Ağacdan yıxılaraq sümükləri sınan yazıçının SON VƏZİYYƏTİ açıqlandı
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ağacdan yıxılaraq xəsarət alan yazıçı Tahir Ələkbərli ambulator müalicə üçün evə buraxılıb.
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.
Qeyd olunub ki, iyunun 7-si, saat 8:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu ərazisindən hündürlükdən yıxılma hadisəsi ilə bağlı çağırış daxil olub.
"Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Hadisə yerində 73 yaşlı (kişi cinsli) şəxsə zəruri tibbi xidmət göstərilib və bel-omba nahiyəsinin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir və ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.
Xatırladaq ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Tahir Ələkbərli ağacdan yıxılaraq, ağır bədən xəsarətləri alıb, ondan çox sümüyü sınıb.
Əzizə İsmayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 13 İyun 2025 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















