Icma.az
close
up
RU
Gücümüz birliyimizdədir! Sabit Əzimov yazır

Gücümüz birliyimizdədir! Sabit Əzimov yazır

Icma.az, Adelet.az saytına istinadən bildirir.

Yaşadığımız hazırki dövrdə ictimai-siyasi həyatımızda baş verənlər, yaxın, uzaqlarda müşayiət etdiyimiz, bir sıra hallarda az qala iştirakçıya çevrilə biləcəyimiz ziddiyyətli qarşıdurmalar, müharibələr və s.hallar haqlı sualları qarşıya qoyur . Dünyanın o tayından tutmuş digər tərəfinə kimi informasiyanın sürətlə ötürüldüyünü,müasir texnologiyalar əsasında aparılan müharibələri qəbul edərək ,görərək izləmək, dərhal qərar qəbul etmək heç də asanlıqla başa gəlmir.

Azərbaycan xalqının XX əsrin sonundan başlayaraq rastlaşdığı separatizm, ərazilərimizin işğala məruz qalması, 30 ilik dövrdən sonra işğaldan azad olunmasına bu günün reallıqları baxımından nəzər saldıqda bir daha əmin oluruq ki, hələ də əsən küləklərin haradan ,hansı maraq dairələrindən güc aldığını aydın görürük.

2020-ci ildə ərazilərimizin işğaldan azad olunması, 2023-cü ildə antiterror əməliyyatlarında qazanılmış uğurun qorunub saxlanılması, bərpa-quruculuq işlərində əsaslı şəkildə dönüşün yaranması, dünyanın hər bir yerində Azərbaycanın qazandığı rəşadətli qələbənin birmənalı olaraq qəbul edilməsi həqiqətən də Xalq-Ordu -Dövlət birliyinin əyani təzahürüdür. Azərbaycan dövlətinin, onun siyasi lideri Prezident İ.Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində dövlətimizin nüfuzu möhkəmlənmiş ,Cənubi Qafqazda böyük güc mərkəzinə çevrilmişdir. Milli köklərimizlə cıx bağlı dövlətlərlə strateji müttəfiqlik bəyannamələrin imzalanması, yaxın Şərq, Rusiya - Ukrayna ətrafında müşahidə olunan müharibə və İran-İsrail qarşıdurmaları zamanı Azərbaycanın müstəqil siyasət aparması , xalqların sülhə aparan yolunu dəstəkləməsi ağıllı, düşünülmüş siyasətin uğurlu nəticəsidir. Məlum həqiqət budur ki, bir çox hallarda qazandığımız nailiyyətlər, sərbəst düşüncəyə əsaslanmış Dövlət siyasətimiz çoxlarını güclü narahat edir, qısqanclıq, dövlətlərarası münasibətlər sisteminə uyğun gəlməyən,qəbul ediləcəyi mümkün olmayan neqativ yanaşmalar da müşayiət olunur. Avropa ölkələrində, eyni zamanda güclü dövlətlərlə sıx əməkdaşlıq nəticəsində əldə olunmuş siyasi-iqtisadi uğurlar, razılaşmalar yaxın ətrafımızda olan dövlətlərin bəzilərini hədsiz narahat edir,coğrafi baxımından strateji mövqeyə və gücə malik Azərbaycanın dəstəklənməsinə sevinməyən qüvvələr düşdükləri çətin vəziyyətə görə dövlətimizi də qınayır, şər və böhranlardan istifadə etməyə çalışırlar .Regionda baş verən proseslərə əsassız olaraq dövlətimizi də qoşmağa çalışanlar keşmiş məxsusi çirkli variantlarından istifadə etmək istəyirlər. Belə bir dövrdə dost və düşmən hesab etdiyimiz-yaxın, uzaq və qonşu dövlətlərlə münasibətlərimizin hər vasitə ilə qorunub saxlanılması, lazımsız münaqişələrdən özümüzü kənar edə bilməyimiz olduqca vacibdir.

Son günlər şimal qonşumuzun ərazisində -Yekatrinburqda yaşayan həmvətənlərimizin dini,milli və digər aspektlərdən hücumlara məruz qalması, fiziki-zorakılığa baş verən ölüm faktları onu təsdiq edir ki,şəxsi ambisiyaları həddindən artıq gərilmiş ,qonşuluq prinsiplərini gözləməyən liderlərin ,daxildə mövcud siyasi dlletantların bilavasitə iştirakı ilə böyük faciələrə yol açılır, göstərişlər verilir, təzyiq elementlərinin nəzərə çarpacaq səviyyədə həyata keçirilməsi üçün addımlar atılır. Açığını qeyd etmək istəyirəm ki, bu çox təhlükəli və məkrli tendensiyadır. Bütün zorakılıq əlamətləri olan hərəkətləri pisləyir, eyni zamanda vahid strateji-müəyyənləşdirilmiş doğru istiqamətin ətrafında daha çıx birləşməyimizin zəruriliyini qarşıya qoyur.

Zənnimcə, müxtəlif müharibələr, qarşıdurmalar, beynəlxalq hüquqa məhəl qoymadan atılan addımlar gözümüzün önündə, ətrafımızda cərəyan etdiyi üçün ağılın gücünə arxalanaraq yaranmış vəziyyətə uyğun hərəkət etmək, çətinlikləri aradan qaldırmaq üçün bütün vasitələrdən istifadə etməklə məqsədimizə nail olmalıyıq. Görünən budur ki, mövcud olan güclü dövlətlərin əleyhimizə addım atmalarını müxtəlif yollarla neytrallaşdırmağa , düşmən mövqeyində dayanaraq bizə qarşı birlik yaratmaq niyyətində olanlara imkan verməməliyik.

Bir sözlə, qazandığımız, arzuladığımız , uğurlu gələcəyimizə hesablanmış siyasi xəttimizi həyata keçirmək üçün ölçülü -biçimli addımları dəstəkləməliyik.

Bu ,zamanın verdiyi imkanlar, real güc və ağıllı yanaşmaya əsaslanmalıdır.

Gücümüz birliyimizdədir!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://adalet.az
archiveBu xəbər 02 İyul 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see433

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see409

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see320

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see307

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see274

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see274

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see266

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see261

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see258

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see250

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see249

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see231

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see216

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see214

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see210

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see206

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see206

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see201

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see199

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri