Icma.az
close
up
RU
Ağaverdi Xəlil: Çərşənbələr qışı yola salmağa deyil, yazı qarşılamğa həsr olunub

Ağaverdi Xəlil: Çərşənbələr qışı yola salmağa deyil, yazı qarşılamğa həsr olunub

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün - fevralın 25-i yazın gəlişini xəbər verən Novruzun ilk - Su çərşənbəsidir.

 İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi Su çərşənbəsi qeyd edilir.

Bu çərşənbə “əzəli çərşənbə”, “gül çərşənbə” də adlandırılır. Qədim inanclara görə, bu çərşənbə suya tapınma inancı ilə başlayır. İnanca görə “təzə su”, yəni səhər dan yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı sayılır.


Su çərşənbəsində masa üzərinə su qoymaq, masada suyun aşması xeyirliyə yozulur. Əgər süfrənizdə su aşıb tökülərsə, həmin ilin sizin üçün bol bərəkət gətirəcəyi gözlənilir.

Su çərşənbəsində hamının həyətində tonqal qalanır və bayram ovqatının yaxınlaşdığı nəzərə çatdırılır. Həmin gün insanların bir-birinin üzərinə su atması da uğura işarədir.

Qeyd edək ki, yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək.

Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.


AMEA Folklor İnstitutu Mərasim folkloru şöbəsinin müdiri, Filologiya elmləri doktoru Ağaverdi Xəlil “Sherg.az”a bildirib ki, Azərbaycan mövsüm mərasimlərinin mövcud vəziyyətinə ənənə və müasirləşmə prosesinin daxili ziddiyyət qanunauyğunluqları kontekstində baxmaq lazımdır:


“Ənənəvi mədəniyyət nümunələri müasirlik şəraitində  tədricən  passivləşir və arxaikləşməyə başlayır.  Bu proses Azərbaycan mövsüm mərasimlərindən çilələrə,  çərşənbələrə və “Xıdır Nəbi”yə də aiddir. Bizim əski mövsüm mərasimlərində ənənəvi xalq təqvimi kimi qış üç hissəyə bölünüb: böyük çilə (21  dekabr-31 yanvar), kiçik çilə (01-20 fevral) və boz ay (21 fevral -21 mart). Çilənin mənası təbiətin sərt şəraiti ilə bağlı olub çətinik, əziyyət deməkdir. İnsanlar ona görə də çilənin çıxmasını əlamətdar hadisə kimi qeyd ediblər. Bu məsələnin sosial aspektidir. Əski düşüncəyə və ya mifologiyaya görə isə insanlar mərasim vasitəsilə qışı yola salmağa sakral dəstək göstəriblər. Bu mənada çilə qışı yola salma mərasimidir. “Xıdır Nəbi” də bu mövsüm mərasimləri silsiləsinə daxildir. Çilənin elmi izahının ən qısa şəkli belədir. Çərşənbələr  də mövsüm mərasimidir, lakin iki əsas cəhətinə görə çilələrdən fərqlənir. Burada Boz ayın içində olan 4 ilaxır çərşənbə nəzərdə tutulur. Birincisi, çərşənbələr (ilaxır çərşənbələr) qışı yola salmağa deyil, yazı qarşılamğa həsr olunub. İkincisi, çərşənbələr çilələrdən  sonra yaranıb və əski təqvimlə bağlıdır. Hər iki mövsüm mərasiminin təqvimlə əlaqəsi vardır. Çilələr xalq təqviminə əsaslanır. Çərşənbələr isə hansısa arxaikləşmiş əski Şərq təqviminə əsaslanmışdır və həmin təqvimin qalığıdır. Bu mərasimlərin zahiri tərəfi fərqlidir. Amma bu mərasimlərdə Azərbaycan xalqının xeyirxah adət və ənənələri yaşayır, qeyd olunur. Bizm mövsüm mərasimlərimiz xalqımızın mənəvi mədəniyyətini qoruyan və yaşadan sosial-mədəni hadisədir. Sövet dövründə Çilələr keçirilib, bəzi bölgələrəd Xıdır Nəbi də qeyd olunub. Müstəqillik dövründə də mövsüm mərasimlərinin aktivləşdirilməsi istiqamətində fəaliyyətlər vardır. Təbii ki, müasirləşmənin sürəti ənənəvi mədəniyyəti müəyyən mənada üstələyir. Ona görə də gənc nəsil ənənəvi mədəniyyətdən uzaqlaşır. Düşünürəm ki, mərasim mədəniyyətimiz daha geniş şəkildə öyrənilməli və daha intensiv şəkildə təbliğ olunmalıdır.  Bizim milli mədəni varlığımızın önəmli bir parçaçı ənənəvi mədəniyyətimiz, o cümlədən mövsüm mərasimlərində yaşayan və yaşadılmalı olan mədəni dəyərlərimizdir. Bu bizim zəngin mədəni irsimizdir,  onu qorumalıyıq və yaşatmalıyıq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Fevral 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri