Icma.az
close
up
RU
Ağalıda “ağıllı kənd” məşğulluğu

Ağalıda “ağıllı kənd” məşğulluğu

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Uzun illərin yurd həsrətini bu gün torpaqla ülfət əvəz edib

Keçmiş məcburi köçkünlərin yurd yerlərinə qayıdışı təkcə torpaq həsrətinə son qoymur, həm də iqtisadi inkişafa mühüm töhfə verir. Ömrü boyu torpağın bərəkətini görən, lakin 30 il ərzində ondan uzaq düşən insanların arzuları artıq gerçəkləşib. Bu gün hər kəs səhərdən axşamadək inkişaf və quruculuq naminə çalışır.

Zəngilan rayonunda “Ağıllı kənd” layihəsi çərçivəsində salınan Ağalıda həyat büsbütün dəyişib. Burada yeni inkişaf konsepsiyasının əsası qoyulub və artıq onun bəhrələri görünməkdədir. Dövlətin aqrar sahənin inkişafına göstərdiyi diqqət və fermerlərə verdiyi hərtərəfli dəstək məhsuldarlığın artmasına və keyfiyyətli məhsul istehsalının genişlənməsinə əlverişli şərait yaradır.

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sektorun inkişafında yeni mərhələnin əsas istiqamətlərini müəyyənləşdirir. Dövlət başçısının tapşırıqlarına uyğun hazırlanmış bu mühüm sənəd kənd təsərrüfatında intensiv inkişafın təmin edilməsinə, məhsuldarlığın artırılmasına, strateji məhsullar üzrə özünütəminat səviyyəsinin yüksəldilməsinə və ümumi istehsal həcminin genişləndirilməsinə xidmət edir.

Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Möhübbət Səmədovla söhbətimizin daha əhatəli alınması üçün birbaşa əkin sahələrinə yollandıq. Bu ərazilərdə tarixən dadlı və keyfiyyətli məhsulları ilə seçilən meyvə bağları indi yeni inkişaf dövrünü yaşayır.

Həmsöhbətim bildirir ki, torpaq uzun illər məhsul üzünə həsrət qalmışdı, fermer isə doğma yurdunda işləmək və zəhmətinin bəhrəsini görmək imkanından məhrum olmuşdu. Artıq bu həsrətə son qoyulub. Möhübbət Səmədov strateji məhsullar üzrə özünütəminat məsələsinə toxunaraq dedi:

– Dövlət Proqramının icrasını və onun nəticələrini Ağalı kəndində əyani şəkildə görmək mümkündür. Kənd sakinləri əvvəlcə öz ailələrinin tələbatını ödəyir, daha sonra əldə etdikləri bol məhsulu bazara çıxararaq həm gəlir əldə edir, həm də aqrar sahənin inkişafına töhfə verirlər. İstənilən fermerlə görüşərək bunun şahidi ola bilərsiniz”.

Torpaq sevgisinin bəhrəsi

Zəngilan rayonunda yaratdığı nümunəvi fermer təsərrüfatı ilə tanınan Minayə Mahmudova Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Publik Hüquqi Şəxsində mütəxəssis kimi çalışmaqla yanaşı, həm də Bakı Dövlət Universitetində təhsil alır. Ailənin kənd həyatı ilə yaxından tanış olmaq məqsədilə işdən sonra evində qonaq olduq. Burada zəhmətin bəhrəsini, təbii məhsulların dadını və torpaq sevgisinin yaratdığı gözəlliyi hiss etmək mümkün idi. Gül-çiçəkli, bol meyvəli həyət uzaqdan insanı heyran edir. Birinci Qarabağ müharibəsinin iştirakçısı olan həyat yoldaşı yetişdirdikləri meyvə-tərəvəzin dadına baxmağı məsləhət bildi. Pomidor, xiyar, alça, ərik və digər məhsullar özünəməxsus ləzzəti ilə seçilirdi.

Həyətyanı sahəni gəzərkən Minayə xanımla həmsöhbət olduq. Öyrəndik atası Məhəmməd Mahmudov uzun illər kənddə mexanizator kimi çalışıb, traktor sürüb, briqadir və ferma müdiri vəzifələrində işləyib. Məcburi köçkünlük illərində ailə müxtəlif yerlərdə yaşadıqdan sonra Bakının Bayıl qəsəbəsində məskunlaşıb.

Minayə xanım həmin günləri belə xatırlayır: “Valideynlərim torpağa bağlı insanlar idi və daim yurd həsrəti ilə yaşayırdılar. Təəssüf ki, anam torpaqlarımızın azad olunduğunu görmədən vəfat etdi. Atam isə həmin vaxt ağır xəstə idi. 2020-ci ilin oktyabrında torpaqlarımızın azad olunması xəbərini eşidən kimi sevinc içində evə qaçdım və atamı təbrik edib muştuluq istədim. O, yataq xəstəsi olsa da, qəfil ayağa qalxdı. Gözləri sevincdən dolmuşdu. Əlini yastığının altına uzadanda düşündüm ki, mənə pul verəcək. Lakin o, illərlə gizlətdiyi evimizin açarlarını çıxarıb mənə uzatdı və dedi: – Bilirəm, kəndə çox bağlısan. Qayıdanda evimizin qapısını sən açarsan, 1993-cü ilin oktyabrında yurdumuzdan çıxanda evimizin qapısını bağlayıb açarları özümlə götürmüşdüm”.

2021-ci il aprelin 26-da Ağalı kəndində “Ağıllı kənd” layihəsinin təməlqoyma mərasimində də iştirak etdiyini bildirən Minayə Mahmudova daha sonra dedi:

– Həmin vaxt sevinclə evimizi axtarmağa başladım. Lakin kəndimizin tamamilə dağıdıldığını görəndə çox kədərləndim. Ürəyimdə bir həftə əvvəl vəfat etmiş atama müraciət edərək dedim: “Ata, kəndimizə gəldim, amma evimizin qapısını tapa bilmədim. Hər şeyi dağıdıblar. Amma narahat olma, dövlətimizin qayğısı sayəsində evimizi yenidən quracağıq”.

Halal ailə büdcəsi

Minayə xanımın ailəsi hazırda dövlət tərəfindən verilmiş dördotaqlı evdə yaşayır. Həyətyanı sahədə qızı Çiçəklə birlikdə müxtəlif növ tərəvəz və meyvələr yetişdirir, güllərə quluq edir. O, söhbət əsnasında həyətyanı sahələrinə sevgi ilə qulluq etdikləri üçün bunun bəhrəsini artıqlaması ilə gördüklərini dilə gətirdi. Dedi ki, bəzi ərzaq məhsulları istisna olmaqla ailənin tələbatı tam ödənilir. Pomidor, xiyar, badımcan və digər tərəvəzlər əkir, meyvələrdən kompot, mürəbbə və turşular hazırlayırlar.

Yetişdirdikləri təbii məhsulların bir hissəsini satır, digər hissəsini isə şəhərdə yaşayan yaxınlarına göndərirlər. Bu məhsullar həm ailənin ehtiyacını ödəyir, həm də əlavə gəlir gətirir. Onun sözlərinə görə, məhsullara maraq böyükdür, hətta Bakıdan gəlib məhsulları alan müştəriləri də var: “Zəhmətimiz ailə büdcəsinə ciddi dəstək verir. Hər yay minə yaxın banka mürəbbə, kompot və turşu hazırlayırıq. Buna görə də ərzaq təminatında heç bir çətinlik çəkmirik”.

Minayə Mahmudova həm də fermerdir. Bu il ilk dəfə olaraq rəhbərlik etdiyi “Barış” kooperativinə məxsus 10 hektarlıq sahədə arpa əkilib. Təsərrüfatına göstərdiyi yaxşı qulluq sayəsində bol məhsul yetişdirməyə nail olub. Arpa biçininə isə yaxın günlərdə başlanılacaq. O, təsərrüfatında şaftalı və ərik bağları salmağı da planlaşdırır. Bir sözlə, torpağın imkanlarından səmərəli istifadə etməklə o da məhsul bolluğuna töhfə verməyə çalışır.

Ağalı kəndində müşahidə olunan inkişaf bir daha göstərir ki, doğma yurda qayıdan insanların torpağa bağlılığı, dövlət dəstəyi və müasir kənd təsərrüfatı yanaşmaları birlikdə yüksək məhsuldarlığa və davamlı inkişafa yol açır. Uzun illərin həsrəti bu gün bol məhsul, rifah və quruculuq əzmi ilə əvəz olunur.

Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 İyul 2026 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see300

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see290

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see271

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see251

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see239

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see233

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see189

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see179

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see177

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see177

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see166

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see165

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see165

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see165

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see164

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see163

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see162

OpenAI 2027 ci ildə birjaya çıxmağı planlaşdırır

20 Avqust 2026 03:04see159

Sibel Canın son halı diqqət çəkdi (Video)

20 Avqust 2026 06:06see145

Bu tarixlərdə insanlar avtoqəzalarda daha çox ölür?

20 Avqust 2026 00:45see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri