədov Azərbaycanın bəzi universitetlərinin məzunlarının təhsillərini Türkiyədə davam bilmədiklərindən narahatlığını ifadə edib.
Bununla bağlı o, Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxışında çıxışı zamanı danışıb.
Baş nazir iki ölkə arasında təhsil sahəsində gözəl ənənələrin olduğunu diqqətə çatdırıb.
"Minlərlə Azərbaycan və Türkiyə vətəndaşı hər iki ölkənin ali təhsil ocaqlarında təhsil alırlar. Bununla belə, Azərbaycanın bəzi universitetlərinin məzunları təhsillərini Türkiyədə davam etdirmək istəsələr də, bunu edə bilmirlər. Səbəb isə həmin universitetlərin diplomlarının Türkiyənin Ali Təhsil Şurası tərəfindən tanınmamasıdır. Azərbaycan tərəfi bu məsələnin müsbət həllinə ümidvardır", - Əli Əsədov vurğulayıb.
Xatırladaq ki, iclas baıda keçirilir və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz iclasda iştirak edir.
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 22 Dekabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















