Icma.az
close
up
RU
Göygöldə yol qəzası olub, ölən və xəsarət alanlar var YENİLƏNİB 2

Göygöldə yol qəzası olub, ölən və xəsarət alanlar var YENİLƏNİB 2

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Göygöldə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar dekabrın 7-də saat 23:40 radələrində 2 nəfər (kişi) Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən APA-ya verilən məlumata görə, müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə ilkin tibbi xidmət göstərilib. Onlar daha ixtisaslı tibbi xidmət almaq üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya təxliyə olunub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil olan 1 nəfər ambulator müalicə üçün evə buraxılıb. 1 nəfərin müalicəsi isə davam etdirilir, vəziyyəti orta ağırdır.

***

7 dekabr, 23.49

Göygöldə “Niva” markalı minik maşınının aşması nəticəsində bir nəfərin ölümü ilə nəticələnən ağır qəza zamanı xəsarət alan şəxslərin kimlikləri məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə nəticəsində 1988-ci il təvəllüdlü M. Məmmədov, 1991-ci il təvəllüdlü Ş. Abbasov və 1985-ci il təvəllüdlü N. Həsənov xəsarət alıb.

Xəsarət alanlar əvvəlcə Göygöl Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, daha sonra vəziyyətləri nəzərə alınaraq Gəncə şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Abbas Səhhət adına Xəstəxanaya köçürülüblər.
Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.


***
21:47

Göygöldə minik avtomobilinin aşıb deformasiyaya uğraması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, qəza zamanı 1983-cü il təvəllüdlü M. Kalpanov həyatını itirib.

Hadisə zamanı avtomobildə olan daha 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılır.

Qəza barədə məlumat daxil olduqdan dərhal sonra FHN-in Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları əraziyə cəlb olunub.
Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan mərhumun meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əraziyə polis əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülür. Faktla bağlı araşdırma aparılır.


***
20:16

Göygöl rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan Niva markalı minik avtomobili idarəetməni itirərək yol kənarına aşıb.

Nəticədə bir nəfər hadisə yerində həyatını itirib. Qəza zamanı avtomobil ciddi deformasiyaya uğrayıb.

Hadisə yerinə dərhal FHN-in Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları və polis cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://apa.az
archiveBu xəbər 08 Dekabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see258

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see240

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see230

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see228

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see226

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see215

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see210

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see204

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see178

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see169

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see168

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see166

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see161

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see155

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see153

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see151

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see149

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri