Icma.az
close
up
RU
Ağac evin üstünə aşdı “Elə bildik, raket düşdü” Foto

Ağac evin üstünə aşdı “Elə bildik, raket düşdü” Foto

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Ağac evin üstünə necə aşdısa, elə bildik ki, raket düşdü. Hazırda çox çətin vəziyyətdəyik, ev tamamilə yararsız haldadır”. 

Bu barədə “Qafqazinfo”ya Masallı şəhər Ərkivan qəsəbəsinin Cəbili məhəllə sakini İltifat Cəbiyev müraciət edib. 

Zərərçəkənin sözlərinə görə, aidiyyəti qurum tərəfindən evə baxış keçirilsə də, problem həll yolunu tapmayıb: “Həyətimizdə böyük bir ağac var idi. Bu, təhlükə yaratdığı üçün götürülməsi ilə bağlı hələ bir neçə il əvvəl qurumlara rəsmi müraciət etmişdik, amma nəticə olmamışdı. İndi elə oldu ki, ağac gecə saatlarında yağış və küləyin təsiri ilə evin üzərinə aşdı. Ailəmizdə onkoloji xəstə var, o da çox qorxdu”. 

İ.Cəbiyev hadisə nəticəsində çox çətin vəziyyətə düşdüklərini əlavə edib: “Xoşbəxtlikdən heç kəs ciddi ziyan görmədi. Müvafiq qurumlar gəlib ağacları yığışdırdı, ancaq evimin üstü dağılıb. Bunun həll olunmasını istəyirik, belə yaşamaq çətindir. İndi bilmirəm xəstə ilə məşğul olum, yoxsa evin bu halına bir çarə tapım...”

Xəbəri rus dilində oxuyun: "Будто ракета попала": дерево разрушило дом семьи в Масаллы - ФОТО

Məsələ ilə bağlı Masallı Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, martın 31-i saat 00:15 radələrində Masallı rayonunun Ərkivan qəsəbə sakini 1947-ci il təvəllüdlü Cəbiyev İltifat Abdin oğluna məxsus həyətyanı torpaq sahəsində olan qarağac ağacı fərdi yaşayış evinin üstünə aşıb: “Fərdi yaşayış evi 2 mərtəbədən ibarət olmaqla ümumilikdə 300 kv.m metrdir. Hadisə nəticəsində fərdi yaşayış evinin 90 kv.m hissəsi yararsız hala düşüb. Ev sahibi evin 1815-ci ildə inşa edildiyini bildirib və ağacın da məhz evin tikintisi zamanı əkildiyini qeyd edib.

Hadisə baş verən kimi dərhal müvafiq qurumlar tərəfindən hadisə yerinə baxış keçirilib, aşan ağac evin üzərindən götürülərək ərazidən uzaqlaşdırılıb. Dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər görülüb”.

Fidan Etibar



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 Aprel 2026 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see387

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see352

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see332

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see331

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see329

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see311

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see307

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see284

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see274

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see264

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see263

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see257

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see256

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see255

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see238

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see218

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see214

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see206

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri