Icma.az
close
up
RU
Ağalıda əkinə yararlı torpaqlarla bağlı sessiyalar keçirildi

Ağalıda əkinə yararlı torpaqlarla bağlı sessiyalar keçirildi

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Ağalıda torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbulu prosesi davam edir.

“Cebheinfo.az” xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi Zəngilan rayonu Ağalı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi ilə bağlı məlumatlandırma sessiyalarına başlayıb. 

Məlumatlandırma sessiyaları torpaqların əkin məqsədli istifadəyə verilməsinin şərtləri və tələbləri barədə Ağalı sakinlərinin maarifləndirilməsi, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsi ilə müraciətlərin qəbulu prosesinin sürətləndirilməsi məqsədi daşıyır.

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimovanın rəhbərlik etdiyi nümayəndə heyəti Ağalıya səfər çərçivəsində əvvəlcə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin məsul şəxsləri arasında görüş keçirilib. Görüşdə Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, Ağalı kəndinin sakinləri də iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan nazir müavini İlhamə Qədimova bildirib ki, Ağalı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbulu prosesi martın 1-dən davam edir. 

Ağalı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanının 4.1-ci bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli 544 nömrəli qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”na əsasən həyata keçirilir. 

İşğaldan azad edilmiş rayonlarda torpaqların istifadəyə verilməsinə ilk dəfə Ağalı kəndindən start verildiyini deyən nazir müavini bildirib ki, kənddə məskunlaşan və yaşayan sakinlərdən müraciətlərin qəbulu martın 31-dək davam edəcək.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Cahid Mövlayev qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə infrastrukturun yenidən qurulması, abadlıq-quruculuq işləri uğurla davam etdirilir. Azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri iqtisadi və sosial inkişaf üçün yeni imkanlar açır. 

Mart ayından Zəngilan rayonu Ağalı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli kənd sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsinə başlanılması kənd sakinlərinin daha geniş səviyyədə kənd təsərrüfatı ilə məşğul olmalarına və sosial həyat səviyyəsinin yüksəldilməsinə öz müsbət təsirini göstərəcək. 

Cahid Mövlayev əlavə edib ki, digər işğaldan azad olunmuş rayonlarda olduğu kimi Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında da aparılan bərpa-quruculuq işləri, iqtisadiyyatın yenidən qurulması, sakinlərin məskunlaşdıqdan sonra sosial vəziyyətinin, həyat səviyyəsinin yaxşılaşdırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə daim xüsusi önəm verilir.

Görüş çərçivəsində Nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Seymur Səfərli, İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə şöbəsinin müdiri Aynur Qurbanlı tərəfindən Ağalı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün EKTİS vasitəsilə müraciətlərin qəbulu qaydaları, şərtlər və tələblər barədə təqdimatlarla çıxış ediblər.

Qeyd edək ki, kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə ayrılması üçün müraciət edən Ağalı kənd sakinləri ilə müqavilələrin imzalanması, təlimlərin keçirilməsi və ərazilərin yerində tanıdılması 1 aprel-31 may tarixləri arasında baş tutacaq. 

İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.

Nigar
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Mart 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri