COP31 də Azərbaycanın dayanıqlı turizm təşəbbüsləri təqdim olunub
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 19 noyabr, AZƏRTAC
COP31-də Turizm Tematik Günü tədbirləri çərçivəsində Azərbaycan pavilyonunda Dövlət Turizm Agentliyinin və BMT Turizmin (UN Tourism) birgə təşkilatçılığı ilə “Turizm, ərzaq sistemləri və qida tullantılarının azaldılmasının iqlim baxımından əhəmiyyəti” adlı beynəlxalq müzakirə sessiyası keçirilib.
Bu barədə AZƏRTAC-a Dövlət Turizm Agentliyindən məlumat verilib.
Bildirilib ki, tədbirdə BMT Turizmin İcraçı direktoru Şicun Liu, Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Əliyev və Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Faiq Mütəllimov çıxış ediblər.
Panel müzakirəsində turizm sektorunda qida tullantılarının ölçülməsi və azaldılması, yerli istehsalçılarla əməkdaşlıq və dövri iqtisadiyyat prinsiplərinin tətbiqi, dayanıqlı ərzaq sistemlərinin təşviqində turizmin rolu üzrə müzakirələr aparılıb.
Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Əliyev, həmçinin Türkiyə pavilyonunda keçirilən “Turizmdə iqlim həlləri: tullantısız yanaşma, elektrikləşmə, dayanıqlılıq və investisiyalar üzrə siyasət və tərəfdaşlıqların inkişafı” adlı yüksək səviyyəli tədbirdə çıxış edib. Çıxışda Azərbaycanın COP29-dan sonrakı iqlim gündəliyi, turizm sektorunda dayanıqlı inkişaf və beynəlxalq əməkdaşlığın əhəmiyyəti qeyd olunub.
Həmçinin Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Rəşad Əliyev “Dayanıqlı qonaqpərvərlik və turizm” mövzusunda keçirilən panel müzakirədə iştirak edərək, Azərbaycanda beynəlxalq dayanıqlılıq standartlarının, o cümlədən “Green Key” sertifikatının və Dünya Səyahət və Turizm Şurasının (WTTC) “Hotel Sustainability Basics” proqramının tətbiqi istiqamətində görülən işlər haqqında məlumat verib. Xınalıq kəndi və Basqal qəsəbəsinin timsalında yerli icmaların fəal iştirakı ilə turizmin inkişafının mədəni irsin qorunmasına, əhalinin rifahının yüksəldilməsinə və uzunmüddətli iqtisadi imkanların yaradılmasına verdiyi töhfə diqqətə çatdırılıb.
Türkiyənin Antalya şəhərində keçirilən COP31 qlobal iqlim fəaliyyəti üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Konfrans çərçivəsində Azərbaycan pavilyonunda innovativ texnoloji həllər vasitəsilə ölkəmizin mədəni və təbii irsi və turizm imkanları da nümayiş etdirilir.
Xatırladaq ki, 2024-cü ildə Bakıda keçirilən COP29 çərçivəsində turizm ilk dəfə qlobal iqlim gündəliyinə daxil edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 19 Noyabr 2026 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















