Icma.az
close
up
RU
Ağalarov yeni müqavilələr imzaladı otellər, tibbi mərkəzləri tikiləcək

Ağalarov yeni müqavilələr imzaladı otellər, tibbi mərkəzləri tikiləcək

Icma.az xəbər verir, Marja.az saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Sea Breeze and Real Estate” mövzusunda panel sessiyası keçirilib.

MArja xəbər verir ki, “Agalarov Development” şirkətinin nümayəndəsi Stanislav Alexandrovun moderatorluğu ilə keçirilən panel müzakirələrdə Azərbaycanda və dünya miqyasında daşınmaz əmlak bazarındakı yeni trendlər, şəhərsalma təcrübələri, böyük infrastruktur layihələrinin milli iqtisadiyyata təsiri məsələləri müzakirə olunub, 2026-cı ildə Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumu təqdim edilib.

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və  “Agalarov Development” şirkətinin prezidenti, Sea Breeze şirkətinin təsisçisi və sahibi Emin Ağalarov Azərbaycanda və beynəlxalq səviyyədə yaşayış məntəqələrinin inkişafı, yeni formatlar və bazar dinamikası, böyük həcmli şəhərsalma layihələrinin ölkə iqtisadiyyatına, məşğulluğa, nəqliyyat, turizm və digər sektorlara təsiri haqqında fikirlər səsləndiriblər.

“Scott Brovnrigg” şirkətinin baş icraçı direktoru Darren Combe, “New Murabba Development” şirkətinin inkişaf üzrə direktoru Abdullah Alsuiry, “CM İnternational” şirkətinin təsisçisi Petr Kudryavtsev, memarlıq və şəhərsalma üzrə professor Ali Alraouf, "Radisson Hotel Group"un Şərqi Avropada biznesin inkişafı üzrə vitse-prezidenti David Jenkins, "Intercontinental Hotel Group"un MDB, Türkiyə və İsrail üzrə inkişaf direktoru Aleksis Feuillat, “Merit Hotels & Casinos” şirkətinin beynəlxalq marketinq üzrə vitse-prezidenti Umut Kara,  “MEAIT & Rixos & All-Inclusive Collection” şirkətinin  böyük meneceri Ritvika Sethi  müzakirələrdə iştirak edib, şəhərsalma layihələrinin reallaşdırılmasında mövcud imkanlar və texnoloji yeniliklərə dair fikirlərini bölüşüblər.

Panel sessiya çərçivəsində bir sıra sənədlər imzalanıb.

Sea Breeze Resort” ilə “Crowne Plaza Hotels & Resorts by IHG” arasında Əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, 195 otaqlı, 4 ulduzlu otelin inşası həyata keçiriləcək. Memorandumu “Sea Breeze Resort”un təsisçisi və “Agalarov Development”in prezidenti Emin Ağalarov və “Crowne Plaza Hotels & Resorts by IHG”in MDB, Türkiyə və İsrail üzrə İnkişaf direktoru Aleksis Feuillat imzalayıblar.

Sea Breeze Resort” ilə MEAIT və “Rixos” arasında Əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Momoranduma əsasən, 504 otaq və 20 villalı 5 ulduzlu mehmanxananın inşası həyata keçiriləcək.  Sənədi “Sea Breeze Resort”un təsisçisi və “Agalarov Development”in prezidenti Emin Ağalarov və MEAIT və “Rixos” şirkətinin İnkişaf üzrə baş meneceri Ritvika Seti imzalayıblar.

“Sea Breeze Resort” ilə “Digital Residence” arasında Əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Memorandum “Sea Breeze Resort”un təsisçisi və “Agalarov Development”in prezidenti Emin Ağalarov və “Digital Residence”in layihə meneceri Denis Rudnik tərəfindən imzalanıb.

Tibbi turizmin inkişafı və “Sea Breeze Health Valley” layihələri üzrə Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Tibbi turizm infrastrukturunun inkişafını nəzərdə tutan Sənəd “Sea Breeze Resort”un təsisçisi və “Agalarov Development”in prezidenti Emin Ağalarov və “Sea Breeze Health Valley” şirkətinin rəhbəri Konstantin Qrinfeld tərəfindən imzalanıb.

Potensial tibbi klaster layihələrinin birgə qiymətləndirilməsi üzrə Anlaşma Memorandumu imzalanıb. Tibbi klasterdə potensial layihələrin texniki-iqtisadi əsaslandırmasını nəzərdə tutan Memorandum Azərbaycan Biznesin İnkişafı Fondu (ABİF) ilə “Sea Breeze Health Valley” (“Sea Breeze Resort”) arasında imzalanıb. Sənədi ABİF-in icraçə direktoru Yasin Cəlilov və “Sea Breeze Health Valley” şirkətinin rəhbəri Konstantin Qrinfeld imzalayıblar.

"Sea Breeze Resort”, “Sana Hospital Group” və “Don Agro International” arasında Əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Beynəlxalq çoxprofilli tibbi mərkəzin yaradılmasını nəzərdə tutan Sənədi “Sea Breeze Health Valley” rəhbəri Konstantin Qrinfeld, “Sana Hospital Group”un Beynəlxalq əlaqələr direktoru Sven Heininqer və “Don Agro International”ın baş icraçı direktoru Marat Devlet-Kildeyev imzalayıblar.

“Sea Breeze Resort” ilə beynəlxalq hotel şəbəkəsi olan Radisson Hotel Group arasında “Radisson Blu” markası altında yeni otelin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb. Sənədi “Sea Breeze Resort”un sahibi və qurucusu, həmçinin “Agalarov Development”in prezidenti Emin Ağalarov və Radisson Blu-nun Şərqi Avropa üzrə Biznesin İnkişafı üzrə vitse-prezidenti David Jenkins imzalayıblar. Memorandum çərçivəsində tərəflər “Sea Breeze” ərazisində “Radisson Blu” brendi ilə fəaliyyət göstərəcək otelin yaradılması, idarə edilməsi və beynəlxalq standartlara uyğun xidmətlərin təmin olunması istiqamətində əməkdaşlıq edəcəklər. Layihə həmçinin turizmin inkişafına, beynəlxalq səviyyədə tanıtıma və yeni investisiya imkanlarının açılmasına töhfə verməyi hədəfləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://marja.az
archiveBu xəbər 22 Sentyabr 2025 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri