Icma.az
close
up
RU
Ağdam Şəhəri Günü ilk dəfə qeyd olunacaq

Ağdam Şəhəri Günü ilk dəfə qeyd olunacaq

525.az saytına istinadən Icma.az xəbər verir.

 Uzun illər işğal altında qalan, tarixi-mədəni irsi, qədim abidələri və Qarabağın özünəməxsus ənənələri ilə seçilən Ağdamda ilk dəfə Şəhər Günü qeyd olunacaq. Noyabrın 20-də keçiriləcək Ağdam Şəhəri Günü münasibətilə şəhərdə silsilə mədəni-kütləvi tədbirlər təşkil ediləcək.

525.az xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin təşkilatçılığı ilə keçiriləcək tədbirin əsas məqsədi doğma Ağdamın zəngin tarixini, mədəni irsini və bu gün sürətlə yenilənən simasını nümayiş etdirmək, şəhərin dirçəlişini və yeni həyatını bayram əhval-ruhiyyəsində qeyd etməkdir.

Tədbir proqramına əsasən, bayram səhər saatlarında Qarabağ atlarının şəhər küçələri ilə İmarət Kompleksinə doğru yürüşü ilə başlayacaq. Saat 10:00-dan etibarən İmarət Kompleksində yarmarka, DJ proqramı və maskotların iştirakı ilə əyləncəli tədbirlər keçiriləcək. Saat 11:00-da isə burada canlı musiqi proqramı təqdim olunacaq. Bayram çərçivəsində Ağdam Muğam Mərkəzində də müxtəlif mədəni tədbirlər təşkil ediləcək. Məktəblilər üçün rəsm üzrə ustad dərsləri keçiriləcək. Saat 12:30-da İmarət Kompleksində Qarabağ atlarının şousu təqdim ediləcək.

Proqramın maraqlı məqamlarından biri də “Qarabağ Mətbəxinə dad səyahəti” adlı təqdimat olacaq. İştirakçılar Qarabağ mətbəxinin nümunələri olan plov, qutab, şirniyyat və çayın təqdimatında iştirak edə biləcəklər.
Bundan başqa, saat 15:00-da 1 nömrəli şəhər məktəbində “Göyçək Fatma” tamaşası nümayiş etdiriləcək. Eyni saatlarda Ağdam Muğam Mərkəzinin amfiteatrında “Qaya” qrupunun iştirakı ilə mini konsert keçiriləcək. Saat 16:00-da isə mərkəzin qapalı zalında Ağdam haqqında sənədli film nümayiş olunacaq.

Günün proqramına uyğun olaraq, saat 17:00-da rəsmi şəxslərin sərgilərə baxışı nəzərdə tutulub. Saat 18:00-dan 20:00-dək Ağdam Muğam Mərkəzinin konsert zalında rəsmi hissə, anım mərasimi və konsert proqramı keçiriləcək. Tədbir çərçivəsində “Ağdam üçün oxu” klipi də təqdim olunacaq. Bayram günü saat 20:00-da atəşfəşanlıqla başa çatacaq.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:28
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Noyabr 2026 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see343

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see330

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see315

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see308

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see285

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see272

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see267

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see250

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see238

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see231

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see230

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see226

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see218

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see214

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see213

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see211

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see204

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see202

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri