Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Ağdam bazarı Aqil Abbasın xatirə aynasında

Ağdam bazarı Aqil Abbasın xatirə aynasında

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Atom bombası yoxdu! Olsaydı, Ağdam bazarında olardı!”  

Dilimizdə kobud səslənsə də, Aqil Abbasın Ağdam bazarı ilə bağlı yazdığı xatiratı bir ifadə ilə ifadə etmək olar -“Bomba” yazı!  Səmimi, lakonik, ürəyə yağ kimi yazılan bu xatiratın ən üstün cəhəti həqiqətin bəzək-düzəksiz, çılpaq əksidir. Yazıçı Aqil Abbas kimlərinsə qınaq obyektinə çevriləcəyindən, fikrinin yaxşı, ya pis qəbul ediləcəyindən  çəkinməyərək Ağdam bazarı, bu bazardakılar, bazardan payını alanlar və s. haqqında bildiyi, xatırladığı çox şeyi, illər uzunu qəlbini göynədən xatirələrini yazıya töküb, ömrünün ahıl çağlarında içini boşaldaraq sanki bu ağır xatirə yükündən azad olmaq, belini dikəltmək, ürəyini boşaltmaq istəyib. Hər şeyi ona görə demirəm ki, bəlkə də Aqil Abbas yaddaşını yaxşıca silkələsə, bu yazının davamını da gətirə biləcək və bəri başdan deyim ki, bu, çox əla olardı!

Bazar məhfumuna cəmiyyətin münasibəti birmənalı olmasa da, “bazar adamı” ifadəsi çox hallarda mənfi məna daşısa da, bazarlar ta qədimdən Şərqdə mədəniyyətin, inkişafın, tərəqqinin göstəricilərindən olub. “Min bir gecə” nağıllarında, İran, Türkiyə, Orta Asiya ədəbiyyatında çox əsərlərdə şərq bazarlarının təsvirləri geniş yer alıb. Azərbaycan ədəbiyyatında nə isə yadıma düşmür, xatırlamıram belə səhnələri. Ola bilsin ki, mütaliə etmədiyim hansısa bir bədii nümunədə bazarlarlarımızla bağlı səhnələr əks etdirilib. Olsun. Keçək əsas mətləbə. Yazılı və şifahi mediada bazarlar ancaq bayramqabağı günlərdə, qiymətlər bahalaşanda gündəmə gəlib. Azərbaycanda, paytaxt Bakıda, ya hər hansı rayonda, şəhərdə  bazarlarımız, onların tarixi, bu bazarlardan çörək qazananlar, “bazar” adamları və s. barədə nə karlı videomateriala rast gəlmişəm, nə də tutarlı araşdırma yazıya, bədii oçerkə. Halbuki bayaq dediyim kimi, bazarlar maddi mədəniyyətimizin bir parçasıdır, məişətimizin güzgüsüdür, yaşayışımızın barometridir, milli mədəniyyətimizin öyrənilməsində, tanıtımında böyük rola malikdir . Elə indinin özündə də hansı rayonda həyat səviyyəsinin daha yüksək, insanların daha elit yaşamını görmək istəyirsinizsə, mütləq bazarına baş çəkin. Alıcı-satıcı danışığını, malların çeşidini, düzülüşünü izləyin, nə informasiya lazımdırsa, əldə edəcəksiniz.

Yazarlar yaxşı bilir ki, sənədli xatirə yazısı yazmaq bədii əsər yazmaqdan qat-qat çətin, həm də məsuliyyətlidir. Yazıçı Aqil Abbas səmimiliyi, həmişəki təbii yazı tərzi ilə bu məsuliyyətin öhdəsindən gəlməyi bacarıb. Bir də ki o, təkcə bazardan yazmayıb ki? Bazarla yanaşı, aptekdən, çayxanalardan, taksi dayanacaqlarından, yeməkxanalardan – cəmiyyətin real dolğun obrazı olan bazar insanlarından, onların arzu və istəklərindən, həyata baxışlarından, maraqlarından yazmaqla Ağdam bazarının bədii obrazını ustalıqla cızıb. Ağdam bazarı Aqil Abbasın təqdimatında XX əsrin 80-ci illərinin Azərbaycanının alt qatıdır, görünməyən tərəfidir. Şəklin elə bir üzüdür ki, şair və yazıçılar ondan yazmağa zaman-zaman utanc hiss ediblər, bazar yazarı sayılacaqlarından çəkiniblər, bazardan yazılan yazının bazar ədəbiyyatı adlanması qorxusu, vahiməsi canlarına hopub, onları qorxudub. Bu vahimə bəlkə indi də var. Amma bu, Aqil Abbası qətiyyən narahat etməyib. Bəlkə millət vəkili olduğuna, bəlkə ahıl yaşına, nəyə görəsə açıb töküb içini bu yazısında. İndi də yazmayıb, nə vaxt yazacaqdı ki? Bir də ki kimsə yazmalıdır bunları, ya yox? Deyərdim ki, bu istiqamətdə uğurlu bir ilkə imza atıb Aqil Abbas. Ağdam bazarını ədəbi mövzu səviyyəsinə qaldırdığına, ədəbi obraz kimi canlandırdığına görə! Lənkəranın tarixən məşhur iki bazarı olub – Böyük bazar, Kiçik bazar. Bu bazarlardan kimsə yazıbmı, tarixini araşdırıbmı? Çox təəssüf ki, yox!

...Mən Ağdamda cəmi bir dəfə olmuşam. Bu rayonun çiçəklənən vaxtında – 1983-cü ildə. Ağdamın Glllücə kəndindən olan tələbə yoldaşımız Sayadın nənəsinin hüzr mərasiminə getmişdik. I kursda oxuyurduq onda. Söz vaxtına çəkər deyiblər. İlin, günün bu vaxtları, yaz fəsli idi elə. O vaxt Ağdamın görünüşü, gözəl evləri, dadlı  yeməkləri çox xoşuma gəlmişdi və yediyimiz göy qutabının, göy qovurma plovun dadı bu gün də damağımdadır. Sonradan ermənilər tərəfindən Ağdamın işğal edilməsi məni digər rayonlardan daha çox mütəəssir etdi. Oradakı gözəl yaşayışı, bağları xatırlayıb ürəkdən arzulayırdım ki, o torpaqlar yenə əzəli sahibinə qayıtsın, yaşayış səviyyəsi əvvəlkindən də gözəl olsun. Amin deyib keçirəm Aqil Abbasın yazısına. Nədir bu yazıdakı özəllik, çəkim gücü? Təbiilik, həyat həqiqətinə yazıçı sadiqliyi, müəllifin nəql etdiklərinə özünün şahidliyi, bir də adı çəkilən konkret şəxslərə istinad. Aptekçi Tələt əmi, Həsən kişi, Süleyman müəllim, Ənvər müəllim, qəssab Temir kişi, Ağdamın ticarət naziri İbrahim əmi, Möhü dayı, dəmirçi Bağır, bəy Sabir, sorağı Mərkəzi Komitədən gələn Xanəhməd, Abı xanım, Xuraman xanım Aqil Abbasın qələmində elə real təsvir ediliblər ki, onların rəsmi, bədii obrazları tamlığı ilə gözlərimiz qarşısında canlanır. Bütün rayonların Leninin mavzoleyinə qədər teleqram vuran Həsən kişiləri vardı o zamanlar. Yazıda Ağdam Rayon Partiya Komitəsinin 1-ci katibi ilə Həsən kişinin dialoquna diqqət etmisinizmi? Ləzzət eləyir!

Day narazılığın yoxdur ki?

- Allaha şükür, yoxdur. Ayda üç yüz manat maaş alıram.

- Həsən kişi, üç yüz manat da mən alıram.

Həsən kişi gülüb deyir:

- Yoldaş katib, baxma, yenə sənin çax-çuxun olar.

Birinci katiblə bu tonda danışmaq hər kişinin hünəri deyildi sovetlər ittifaqının bərkgedən çağlarında, M.Qorbaçovun yenidənqurma havasının hələ çalınmadığı dönəmdə.

Müəllif Ağdam bazarında müğənnilərin toytutmaq üçün çayxanalara yığışmasının da gözəl bədii təsvirini yaradıb. Bu təsvirdə Qarabağ, Ağdam toylarının əsl mənzərəsi açılır, adət-ənənələri xatırlanır. Yaşlı oxucu həmin illəri yaddaşında bir daha canlandırır – paltarbiçmədən tutmuş gəlin köçürməyədək olan toy adətləri yaddaşının bir parçasına çevrilir. Ağdamın tanınmış musiqiçiləri, onların qəribə adətləri ilə bağlı da  yazıda maraqlı məlumatlar var: “Camaat da yığışardı yolun qırağına ki, Rəmiş indi piano çala-çala keçəcək. Çiynində də Rəmişin özünə oxşayan bir meymunu vardı. Meymunun boynunda enli bir qızıl zəncir vardı və zəncirdə də qızıl bir lövhə, üstündə də meymunun adı yazılmışdı: "Ramin". Hansısa çox sevdiyi bir dostunun oğlunun adı idi”.

Aqil Abbasın Ağdam bazarından bəhs etdiyi yazı ona görə təsirli alınıb ki, burda həyat həqiqətinə istinad yazıçı bəzəməsindən daha güclüdür.

“Bazarın özü şəhərin içində bir rayon idi. Birinci katibi də vardı, ispalkomu da, rəisi də, hətta prokuroru da. Rayonun nə rəhbərliyi, nə də güc strukturları bazarın işinə qarışardı, aylıq haqlarını alırdılar”. Bu mənzərə təkcə Ağdam bazarına deyil, bütün bazarlara xas idi və deyilənlərə inansaq, bu gün də belədir.

“Bir dəfə rayonun, bazarın yox ey, rayonun ispalkonu Aydın müəllim bazarlıq eləmək üçün sürücünü göndərmir, maraq üçün özü gəlir. İçəri keçəndə yolun ortasında oturmuş pinəçini görür və bazarın birinci katibinə deyir ki, bunu burdan götürün, qoyun bir kənara. Tez bazarın ispalkomu kişinin şey-şüyünü yığır, özünü də alır qucağına  qoyur bir kənara. Gecə Mərkəzi Komitədən bir məmur Aydın müəllimə zəng edir:

- Qardaş, bizim də o şəhərdə bir yaxın adamımız var, bu gün onu incitmisən.

- Kimdi?

- Bazarda oturan pinəçi.

Yəni bazardakı pinəçinin də haradasa yuxarılarda bir dostu-tanışı vardısa, görün alverçilərin, satıcıların haralarda adamı vardı. Ona görə rayon rəhbərliyi bazarın işinə qarışmırdı”.

Aqil Abbas sənətən “qəzetəçi” olduğundan Ağdam bazarında qəzetlərin satışı ilə bağlı məsələlər də jurnalist diqqətindən yayınmayıb, yazıya köçürülüb: “Möhü dayının bazarın içində bir qəzet köşkü vardı. Bura ermənicə də "Kommunist" qəzeti göndərirdilər. Möhü dayı hirslənərdi:
- Ə, mən bu qəzeti kimə satım? Heç şəhərdəki ermənilər də ermənicə oxuya bilmir.

Bu qəzeti adətən tum satanlara elə müftə verərdi, "Vışka" qəzetini isə ət satanlar alırdı. Çünki onlar heç vaxt ermənicə "Kommunist" qəzetinə ət bükməzdilər. Amma burada elə qəzetlər vardı ki, onları öz daimi müştərilərinə altdan və baha qiymətə satardı. Məsələn, "Literaturnaya qazeta"nı Möhü dayı 5 manata, "Futbol-xokkey" qəzetini 3 manata, "Sovetskiy sport"u 2 manata, "Qobustan" jurnalını isə 5 manata”.

Ağdamlılar keçid dövründə belə zamanın nəbzini tutan, hər cür bazardan baş çıxaran adamlar olub. Özü də təkcə kişiləri yox, həm də qadınları. Ağdam bazarını bazar edən də elə onların səriştəliliyi, hər cür vəziyyətdən baş çıxarmaları olub: “Çox yox, iki alverçi sirri açım. Rusiyadan Ağdama tonlarla konserv göndərilirdi, şəhərdə isə bu konservini yeyən yox idi, qalırdı anbarlarda. Abı xanım gedirdi Rusiyaya müqavilə bağlayırdı. Vaqonla konservanı göndərirdi Rusiyaya, əvəzində də vaqonla biri 1 manat 50 qəpikdən "Marlboro" vurub gətirirdi şəhərə. Və onu da 2 manat 50 qəpikdən verirdi alverçilərə, alverçilər də üstünə 50 qəpik qoyub satırdılar. Ətraf rayonlardan gəlib qutu-qutu alverçilərdən "Marlboro" alan ticarət işçiləri də aparıb öz rayonlarında dörd manata satırdılar. Bazarda dükanı olan Xuraman  xanım isə gedirdi Rusiyaya corab istehsal edən fabrikə. Bu fabrik "brak" corabları qırx qəpiyə satırdı. Xuraman xanım da zavod rəhbərliyinə hər corabdan on qəpik artıq verib "brak" olmayan corabları "brak" adıyla "aformit" elətdirib gətirirdi şəhərə və bir manata alverçilərə verirdi. Alverçilər də üstünə on-iyirmi qəpik qoyub satırdılar”.

Aqil Abbasın Ağdam bazarı ilə bağlı yazısı başdan-başa kövrək notlara köklənib. Bu, yazıçının yaşından, qəlbindən keçənlərini sonrakı nəsillərə ötürmək istəyindən doğur bəlkə də: “Ağdam azad olunandan sonra hökumət adamları və "Qarabağ" komandası ilə birlikdə şəhərə ayaq basanlardan biri də mən idim. Mikroavtobusla getmişdik. Siqaretim yadımdan çıxıb qalmışdı avtobusda. Sürücü harasa getdiyindən avtobusun qapısını aça bilmədim. Mən də "Kent 8" çəkməyi vərdiş etmişəm. Kimdən bir dənə siqaret istədimsə, heç kəsdə "Kent 8" olmadı. Bir polis zabiti gördü ki, pərt olmuşam, üzünü tutub bir serjanta dedi:

- Ə, qaç bazardan məllimə bir "Kent səkkiz" al.

Serjant da qaçdı getdi olmayan bazara, haradansa bir "Kent 8" tapıb gətirdi. Polis zabitinin bu zarafatı məni kövrəltdi”. 

Elə huşyar oxucunu da. Yazının sonluğu isə sanki ömürdən möhlət istəyən Aqil Abbasın sonrakı nəsillərə milli yaddaşımıza sayğı ilə bağlı sosial mesajı, vida sözüdür: “Əziz oxucu, mən Ağdam bazarını tam təsvir edə bilmədim, üstündən 35 il keçib. Və bunu ona görə yazdım ki, az-çox da olsa Ağdam bazarı haqqında həm sizdə təsəvvür yaradım, həm də ağdamlıları kövrəldim. Və gün gələcək Ağdam bazarı əvvəlkindən də böyük olacaq. Bu dəfə hardansa atom bombası tapıb gətirsələr də, amma Xanəhmədisi, Möhü kişisi, Qarağacıtorq Əhmədisi, Temir əmisi, Seyid Lazım ağası olmayacaq”...

Esmira İsmayılova

Filologiya üzrə fəlsəfə doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:324
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Aprel 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see623

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see291

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see284

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see273

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see266

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see246

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see243

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see239

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see234

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see225

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see224

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see212

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see201

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see200

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see200

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see199

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see191

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see181

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see180

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri