Ağciyər Xəstəlikləri Mərkəzinin nəzdindəki Doğum Evi NİYƏ BAĞLANIB?
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Ağciyər Xəstəlikləri Mərkəzinin nəzdindəki Doğum Evi bağlanıb.
Oxu.Az-a ünvanlanan müraciətdə bildirilir ki, xeyli vaxtdır ki, sözügedən doğum evi işləmir.
"Niyə bağlandığı və nə vaxt açılacağı ilə bağlı heç bir məlumat verən yoxdur",- deyə müraciətdə bildirilir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məlumat həqiqəti əks etdirmir.
"Ağciyər Xəstəlikləri Mərkəzinin nəzdindəki Doğum Evində sanitar-təmizləmə və infeksiyalara nəzarət tədbirləri aparılır. Qısa müddət ərzində işlərin tam yekunlaşdırılması nəzərdə tutulub. Sanitar-təmizləmə prosesi yekunlaşdıqdan sonra Doğum Evi fəaliyyətini tam bərpa edəcək.
Bu səbəbdən də Ağciyər Xəstəlikləri Mərkəzinin nəzdindəki Doğum Evinin bağlanması ilə əlaqədar iddialar həqiqəti əks etdirmir", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 01 İyul 2025 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















