Ağasəlim Mircavadov: Neftçi Şamaxıda çox zəif oynadı
sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Şamaxı" ilə oyunda qalib gəlmək üçün "Neftçi" özü özünə mane oldu". Bu sözləri Sport24.az-a açıqlamasında Ağasəlim Mircavadov deyib.
Təcrübəli mütəxəssis Misli Premyer Liqasının XXII turunda keçirilmiş "Şamaxı" - "Neftçi" (2:2) oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Komandanın büdcələrinin müzakirə edəndə hər şey bəlli olur. Düzdür, hakim səhvləri oldu. Gənc referidir, xətalar qaçılmazdı. "Neftçi" avrokuboklara vəsiqə qazanmaq istəyirsə, büdcə və keyfiyyət baxımdan özündən zəif olan komandalara qalib gəlməlidir".
Mircavadov "ağ-qaralar"ın rəqibi ilə son dəqiqələrədək bərabər oynadığını deyib.
"Neftçi" oyunun taleyini daha tez həll etməli idi. Son dəqiqələrdə buraxılan qolların əvəzini çıxmaq çətindir. İndiki vəziyyətdə qitəmiqyaslı tunirə yollanmaq üçün hər qarşılaşmadan qələbə ilə ayrılmaq məcburiyyətindədirlər. Kubokda şanslar itib, ümid qalıb Premyer Liqaya. "Neftçi" Şamaxıda çox zəif oynadı".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 03 Mart 2026 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















