Icma.az
close
up
RU
Ağalıda 33 ildən sonra taxıl biçini başladı

Ağalıda 33 ildən sonra taxıl biçini başladı

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

İşğaldan azad edilmiş Ağalı kəndində 33 ildən sonra ilk dəfə taxıl biçininə başlanılıb. Böyük Qayıdışın ilk ünvanı olan kənddə sakinlər illər sonra becərdikləri ilk məhsulu zəmilərdən yığırlar.

"Cebheinfo.az" xəbər verir ki, ötən ilin payızında yaradılan ailə kooperativləri tərəfindən əkilən buğda və arpa sahələri yüksək məhsuldarlığı ilə seçilir. İşğal illərində baxımsız qalsa da, Böyük Qayıdışdan sonra münbit torpaqlar bu gün yenidən əsl sahiblərinin zəhməti sayəsində bərəkət verir.

"Zəfər" kooperativinin üzvü Fəxrəddin İsmayılov da ilk biçin sevincini yaşayan sakinlərdəndir. Onun da üzvü olduğu təsərrüfatda yerli iqlimə uyğun arpa sortu becərilib. Fermer artıq ilk məhsulun yığımına başlayıb.

Ağalının ilk fermerlərindən olan Nürəddin Əliyevin üzvü olduğu kooperativdə də biçin işləri davam edir. 16 hektar sahədə sertifikatlı buğda toxumları əkilib və hər hektardan təxminən 30 sentner məhsul əldə olunacağı gözlənilir. Fermerlər gələcəkdə dövlət proqramının yaratdığı imkanlardan istifadə edərək meyvəçilik təsərrüfatı yaratmağı, eləcə də şəkər çuğunduru əkinlərini genişləndirməyi qarşıya məqsəd qoyub.

Zəngilan Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Möhübbət Səmədov bildirib ki, Ağalıda yaradılan "Barış", "Zəfər" və "Bərəkətli Torpaq" kooperativləri işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən ilk kənd təsərrüfatı kooperativləridir. Onun sözlərinə görə, yeni dövlət proqramında nəzərdə tutulan subsidiya və dəstək mexanizmləri hesabına rayonda taxılçılıqla yanaşı meyvəçilik, bağçılıq və heyvandarlığın inkişafı üçün də geniş imkanlar yaranacaq.

Beləliklə, 33 illik həsrətdən sonra Ağalıda ilk taxıl biçini təkcə bol məhsulun deyil, doğma torpaqlarda həyatın və kənd təsərrüfatının yenidən dirçəlişinin rəmzinə çevrilib.(azertag)

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 İyul 2026 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see408

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see402

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see278

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see259

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see248

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see241

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see239

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see235

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see234

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see218

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see207

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see207

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see203

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see202

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see201

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see198

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see194

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see193

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri