Icma.az
close
up
RU
“Rusiya arxa cəbhədə uduzur” Tofiq Zülfüqarov MÜSAHİBƏ

“Rusiya arxa cəbhədə uduzur” Tofiq Zülfüqarov MÜSAHİBƏ

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, bu il Rusiya-Ukrayna müharibəsi başa çata bilərmi? Yaxud da fasilənin olma ehtimalı varmı?

- Rusiya-Ukrayna müharibəsinin dayandırılması ətrafında aparılan danışıqların bəzi təfərrüatları onu göstərir ki, daha praktiki mövzular müzakirə edilir. Artıq Ukraynanın köhnə mövqeyindən geri çəkildiyi də bəllidir. Faktiki olaraq, Ukrayna ordusu ötən ilin fevralında olan mövqelərə qayıdır. Bunun müvəqqəti və ya daimi olacağı da bilinmir. Amma danışıqlar da məhz bunun əsasında gedir. Konkret hansı ərazilərin güzəştə gedilməsi barədə müzakirələr aparılır. Əbu-Dabidə də məhz bu mövzularda Rusiya ilə Ukrayna arasında geniş söhbətlər aparılıb.

- Ehtimal olunur ki, Rusiya müharibəni arxa cəbhədə uduzacaq. Yəni, sanksiyalar fonunda ölkə iqtisadiyyatı çökəcək və s. Bu halda Kremlin geri çəkilmək ehtimalı varmı?

- Nəticələrdən fərqli olaraq müharibə başa çatanda hər iki tərəf öz qələbəsini elan edəcək. Sonrası isə zamanla həll olunacaq məsələlərdir.

- Əldə edilən razılaşmanın effektivliyi ilə bağlı yanaşmalar necədir?

- Bu heç də yekun sülh demək deyil. Sadəcə olaraq, atəşkəsə oxşar bir vəziyyət yaranacaq. Ona görə də hazırkı danışıqlar və əldə ediləcək razılaşma münaqişənin yekunu deyil.

- Rusiyaya qarşı təsir rıçaqlarının saxlanılması ehtimalını necə dəyərləndirirsiniz?

- Sözsüz ki, Kremlə qarşı sanksiyaları Qərb öz əlində saxlayacaq. Ona görə də bu proses uzunmüddətlidir. Bu baxımdan da burada nə isə ciddi dəyişiklikləri gözləməyə ehtiyac yoxdur.

- Suriyada kürdlərə böyük jest edildi. Kürd dili, rəsmi dil elan olundu. 20 milyonluq Suriya əhalisinin 2 milyonu kürddür, amma onlar ölkənin bir hissəsini əllərində saxlayır. Atılan son addım Suriyada kürd məsələsinin baş çatması kimi dəyərləndirilə və bunun ölkədaxili problemlərin həllinə təsiri ola bilərmi?

- Suriya çoxmillətli ölkədir. Keçmiş prezident Bəşər Əsədin dövründə bu məsələlər müzakirə olunmurdu. Hətta bu qadağan edilirdi. Ona görə də ölkədə qeyri-rəsmi parçalanma var idi. Bu daha çox dini mənsubiyyətin əsasında gedirdi. İndi isə Suriyanın yeni rəhbərliyi - Prezident Əhməd Şaraa istəyir ki, bu məsələlərdə hansısa razılığa gəlinsin. Bununla ölkənin birliyinə nail olmaq niyyətləri var. Burada din, dil, təhlükəsizlik təminatları, hüquqlar mövzusu hələ də müzakirə olunur.

- Belə çıxır ki, Suriya hökumətinin bütövlükdə ölkə ərazisinə nəzarət etməsi üçün hələ xeyli vaxt lazım olacaq…

- Hazırkı vəziyyət təzə bir mərhələyə keçəcək. Söhbət ondan gedir ki, Suriyada artıq silahlı müxalifət məsələsi siyasətdən uzaqlaşdırılmaqdadır. Siyasi proseslər bundan sonra fərqli səpkidə inkişaf edəcək. Hərbi toqquşmaları, silahlı müxalifəti siyasi proseslər əvəz edəcək. Əminlik var ki, Əhməd Şaraa buna nail olacaq. Sözsüz ki, bu məsələdə Türkiyədən ona böyük dəstək veriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Yanvar 2026 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri