Ağadadaş Ağayev Nurəddin Cəlilovla barışdı EKSKLÜZİV GÖRÜNTÜLƏR
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xalq artisti Ağadadaş Ağayevlə “MedEra Hospital”ın mühafizəçisi ("Vətən-N Mühafizə” MMC-nin işçisidir) Nurəddin Cəlilov barışıblar.
Lent.az-ın hadisə yerində olan əməkdaşı Orxan Rasifoğlu xəbər verir ki, hər iki tərəf barışıq sazişi imzalamaq üçün Bakı şəhəri 44 saylı notariat ofisinə gəliblər.
Xalq artisti Lent.az-a verdiyi eksklüziv açıqlamasında bildirib ki, qarşı tərəflə bütün məsələlərdə ortaq məxrəcə gəliblər:
"Notariusda gəlmişik barışıq üçün. Artıq düşmənçiliyə əsas yoxdur. Hər şey qaydasındadır".
Ağadadaş Ağayevin vəkili Asim Abbasov qeyd edib ki, tərəflər öz aralarında barışıq əldə ediblər indi isə bu barışığı rəsmiləşdirmək üçün buradadırlar. Vəkilin sözlərinə görə, rəsmiləşdirilən barışıq ərizəsi Binəqədi Rayon Məhkəməsində keçiriləcək prosesdə təqdim ediləcək.
“MedEra Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov Lent.az-a açıqlamasında Ağadadaş Ağayevin pərəstişkarı olduğunu və ondan üzr istədiyini deyib:
"Xalqdan və Ağadadaş Ağayevdən üzr istəyirəm. Belə şey olmamalı idi. Artıq barışmışıq və heç bir problem yoxdur".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 08 Yanvar 2025 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















