Icma.az
close
up
RU
Ağdam məscidində cəsədləri kəfənləyən 91 yaşlı qadını tapdı: “Kamazlar meyitləri qrabel kimi yerə tökürdü” ÖZƏL+FOTO

Ağdam məscidində cəsədləri kəfənləyən 91 yaşlı qadını tapdı: “Kamazlar meyitləri qrabel kimi yerə tökürdü” ÖZƏL+FOTO

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu ananın xarici fotoqraf Oleq Litvin tərəfindən şəkli çəkiləndə hələ 59 yaşı var idi. Yəqin ki, o özü də nə vaxtsa obyektiv qarşısına bu görkəmdə keçəcəyini ağlına belə gətirməzdi.. Xocalı soyqrımının bütün dəhşətləri sanki susqun baxışlarla obyektivə baxan qadının üzünə həkk olunmuşdu.. Söhbətin kimdən getdiyini yəqin ki, oxucularımız bildi.. Müzəyyən Hüseynova... Xocalı soyqrımı günü sosial şəbəkələrdə paylaşılan bu foto hər kəsin ürəyini dağladı.. Müzəyyən ana əslən Ağdam rayonundandır. O fevral ayının sonlarından, ta ki, mart ayının sonlarına qədər hər gününü, bəlkə də hər saatını Xocalı soyqrımında şəhid olmuş qız-gəlinlərimizin, ana-bacılarımızın və ən əsası faciə qurbanı olan uşaqların cənazəsini yuyub kəfənləməklə keçirib. Müzəyyən ananın fonundakı bir-birinin üstünə qalaqlanmış tabutlar o günlərin, o anların ən yaxşı şahididir. Foto sosial şəbəkədə yayılandan sonra hər kəs Müzəyyən ananın axtarışına çıxdı. Bəziləri onun çoxdan dünyasını dəyişdiyini desə də, biz onun həyatda olduğuna ümid edirdik. Ümidlərimiz özünü doğrultdu.. Uzun axtarışlardan sonra Müzəyyən Hüseynovanı tapa bildik..

Moderator.az-a açıqlama verən 91 yaşlı Müzəyyən ana o anları ürəkağrısı ilə xatırladı:

“Mən Ağdamda Tofiq İsmayılov küçəsində yaşayırdım. Qarağacı qəbirstanlığına yaxın xəstəxanada işləyirdim. Bir gün gəlib dedilər ki, həkim sizi çağırır. Mən və başqa iki xanım həkimin yanına getdik. Dedim ki, buyurun həkim, eşidirəm sizi. Dedi ki, mama, səni işdən çıxardıram. Dedim ki, lap yaxşı edirsən. Bu sözü deyən kimi güldü. Dedi ki, rayon partiya komitəsindən gəliblər ki, Ağdam məscidində meyitləri yumağa kömək lazımdır. Dedim ki, mən hər şeyə hazıram. O biri xanımlar dedilər ki, biz qorxuruq, bacarmayacağıq. Həkim dedi ki, qorxursunuzsa ərizənizi yazıb ora qoyun, deyin ki, mən işimdən qorxuram. 1992-ci ilin fevral-mart ayı idi.. Ağdam məcsidinə gedəndə həddindən artıq dəhşətə gəldim. Çox əziyyət çəkdim. Analarının südü kimi halal xoşları olsun. Həmin günlər getsin geri qayıtmasın. Çox böyük müsibət idi.. Elə bir günümüz yox idi ki, ağlamayaq. Kamazı gətirib qaldırırdılar, elə bil ki, meyit yox, yerə qrabel tökürdülər... Meyitlər o dərəcədə parçalanmışdı.. Axundumuz Lənkərandan idi. Dedi ki, mama, indi bu meyitləri sən tanıyacaqsanmı qadın hansıdır, kişi hansı? Ürəyimdə dedim ki, hə deyib bura gəlmişəmsə, geri çəkilən deyiləm. Paltarımı dəyişib işə başladım. Axund o dəqiqə gördü ki, mən birtəhər olmuşam. Dedi ki, mama, get çay iç, bir az dincəl sonra gələrsən. Etiraz etdim. 200 kəfən tikdim. Cavan gəlini bir yana, qız-gəlini bir yana, qoca anaları bir yana qoyduq. Kişiləri də Haqverdi adında bir kişi kəfənləyirdi. Axund mənim adımdan ərizə yazdı, bildirdi ki, sən daha buranın işçisisən. Çünki mənim oxuma-yazmam yox idi. Sənədlərimi gətirib məscidə verdim. 2 ay orada nə zülm çəkdiksə bunu bir Allah, bir də özümüz bilirik” deyə meyitləti kəfənləyən qadın bildirib.

Səhhətində yaşadığı problemlərə baxmayaraq Müzəyyən ana hər hadisəni yaddaşında saxlamağı bacarıb:

“Mənim oğlum qarğıdalı zavodunda işləyirdi. Dedilər ki, zavoda qırat mərmisi düşüb, millət qırılıb. Axunda dedim ki, mənə icazə ver, tərpənirəm uşağımın dalınca. Ayağımı soyundum, bir corabla yola düzəldim. Yolda nə qədər etdimsə məni götürən olmadı. Birtəhər gedib zavoda çatdım. Məni içəri buraxmadılar. Gözətçi dedi ki, ölüləri məscidə, yaralıları isə xəstəxanaya daşıyırlar. Bir anlıq göz önümə kəfənlədiyim meyitlər gəldi.. Xoşbəxtlikdən oğlum həyatda qaldı. Çox əziyyətli, əzablı, iztirablı günlər idi. Allah sanki mənə güc-qüvvət vermişdi. Ayaqda qalmağı bacardım” deyə Müzəyyən ana deyib. 

Müzəyyən Hüseynova bildirib ki, doğma yurdundan didərgin düşəndən sonra qızının yanında məskunlaşıb:

“Qızımın ailəsi ilə birlikdə yaşayıram. Heç bir gözüm görmür. Artıq 3 ildir ki, dünya işığından məhrum olmuşam. Gecə ilə gündüzü daha tanımıram. Fevralın 26-da nəvələrim mənə dedi ki, ay nənə, sənin şəklini paylaşıblar. Şəklimi nəvələrimə yollayıblar ki, bu qadını tanıyırsınız? Onlar da birinci tanımayıblar. Sonra deyiblər ki, bu bizim nənəmizdir. Bu şəkil paylaşılmayana qədər mən evdə bir kəlmə də bu haqda danışmamışam. Nəvələrim bilmirdi. Heç kim də məni itirib axtarmayıb. Bu haqda heç məndən xəbər alan da olmayıb axı. Öz-özümə nə danışım?” deyə o bildirib.

Müzəyyən Hüseynova ən böyük arzusundan da danışıb:

“Bircə istərdim ki, gözlərim görsün.. (kövrəlir). Siz cavanları sağlam görmək istəyirəm. Mən Ağdamdan bir şəpiklə çıxmışam. Heç nə götürə, çıxara bilməmişəm. Qız övladımın yanındayam. 12 baş külfətlə qalıram. Ona da çətindir, ağırdır. Bu illər ərzində aidiyyatı qurumlardan bir köməklik olmayıb. Ancaq öz cüzi pensiyamı alıram. Ən böyük arzum Ağdamı görmək idi. Dünya işığından məhrum olduğum üçün bu arzum yarım qaldı. Ağdamın azad olduğunu eşitdiyim gün o qədər xoşbəxt idim ki.. Ağdamın adından ötrü ölürəm, ürəyim tikilir, o ki, qalsın ki, Ağdamın özü üçün” deyə Müzəyyən Hüseynova bildirib.

Biz də 91 yaşlı fədakar Müzəyyən Hüseynovaya sağlam həyat, firavanlıq arzu edirik.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Mart 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri