Icma.az
close
up
RU
Ağciyər Xəstəlikləri Mərkəzinin Şəmkir Regional Xəstəxanasının açılışı olub

Ağciyər Xəstəlikləri Mərkəzinin Şəmkir Regional Xəstəxanasının açılışı olub

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Ağciyər Xəstəlikləri Mərkəzinin Şəmkir Regional Xəstəxanasının açılışı olub.

“Qafqazinfo” xəbər verir ki, açılış mərasimində TƏBİB-in İcraçı direktorunun müşaviri Anar Ağayev, Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Səhiyyə Nazirliyi HIV/AIDS, Vərəm və Malyariya ilə mübarizə üzrə proqramının Layihə Əlaqələndirmə Bürosunun Monitorinq və Qiymətləndirmə mütəxəssisi Fuad Salmanov, Büronun maliyyə mütəxəssisi Hüseyn Abbasov və Büronun İT mütəxəssisi Ənvər Kuckaryov, Azərbaycan Respublikası Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova, Şəmkir Regional Xəstəxanasının baş həkimi Füzuli Cəfərov, eyni zamanda Ağciyər Xəstəlikləri Mərkəzinin regional xəstəxanalarının baş həkimləri və şöbə müdirləri iştirak ediblər.

Şəmkir Regional Xəstəxanasında yaradılan şərait barədə məlumat verən Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanov bildirib ki, burada ağciyərin spesifik və qeyri spesifik xəstəliklərinin diaqnostikası, ambulator və stasionar müalicəsi, o cümlədən vərəmlə mübarizə sahəsində profilaktik tədbirlərin həyata keçirilməsi üçün bütün lazımi şərait yaradılıb.

Şəmkir Regional Xəstəxanasında Gəncə və Naftalan şəhərləri, eləcə də Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Samux və Goranboy rayonları daxil olmaqla, ümumilikdə 2 şəhər və 9 rayon üzrə vətəndaşlara tibbi xidmətlər göstəriləcək.

2,5 hektar ərazini əhatə edən xəstəxanada 207 nəfərlik işçi heyət fəaliyyət göstərəcək. 
Tibb müəssisəsinin strukturuna Təcili yardım bölməsi, Ambulator şöbə, 100 çarpayılıq 5 stasionar şöbə, inzibati və təsərrüfat şöbələri və eləcə də digər köməkçi sahələr daxildir.

Şüa-diaqnostika şöbəsi rəqəmsal rentgenoqrafiya, rəqəmsal flüoroqrafiya və son model ultrasəs müayinə (USM) avadanlıqları, Laboratoriya isə klinik-diaqnostik, həmçinin mikobakterioloji müayinələrin aparılması üçün bütün zəruri avadanlıqlarla təchiz edilib.

Təcili yardım şöbəsində pasiyentlər ilkin mərhələdə yaşıl, sarı və qırmızı sahələrdə tibbi yardım aldıqdan sonra vəziyyətlərinə uyğun olaraq evə və ya ixtisaslaşmış şöbələrə yönləndiriləcək. 

Müasir tibbi avadanlıqlarla təchiz olunmuş Cərrahiyyə şöbəsində cərrahi xidmətlərin göstərilməsi təmin ediləcək. Əməliyyatxana bölməsi ən müasir cərrahi avadanlıqlarla təmin olunub və burada yüksək səviyyədə steril şərait yaradılıb.

Həyati funksiyaları pozulmuş və yaşaması risk altında olan, xüsusi baxım tələb olunan şəxslərə Reanimasiya və intensiv terapiya bokslarında xidmət göstərilir. 
Bütün reanimasiya otaqları və palataları süni ventilyasiya cihazı, mərkəzləşdirilmiş oksigen və vakuum sistemləri, defibrilyator, monitor kompleksləri və avadanlıqlarla təchiz edilib.

Əməkdaşların bilik və bacarıqlarının artırılması məqsədilə yaradılan təlim otaqları da müasir texnoloji cihaz və avadanlıqlarla təchiz olunub. Şəmkir Regional Xəstəxanasında iş prosesinin rəqəmsal idarə olunması üçün kompüter otaqları və internet şəbəkəsi qurulub.

Ambulator şöbənin xüsusi videomüşahidə otaqlarında müasir telekommunikasiya sistemləri quraşdırılaraq tibb bacıları tərəfindən xəstələrlə fasiləsiz və operativ əlaqə təmin olunub. Bununla da pasiyentlərin müalicə prosesinin, dərman qəbulunun gündəlik izlənilməsi mümkün olacaq. Bu təşəbbüs müalicənin fasiləsiz və səmərəli təşkili, xəstələrin uzunmüddətli müalicəyə sadiqliyinin təmini, eləcə də dərman vasitələrinə əlçatanlığın artırılmasını hədəfləyir.

Ambulator şöbə tərəfindən respublikada ilk dəfə olaraq vərəm xəstələrinə dərmanların ünvanlarda və ya ilkin səhiyyə xidməti göstərən müəssisələrdə çatdırılması məqsədilə xüsusi nəqliyyat vasitələri ayrılıb.

Şəmkir Regional Xəstəxanasında vərəm diaqnostikasının təkmilləşdirilməsi, pasiyentlərin aktiv müalicəyə cəlb edilməsi və genişmiqyaslı profilaktik tədbirlərin həyata keçirilməsi nəticəsində bölgədə spesifik və qeyri-spesifik tənəffüs sistemi xəstəliklərinin epidemioloji vəziyyətinin yaxşılaşdırılması hədəflənir. 






Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Avqust 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see166

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see165

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see129

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri