Icma.az
close
up
RU
Araz Naxçıvan Naxçıvana köçmək istəyənə oxşamır AÇIQLAMA

Araz Naxçıvan Naxçıvana köçmək istəyənə oxşamır AÇIQLAMA

Icma.az, Fanat portalına istinadən məlumat verir.

"Araz-Naxçıvan"ın ev oyunlarını hələ də təmsil etdiyi Naxçıvanda keçirməməsi Azərbaycan futbolunda həllini tapmamış məsələlərdən biridir. Şübhəsiz, "Liv Bona Dea Arena"da demək olar ki, dəstəksiz qalan "qırmızı-ağlar" Muxtar Respublikaya qayıdacaqları halda, rəqiblərinə əsl səfər ab-havasının nə demək olduğunu göstərər və təbii ki, bu, ölkəmizdə elit futbolun kütləviləşməsi yönündə atılmış inamlı addım sayılar. Əslində, bir müddət öncə "Araz"ın müvəqqəti sığındığı paytaxtla vidalaşacağı barədə ümidverici vədlər səsləndirilmişdi. Lakin reallıq budur ki, bölgə təmsilçisinin Naxçıvana qayıdacağı ilə bağlı deyilənlər söz olaraq qalır. Klubun icraçı direktoru Eldəniz Yusifovla əlaqə saxlayıb Naxçıvan şəhər stadionunda planlaşdırılan təmir işlərinin nə yerdə olduğunu soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Komandanın cari mövsüm Bakıda oynayacağı dəqiqdir. Naxçıvandakı stadiona gəlincə, orada hələ təmir işləri başlamayıb. Stadion lisenziyanın şərtlərinə cavab verməlidir ki, "Araz-Naxçıvan" ev oyunlarını orada keçirə bilsin. Yəni söhbət əsaslı təmirdən getmir. Məndə olan məlumata görə, bu işlər Yeni ildən sonra görülməlidir. Amma dəqiq vaxtı deyə bilmərəm".

Gördüyünüz kimi, hazırda Naxçıvan şəhər stadionu Premyer Liqa təmsilçiləri üçün nəzərdə tutulan minimum şərtlərə belə, cavab vermədiyindən "Araz"ın doğma məkana köçməsi böyük sual altındadır. Ən yaxşı halda, hələ başlamayan təmir işləri növbəti mövsümün startına qədər həllinə tapa bilər ki, indiki ətalət fonunda buna da inanmaq çətindir. Bəzi elita klublarından fərqli olaraq yalnız dövlət dəstəyinin - 2,5 milyon manatın ümidinə qalmayan, sponsoru tərəfindən sabit maliyyə ilə təmin olunan, transferlərə yetərincə böyük məbləğlər xərcləyən camiənin rəhbərliyi gözləmə mövqeyindədir. Belə çıxır ki, sözügedən klubun bossları da "qırmızı-ağlar"ın Naxçıvanda məskunlaşmasında maraqlı deyillər. Maraqlı olsaydılar, çox da böyük xərc tələb etməyən təmir işlərinə indiyə qədər start verilərdi.

Nihat 

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://fanat.az
archiveBu xəbər 08 Dekabr 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri