Icma.az
close
up
RU
Ağatahir Əzimov: Azərbaycanda bir neçə ildən sonra daha keyfiyyətli futzalçılar yetişə bilər

Ağatahir Əzimov: Azərbaycanda bir neçə ildən sonra daha keyfiyyətli futzalçılar yetişə bilər

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 27 yanvar, AZƏRTAC

Hazırda futzalımız Danimarka kimi komandalarla müqayisədə zəifdir. Gənclərimiz istedadlıdır, sadəcə zamana ehtiyac var.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Futzal Federasiyasının seleksiya üzrə məşqçisi Ağatahir Əzimov millinin Danimarka yığması ilə keçirdiyi yoldaşlıq oyunlarını və komandanın hazırkı durumunu dəyərləndirərkən deyib.

O bildirib ki, hazırda milli komandada vəziyyət bir qədər çətindir: “Komandamız əsasən gənc futbolçulardan ibarətdir. Cəmi bir-iki təcrübəli oyunçumuz var, qalanları isə gənclərdir. Braziliyalı futzalçılar getdikdən və onlara icazə verilmədikdən sonra, yerinə yeni legionerlər də gəlmədiyi üçün əsasən yerli gənclərlə yolumuza davam edirik. Bu səbəbdən orta nəsil demək olar ki, qalmayıb”.

Mütəxəssis qeyd edib ki, əvvəlki dövrlərdə azərbaycanlı futzalçılar kifayət qədər oyun təcrübəsi qazana bilmədikləri üçün bu gün gənclər birbaşa əsas milliyə gəlirlər: “Joze Alesionun dövründə yerli futbolçular az oynayırdı və inkişaf edə bilmirdilər. İndi isə U-19-dan gələn uşaqlar birbaşa əsas milliyə cəlb olunurlar. Onlar istedadlıdırlar, amma hələ çox gənc və təcrübəsizdirlər. Potensial kifayət qədər güclüdür, lakin bu proses asan deyil. Xüsusilə Danimarka kimi komandalarla oyunlar həmişə çətin keçir. Evdəki matçda uduzub, səfərdəki görüşdə qalib gəldik. Danimarka kimi komandalarla müqayisədə hazırda futzalımız zəifdir və gələcək oyunlarda daha güclü rəqiblərlə qarşılaşmaq çox çətin olacaq”.

Ağatahir Əzimov futzalın inkişafı üçün uşaq futbol məktəblərinin rolunu xüsusi vurğulayıb: “Uşaq məktəblərində düzgün iş aparsaq, bir neçə ildən sonra daha şüurlu və keyfiyyətli oyunçular yetişdirə bilərik. Bunun üçün sponsorların dəstəyi də vacibdir. Bölgələrdə uşaq məktəbləri açılmalıdır. Hazırda əsasən Bakıda oynayan uşaqları yığmaya çağırırıq. Çünki çempionat faktiki olaraq Bakı birinciliyi kimidir. Digər bölgələrdə komandalar demək olar ki, yoxdur”.

Seleksiya üzrə məşqçi ölkə çempionatındakı vəziyyətə də toxunub: “Neftçi” bir qədər güclənib, yaxşı legionerlər gətirilib, azərbaycanlı gənclər də cəlb olunub. Hazırda çempionluq uğrunda mübarizə aparırlar. “Araz-Naxçıvan”la keçirdikləri qarşılaşmalardan birində qalib gəliblər, digərində uduzublar. Naxçıvan klubunda hazırda 7-8 legioner var, qalanlar isə gənc, təxminən 20 yaşında olan azərbaycanlı oyunçulardır. Qapıçılardan təcrübəli Rövşən Hüseynli və Emin Kürdov var. Amma təəssüf ki, digər oyunlar maraqsız keçir, çünki rəqabət zəifdir”.

Qeyd edək ki, Danimarka yığması ilə yanvarın 22-də keçirilən oyunda rəqib 4:1, bundan iki gün sonra baş tutan matçda isə Azərbaycan seçməsi 4:2 hesabı ilə qalib gəlib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Yanvar 2026 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see279

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see252

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see222

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see207

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see204

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see199

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see193

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see180

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see175

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see173

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see161

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see160

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see158

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see155

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see153

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see146

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see146

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see145

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see144

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri