Ağdam Cümə məscidində 31 ildən sonra camaat namazı qılınıb Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Icma.az, Azxeber.com saytına istinadən bildirir.
Ağdama səfər edən yerli və əcnəbi dini liderlər Şəhidlər xiyabanını və Cümə məscidini ziyarət ediblər.
Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəsinin müavini Eldar Seyidov ziyarətçilərə Birinci Qarabağ müharibəsi, Xocalı faciəsi qurbanları və Ağdamda dəfn edilən Vətən müharibəsi şəhidləri ilə bağlı məlumat verib.
Dini liderlər şəhidlərin məzarlarını ziyarət edib, ruhlarına dualar, Qurandan ayələr oxuyublar.
Daha sonra Ağdam Cümə məscidində ziyarətçilərə işğal dövründə məscid və dini abidələrə qarşı törədilən vandalizm haqqında faktlar nümayiş olunub.
Cümə məscidində, həmçinin Türkiyə Diyanət İşləri İdarəsinin sədri Ali Erbaş tərəfindən azan verilib, camaat namazı qılınıb.
Baxış sayı:110
Bu xəbər 07 Noyabr 2024 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















