Tramp feldmarşal olmaq istədiyini bildirib
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp Filippin Prezidenti Ferdinand Markos ilə görüşündə zarafatla Filippin ordusunun feldmarşalı rütbəsinə yüksəldilmək istədiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Daily Tribune” nəşri məlumat yayıb.
Nəşrin “X” sosial şəbəkəsində paylaşdığı məlumata görə, Tramp görüş zamanı ABŞ-nin hərbi lideri Duqlas MakArturu xatırladaraq, onun kimi Filippin ordusunun feldmarşalı rütbəsini almağa etiraz etməyəcəyini deyib.
“Etiraz etmirsinizsə, mənim üçün də eyni şeyi etməyinizi istərdim. Çox istərdim. Yəni, niyə məndə olmasın?” – deyə Tramp bildirib.
Qeyd edək ki, Ferdinand Markosla görüşdən sonra Donald Tramp ABŞ və Filippin arasında ticarət müqaviləsinin imzalandığını və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunduğunu açıqlayıb.
Tramp, həmçinin ABŞ-nin Filippində genişmiqyaslı nüvə enerjisi layihəsinin hazırlanmasında Amerika texnologiyasından istifadə edilməsini təsdiqlədiyini bildirib.
Bu mövzuda digər xəbərlər:Tramp yenidən prezident olmaq istədiyini bildirib
23 İyul 2026 23:13
Tramp Çindən kömək istədiyini bildirib
08 May 2025 21:36
Tramp Putinin onunla görüşmək istədiyini bildirib
10 Yanvar 2025 05:24
Tramp Papa olmaq istədiyini deyib
30 Aprel 2025 10:18
Tramp Putinlə mümkün qədər tez görüşmək istədiyini bildirib
14 Yanvar 2025 10:51
Baxış sayı:86
Bu xəbər 18 Noyabr 2026 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















