Icma.az
close
up
RU
Ağalı kəndinə qayıdışın 3 cü ildönümü qeyd olundu FOTO/VİDEO

Ağalı kəndinə qayıdışın 3 cü ildönümü qeyd olundu FOTO/VİDEO

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İşğaldan azad edilmiş ərazilərimizdə Böyük Qayıdışın ilk ünvanı olan Zəngilan rayonunun Ağalı kəndində keçmiş məcburi köçkünlərin daimi məskunlaşdırılmasına başlanmasının 3-cü ildönümü tamam olub.

"Unikal" xəbər verir ki, bu münasibətlə Abşeron rayonunun Masazır kəndində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksindəki  Zəngilan Mədəniyyət Evində təntənəli yığıncaq keçirilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunmuş tədbirdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Zəngilan Rayon İcra Hakimiyyətinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin nümayəndələri və 100-dən çox keçmiş məcburi köçkün iştirak ediblər.

İlk olaraq tədbir iştirakçıları Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasında ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib.

Daha sonra Böyük Qayıdışa dair foto-sərgiyə baxış keçirilib.

Yığıncaqda Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov tədbiri giriş sözü ilə açaraq Azərbaycan xalqının xilaskarı, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycanın rifahı naminə gördüyü işlərdən, Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərdən danışıb. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti və sərkərdəlik qüdrəti, şanlı Ordumuzun rəşadəti sayəsində ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunduğunu vurğulayıb və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın Ağalı kəndindən başlanmasının zəngilanlılar üçün qürurverici hadisə olduğunu bildirib. “Ağıllı kənd” konsepsiyası ilə salınmış bu yaşayış məntəqəsində ağalılar üçün təhlükəsiz və layiqli həyat şəraitinin yaradıldığı, doğma yurda qayıtmış insanların ötən üç ildə bu şəraitə uyğunlaşdıqları, kəndin sosial-iqtisadi inkişafında fəal iştirak etdikləri qeyd olunub. Zəngilanın məcburi köçkün sakinlərinin hamısının ata-baba yurduna dönüşü səbrsizliklə gözlədikləri diqqətə çatdırılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsisinin sədr müavini Fuad Hüseynov Böyük Qayıdışın xalqımız öz torpağına bağlılığını nümayiş etdirdiyini, mühüm tarixi-siyasi əhəmiyyət daşıdığını bildirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üçün uzunmüddətli tədbirlər həyata keçirildiyi, Böyük Zəfərdən sonra isə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin geniş vüsət aldığı, Böyük Qayıdışın başlandığı və uğurla davam etdiyi xatırladılıb. Vurğulanıb ki, Birinci vitse-prezident Mehriban Əliyeva da qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlərə xüsusi həssaslıqla yanaşır, onların həllinə təsirli dəstək göstərir.

Ağalıları və bütün zəngilanlıları Dövlət Komitəsinin rəhbərliyi adından təbrik edən Fuad Hüseynov ötən üç ildə qazanılan təcrübənin Böyük Qayıdışın daha səmərəli aparılmasında, keçmiş məcburi köçkünlərin arzu və istəklərinə uyğun həyata keçirilməsində mühüm rol oynadığını bildirib.   

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Aqil Qurbanov tədbirdəki çıxışında Ağalı kəndinin sosial-iqtisadi inkişafı üçün lazımi imkanların olduğunu, məcburi köçkünlüyün ağrı-acılarını yaşamış sakinlərin onlar üçün yaradılan şəraitdən istifadə edib, böyük həvəslə yeni həyata başladıqlarını vurğulayıb. Qeyd edilib ki, kənd sakinlərinin əksəriyyətinin məşğulluğu təmin edilib, həyətyanı sahədə əkin-biçin işləri görür, ev quşları saxlayırlar. Diqqətə çatdırılıb ki, təsdiq edilmiş Baş plana əsasən, Zəngilan rayonunda abadlıq-quruculuq işləri davam etdirilir, sakinlərin rahatlığı və təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülür.   

ANAMA-nın əməkdaşı Ceyhun Quliyev mina və partlamamış hərbi sursatların növləri, xarakteri, minalanmış və minalardan təmizlənmiş ərazilərdə davranış qaydaları, aidiyyəti üzrə müraciət qaydaları ilə bağlı ətraflı məlumat verib. 

Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşı Fatma Cəfərova təmsil etdiyi qurumun fəaliyyəti barədə danışıb. Hazırda Agentlik tərəfindən 42 ixtisas üzrə peşə təlimlərinin verildiyi, məcburi köçkünlərin də bu təlimlərə cəlb olunduğu qeyd edilib. Bildirilib ki, peşə bacarıqlarını artırmaq istəyən şəxslər Agentliyə müraciət edə bilərlər. 

Ağalı kəndinə ilk köçürülənlərdən olan tanınmış ictimai fəal-bloger Çiçək Gəraylının çıxışını da yığıncaq iştirakçıları maraqla dinləyiblər. O, doğma yurdda yeni həyatını necə qurduğu barədə söhbət açıb, yaradılan şəraitdən məmnunluğunu bildirib, işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq və abadlıq işlərinin orada yaşayan hər kəsdə böyük sevinc və qürur hissi doğurduğunu qeyd edib. Çiçək Gəraylıya işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın sosial mediada təbliğat-təşviqatına verdiyi müsbət töhfəyə görə Dövlət Komitəsinin sədri adından təşəkkürnamə təqdim edilib. 

Məcburi köçkün Mahirə Quliyeva isə Böyük Qayıdışla bağlı bütün yenilikləri diqqətlə izlədiklərini, dövlətimizin bu sahədə gördüyü işləri ürəkdən bəyəndiyini və doğma yurda geri dönəcəkləri günü səbrsizliklə gözlədiklərini bildirib.

Tədbirdə çıxış edən digər rəsmi şəxslər Böyük Qayıdış proqramı çərçivəsində görülən işlər, mina təmizləmə prosesi, infrastruktur layihələrinin icrası və gələcək planlar barədə ətraflı məlumat veriblər. Bildirilib ki, təkcə Ağalı kəndi deyil, bütövlükdə Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarında yenidənqurma işləri sürətlə davam etdirilir və yaxın illərdə daha çox ailənin öz doğma yurduna qayıtması nəzərdə tutulur.

Ağalı kəndinin yığıncaqda iştirak edən sakinləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər, qayıdış prosesinin onların həyatında yaratdığı müsbət dəyişikliklərdən danışıblar. 

Tədbir iştirakçılarını maraqlandıran suallar Dövlət Komitəsinin aidiyyəti şöbələrinin rəhbər şəxsləri, həmçinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı tərəfindən cavablandırılıb. 

Sonda Zəgilan rayonuna qayıdış, sosial müdafiə tədbirləri və mina təhlükəsinə qarşı maarifləndirməyə dair video çarxlar nümayiş olunub. 



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://unikal.az
archiveBu xəbər 18 İyul 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri