Icma.az
close
up
RU
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olundu

Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olundu

Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2024-cü ildə icbari tibbi sığorta hesabına plevral boşluqdan (ağciyər və döş qəfəsi divarının daxili səthi arasındakı nahiyə) artıq mayenin xaric edilməsi məqsədilə 5643 prosedur icra olunub. 

AZXEBER.COM xəbər verir ki, Plevral boşluqda yığılan mayenin diaqnostik və laborator müayinələri, drenajı, tibbi sərf (kateter) və anesteziya xidməti icbari tibbi sığorta təminatına daxildir. 

Plevral boşluqda normada olan maye (10-20 ml) tənəffüs prosesində ağciyərlər və döş qəfəsinin daxili səthi arasında sürtünmənin qarşısını alır. Maye miqdarının eyni səviyyədə qalması plevra tərəfindən tənzimlənir. Lakin bir çox xəstəliklər zamanı plevra boşluğuna ifraz edilən maye miqdarının artması və ya sorulmasının ləngiməsi nəticəsində plevral mayenin artması müşahidə olunur. Çox miqdarda maye ağciyərləri sıxır və divararalığı orqanların yerdəyişməsi baş verir. Nəticədə təngnəfəslik, aşağı ətraflarda şişkinlik, sianoz (dərinin göyərməsi) və başqa simptomlar müşahidə edilə bilər.

Plevra boşluğunda mayenin yığılması pnevmoniya, vərəm, ürək xəstəlikləri, böyrək çatışmazlığı, qaraciyər sirrozu, bədxassəli törəmələr, poliorqan çatışmazlığı, ağciyər tromboemboliyası, həmçinin bəzi dərman preparatlarının yan təsirləri səbəbindən müşahidə oluna bilər.

Bu vəziyyətin diaqnostikası döş qəfəsinin rentgenoqrafiyası, ultrasəs müayinəsi və kompüter tomoqrafiyası əsasında aparılır. Plevral punksiya döş qəfəsində maye yığıldıqda tətbiq olunan və yerli anesteziya altında həyata keçirilən prosedurdur. Bu prosedur plevral maye həcmi 10 ml və daha çox olan, demək olar ki, bütün xəstələrdə, həmçinin ilk dəfə diaqnoz qoyulmuş və ya naməlum etiologiyalı xəstələrdə aparılır. Təxminən 15 dəqiqə davam edən prosedur zamanı pasiyent oturaq vəziyyətində olur.

Əgər ürək çatışmazlığı olan xəstədə döş qəfəsində ağrı, qızdırma və ya təngnəfəslik yoxdursa və maye hər iki tərəfdə simmetrik yığılmışsa, prosedura ehtiyac olmur, bu zaman dərman müalicəsi kifayətdir. Plevral punksiya həm diaqnostik (xəstəliyin səbəbinin təyin edilməsi), həm də müalicəvi məqsədlərlə icra edilə bilər. Alınan maye laborator müayinəyə göndərilir və nəticəyə uyğun müalicə başlanılır. Prosedurdan sonra pasiyentin tənəffüsü bərpa olunur və həyat keyfiyyəti yaxşılaşır. 

Prosedur ərəfəsində spirtli içki və tütün məmulatlarından istifadə etməmək,  fiziki aktivlikdən çəkinmək, qan durulaşdıran dərman preparatları qəbul etməmək,  həddən artıq  emosional gərginliyə yol verməmək tövsiyə olunur. Prosedurdan 8 saat əvvəl maye və qida qəbulunu dayandırmaq, tibbi göstəriş və həkim təyinatı ilə  tələb olunan laborator analizləri vermək tövsiyə olunur. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 06 May 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see290

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see217

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see155

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see155

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see149

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see145

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see141

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri